Рейтинг
+21.90

Qan-damar sistemi

34 üzv, 86 topik

Varikoz haqqında 8 fakt

1. Bəzi statistik məlumatlara əsasən, qadınların 80%-də bu və ya digər formada varikoz var.

2. Varikoz «qadın xəstəliyi» sayılır, lakin kişilərdə də bu xəstəliyə rast gəlinir. İngiltərə alimlərinin məlumatlarına əsasən, 20-40% kişilərdə də varikoz xəstəliyinə təsadüf edilir. Kişilərin əksəriyyəti bu problemlə həkimlərə vaxtında müraciət etmir və onlarda xəstəlik daha tez-tez gecikmiş və fəsadlaşmış formalarda aşkar olunur.

3. Varikoz xəstəliyi yalnız cərrahi yolla müalicə olunur. Heç bir gel, krem, plastr və s. kimi vasitələr bu xəstəliyi müalicə etmir. Lakin bu vasitələrin tətbiqi varikozun inkişafını xeyli ləngidə bilər.
Davamı →

Hemoqlobini artıran məhsullar

İlk öncə hemoqlobinin nə olduğunu aydınlaşdıraq...
Hemoqlobin — qanın tərkibində, daha dəqiq desək eritrositlərin tərkibində olan, oksigenin ağ ciyərdən orqanizmin bütün hüceyrələrinə keçirməsini təmin edən çətin dəmirtərkibli zülaldır.

Qadınların hemoqlobin norması 120-150 q/l, uşaqlarda isə yaş dövründən asılı olaraq dəyişə bilir. Yeni doğulmuş körpələrdə hemoqlobin ilk 3 ayda maximal dərəcəyə çataraq, 145-225 q/l təşkil edir, 3-6 -cı aylar ərəfəsində minimum dərəcəsinə enərək 95-135 q/l olaraq, sonradan isə 1 yaşdan 18 yaşadək hemoqlobinin qanda səviyyəsi tədricən yüksəlməyə başlayır.

Bir çox qadınlar üçün aşağı hemoqlobin diaqnozu tanışdır, belə ki buna səbəb hamiləlik, süd vermə, çox sürən aybaşı, yaz avitaminozu və s. ola bilər. Nəticədə qadın anemiyadan əziyyət çəkir. Başgicəllənmə, özündən getmə halları, halsızlıq hemoqlobinin aşağı olmasının ilk əlamətləridir. Buna səbəb isə orqanizmin, ilk növbədə isə baş beyinin oksigenlə təmin olunmamasıdır.
Ardı →

Tromboflebit

Tromboflebit qan damarların xəstəliyidir. Bu xəstəlik zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.

Tromboflebit çox ağır patologiya sayılır ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalar verə bilər və hətta xəstənin ölümünə səbəb ola bilər. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim-fleboloq məşğul olur.

Tromboflebit bir çox hallarda varikoz xəstəliyi fonunda inkişaf edir. Məhz bu səbəbdən varikoz mütləq və vaxtında müalicə olunmalıdır. Digər səbəblər arasında:


Ardı →

Miokard infarktının risk faktorları

Həkimlər miokard infarktının inkişafının əsasən aşağıdakı risk faktorlarını qeyd edirlər:

— yaş fakoru – insanın yaşı artdıqca onda miokard infarktının baş vermə riski də artır;
— əvəllər, xüsusən kiçik ocaqlı miokard infarktının keçirilməsi;

— cinsi faktor. 50 yaşınadək (menopauza-klimaks dövrünədək) olan qadınlarda miokardın infarktı kişilərə nisbətən xeyli az hallarda təsadüf edilir. Buna səbəb bu həddə qədər olan müddətdə qadınların qanında olan estrogen və digər qadın cinsi hormonların təsiri nəcəsində arteriyaların aterosklerotik zədələnmədən qorunmasıdır. Klimaks baş verdikdən sonra qadınlarda bu hormonların səviyyəsi kəskin azalır və nəticədə miokard infarktının baş verməsi ehtimalı kişilərdə olduğu səviyyəyə qalxır. Beləliklə, erkən klimaksın baş verməsi – miokard infarktının risk faktorlarından biri hesab olunur;

— irsi faktor — ən yaxın qohumlarda (ata, ana, nənə, baba, qardaş və bacıda) ürəyin işemik xəstəliyi, miokardın infarktı, beyin insultu kimi xəstəliklərin nisbətən erkən (xüsusən də 55 yaşadək) yaşlarda təsadüf etməsi;
Ardı →

Limfa düyünləri niyə böyüyür?

Limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər.

Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir.

Orqanizmdə bir neçə limfa düyünləri qruplarlı mövcuddur. Belə ki, limfa düyünlər dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur.

Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var. Limfa kapilyarları bütün orqanlarda var.

