Dağların hərəkət etməsi

Bir ayədə dağların göründükləri kimi sabit olmadığı, davamlı olaraq hərəkət etdikləri bildirilir:Dağların hərəkət etməsi

"Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər". (Nəml surəsi, 88)


Dağların hərəkəti üzərində yerləşdikləri yer qabığının hərəkətindən qaynaqlanır. Yer qabığı özündən daha qalın olan mantiya təbəqəsi üzərində bir növ üzərək hərəkət edir. İlk dəfə bu əsrin əvvəllərində Alfred Vegener adlı alman alimi yer üzündəki qitələrin dünyanın ilk dövrlərində bitişik olduqlarını, sonradan müxtəlif istiqamətlərdə hərəkət edərək bir-birindən ayrılıb uzaqlaşdıqlarını bildirmişdi.


Lakin geoloqlar Vegenerin haqlı olduğunu onun ölümündən 50 il sonra, yəni 1980-ci sübut edə bildilər. Vegenerin 1915-ci ildə dərc etdirdiyi bir məqalədə bildirdiyi kimi, yer üzündəki quru hissələr təxminən 500 milyon il əvvəl bir-birlərinə bitişik idilər və Pangeya adlandırılan bu böyük quru hissə cənub qütbünü əhatə edirdi.

Təxminən 180 milyon il əvvəl Pangeya iki hissəyə bölündü. Müxtəlif istiqamətlərdə hərəkət edən bu iki nəhəng qitədən biri Afrika, Avstraliya, Antarktida və Hindistanı da əhatə edən Qondvana oldu. Digəri isə Avropa, Şimali Amerika və Hindistansız Asiyadan ibarət olan Lavraziya idi. Bu parçalanmadan sonra təxminən 150 milyon il ərzində müxtəlif vaxtlarda Qondvana və Lavraziya daha kiçik hissələrə parçalandılar.

Pangeyanın parçalanması ilə əmələ gələn bu qitələr davamlı olaraq quru və dəniz arasındakı sərhədi, dəyişdirərək, ildə bir neçə santimetr sürətlə Yer səthində sürüşürlər.

XX əsrin əvvəllərində aparılan geoloji tədqiqatlar nəticəsində kəşf edilən yer qabığının bu hərəkəti elmi mənbələrdə belə açıqlanır:

"Yer qabığı və üst mantiyadan ibarət 100 km qalınlığındakı yer səthi "təbəqə" anlandırılan hissələrdən əmələ gəlmişdir. Yer səthini əmələ gətirən altı böyük təbəqə və çoxlu sayda kiçik təbəqə vardır. "Təbəqə tektonikası" adlandırılan nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean dibini də özüylə birlikdə apararaq yer üzərində hərəkət edirlər... Qitələrin hərəkətinin ildə 1-5 sm olduğu hesablanmışdır. Təbəqələr bu şəkildə hərəkət etdikcə, dünyanın coğrafiyasında dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az daha genişlənir".

Burada bir vacib cəhət xüsusi qeyd edilməlidir: Allah dağların hərəkətini ayədə "keçib getmə" kimi bildirmişdir. Belə ki, elm adamlarının bu gün həmin hərəkət üçün istifadə etdikləri ingiliscə termin də "Continental Drift", yəni "qitələrin sürüşməsi"adlanır.

Elmin yeni kəşf etdiyi bu elmi həqiqətin Quranda bildirilməsi, şübhəsiz ki, Quranın möcüzələrindən biridir.

2 şərh

Ramil
Gözəl mövzudur.  Müqəddəs Qurani-Kərimdə bəşəriyyətin, eləcə də yer kürəsinin bütün sirləri əks olunmuşdur. Hər kəsə Qurani-Kərimi oxumağı tövsiyyə edirəm. İnanın ki, peşiman olmayacaqsınız, əksinə elminiz artacaq. Onu da deyim ki, mən nə dindar nə də ki mövhumatçıyam.
SHATENKA407
dunyada hər bir sey mocuedir onsuzda