Bədənin hər hansı yerində limfa düyünlərin böyüməsi və iltihabı bu yerdə problemin olmasından xəbər verir. Adətən limfa düyünün böyüməsinin səbəbi infeksiya, bəzi hallarda isə şiş olur.
Ardı →

Yaşla əlaqədar qan plazmasının dəyişməsi

Yeni doğulmuş körpənin ümumi bədən kütləsinin 15%-ni qan təşkil edir. 1 yaşında bu göstərici 11%-ə enir. Müqayisə üçün deyək ki, orta yaşlı insanların bədən kütləsinin 7-8%-i qandır. Qanın plazmasnın və hüceyrəsinin əmələ gəlib-formalaşması uşaq orqanizminin embrional inkişafının ilkin mərhələlərindən başlayır. Ana bətnində inkişafın əvvəlində damarların daxili divarında ilkin qan hüceyrələri əmələ gəlir. 3-cü aylığında isə qara ciyərdə müxtəlif yetişmə dərəcəli eritrositlərə rast gəlinir. Bu proses eritropoez adlanır. 3-4 aylığında eritropoez sümük iliyində, danəsiz leykositlər isə dalaqda və limfa düyünlərində əmələ gəlir. Embrional qan yaradıcı orqanlara qaraciyər, dalaq, sümük iliyi ilə yanaşı limfa düyünləri və selikli qişaların limfotik folekulları da aiddir. Danəli leykositlər, eritrositlər və trombositlər ancaq sümük iliyində, danəsiz leykositlər isə dalaqda əmələ gəlir.


Ardı →

Leykosit sisteminin pozulması ( leykositoz, leykopeniya, aqranulositozlar, aleykiya, onların növləri, səbəbləri və inkişaf mexanizmi )

Leykositoz leykositlərin sayının artması ilə xarakterizə olunan qanın hüceyrə tərkibinin dəyişilməsidir.
Normada leykositlərin qndakı miqdarı 3,5-8,8×109dir. Leykositoz pataloji və fizioloji ola bilər. Patoloji leykositoz xəstəliklər zamanı, fizioloji leykositoz isə sağlam orqanizmlərdə də yaranır.

Fizioloji leykositozun səbəbləri:

  • Qida qəbulu (bu zaman leykositlərin miqdarı 10—12×109yuxarı olmur)
  • Fiziki iş
  • Hamiləlik

Ardı →

Eritrosit sisteminin pozulması

Anemiyalar və polisitemiyalar haqqında anlayış,təsnifatı və ümumi xarakteristikası 

 ANEMİYA (yunanca- anemia- azqanlılıq deməkdir.) klinik-hematoloji sindromlar toplusu olub,əksər hallarda qanda eritrositlərin miqdarının azalması(və ya eritrositlərin ümumi həcminin azalması) ilə birlikdə müşayiət olunan hemoqlobinin konsentrasiyasının azalması ilə xarakterizə olunur.Anemiya termini konkret hər hansı bir termini xarakterizə etmir və anemiyanı əsasən müxtəlif patoloji proseslər zamanı əmələ gələn əsas simptomlardan bir kimi xarakterizə etmək daha düzgündür.


Ardı →

Rezus-faktor üzrə ana və döl qanının uyğunsuzluğu

Rezus-faktor (Rh) — insan eritrositlərində olan spesifik zülal olub insanların 85%-nin qanında aşkar edilir (15%-də isə təsadüf edilmir). Birincilər müsbət rezus-faktorlu (Rh+), ikincilər mənfi rezus-faktorlu (Rh-) adlanır.

Əgər atanın qanı rezus-müsbət, ananın qanı isə rezus-mənfidirsə, böyük ehtimal var ki, doğulacaq uşağın qanı rezus-müsbət olacaqdır.
Bu halda ana ilə döl arasında rezus-münaqişə (uyğunsuzluq) yarana bilər. Ananın qanı rezus-müsbət, atanın rezus-mənfi olduqda və ya valideynlərin hər ikisinin qanı rezus-mənfi olduqda, hamiləlik zamanı rezus-münaqişə inkişaf etmir.

Hamiləlik dövründə rezus-münaqişələrin baş verməsinin səbəbi — qanı rezus-müsbət olan dölün qanındakı eritrositlərin, qanı rezus-mənfi olan ananın qan dövranına daxil olmasıdır (bu hal hamiləliyin 7-8-ci həftəliyindən başlayır). Bu zaman ananın immun sistemi dölün qanındakı eritrositləri yad kimi qəbul edərək onlara qarşı xüsusi zülallar — anticisimlər hazırlayır. Bu anticisimlərin məqsədi isə, rezus-mənfi ana üçün yad olan dölün rezus-müsbət eritrositlərini məhv etməkdən ibarətdir. Daha sonra bu anticisimlər cift vasitəsilə dölə keçərək onun eritrositlərini məhv etməyə başlayırlar. Nəticədə döldə və ya yeni doğulmuş uşaqda hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi yaranır.
Ardı →

Varikozun profilaktikası

Əlbətdə ki, digər xəstəliklər kimi, varikozun əmələ gəlməsinin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha asandır. Varikozun profilaktikası üçün bir sıra vacib məsləhətlərimizi qeyd etmək istəyirik.

Evdə:
— yemək hazırlanması üzrə işlərin əsas hissəsini (məsələn, tərəvəzlərin təmizlənməsi, doğranması və s.) oturaq vəziyyətdə ayaqlarınızı uzadılmış şəkildə kiçik skamya üzərinə qoymaqla icra etməyə çalışın;

— gün ərzində bir neçə dəfə olmaqla, uzadılmış səkildə olan ayaqlarınızın altına balış və ya mütəkkə qoymaqla istirahət edin;

— çarpayının ayqlar uzadılan hissəsini qaldırın: döşəyin altına kiçik yastıq və ya bir neçə qat bükülmüş şəkildə olan ədyal yerləşdirin və ya çarpyının özünün ayaqlar olan tərəfdəki ayaqlarının altına hündürlüyü 5-6 sm olan kiçik dirəklər yerləşdirin;

— əgər sizdə varikoza meyllilik varsa və ya o, inkişaf etməyə başlamışdırsa, isti vannalardan, hamamdan və saunadan istifadə etməyi yadınızdan çıxarın;
Ardı →