Yeni şahlıq dövründə Misirin yüksəlişi. Misir fironlarının işğalçı yürüşləri

E.ə. XVII əsrin sonunda üsyanlar zamanı Orta Şahlığın zəiflədiyi bir dövrdə şərqdən Misirə müxtəlif tayfa birləşmələri basqın edirlər. Misirə gəlmiş bu tayfaların etnik tərkibi müxtəlif olmuşdur. Qədim müəlliflərdən Manefon Misiri işğal etmiş bu tayfaları «hiksos» adlandırmışdı.
Qiksoslar müxtəlif köçəri tayfalardan ibarət idilər. Onlar Fələstin və Sina yanmadasında hərbi demokratiya mərhələsini yaşayırdılar. Kəskin sosial mübarizə Misiri daxilən zəiflətmişdi. Bundan istifadə edən hiksoslar tədricən Misir deltasına soxulmuşdular.
Misir əhalisi və ordusu qiksoslara müqavimət göstərə bilmədi. Qiksoslar Şimali Misirdə məskən saldılar, deltanın şərq hissəsindəki Avaris şəhərini istehkama və dövlətin paytaxtına çevirdilər. Qiksos hökmdarları da firon rütbəsini daşıyırdılar. Qiksos fıronları XV -XVI sülalələrə mənsub olmuşlar. Manefon və sonrakı antik müəlliflər altı qiksos hökmdarının adını çəkir, onların fəaliyyəti haqqında məlumat verirdi.
Mənbələrə görə, Qiksoslar Misirdə 150 ilə yaxın ağalıq etmişdilər. Sonuncu qiksos hökmdarı Apopinin dövründə hakimiyyət zəifləməyə başladı.
Qiksos ağalığına qarşı mübarizə Yuxarı misirdə başladı. Fiv fironları uzun müddət hiksoslara xərac verməklə az - çox XVII sülalənin müstəqilliyini saxlayırdılar. E.ə. XVI əsrin ortalarında hiksos hökmdarlanna qarşı ölkədə narazılıq artırdı. Fıron Sekenenra misirlilərin azadlıq mübarizələrinə başçılıq edirdi. Lakin onun hiksoslara qarşı çıxışı müvəffəqiyyətsizliyə uğradı. O, ilk döyüşdəəsir düşdü və işgəncə ilə edam edildi. Sekenenranın uğursuz çıxışı mübarizəni dayandırdı.

Az sonra hiksoslara qarşı mübarizəyə firon Kamos başçılıq etdi. Saray əyanları müxtəlif bəhanələrlə Komosu mübarizədən yayındırmağa cəhd göstərsələr də o, Fiv allahı Amonun əmrinəəsasən işğalçılara qarşı mübarizəni davam etdirdi və ardıcıl olaraq müvəffəqiyyətlər qazanmağa başladı. Çətin vəziyyətdə qalan hiksos sülaləsinin son hökmdarı Apopu Kür ölkəsinin hökmdarına hərbi yardım üçün müraciət edərək məktub yazır və qasidlə göndərir. Lakin Apopinin qasidi məktubla bərabər Kamosın əlinə keçir. Kamos qasidi geriyə, Avaric şəhərinə qaytarır.
Kamosun qiksoslara qarşı mübarizəsi qələbə ilə nəticələndi. Kamoncu bir qalib kimi Fiv şəhərində təntənə ilə qarşıladılar. Kamonsun və döyüşlərin şücaəti haqqında yazılar Amon məbədində Daş lövhələrə həkk olundu. Misir qiksos hakimiyyətindən azad oldu.
Qiksosların üzərində ilk qələbə Misirdə Fiv şəhərinin mövqelərini möhkəmlətdi. Kamosun vəfatından sonra hakimiyyətə onun qardaşı I Yaxmos (e.ə. l580-1558) gəldi. Yaxmos qiksoslara qarşı Avaris uğrunda döyüşlərdə qələbə çaldı. Misir tarixinin Yeni Şahlıq dövrü başlandı. Yeni Şahlıq e.ə.XYI-XI əsrlərdə mövcud olmuşdur.
I Yaxmos XVIII sülalənin birinci hökmdarı idi. Onun hərbi yürüşü şərqdə Fələstinin cənubuna kimi çatmışdı. Üç il mühasirədən sonra burada Laruxön şəhəri tutuldu. Sonra I Jaxmos cənub istiqamətində müharibələr apardı.
I Yaxmos mərkəzləşdirilmiş Misir dövləti yaratmaq siyasətini yürüdürdü.
I Yaxmosun varisi I Amenxotep həmçinin Efıopiyaya yürüş təşkil etdi və həbəş qoşunu məğlubiyyətə uğradıldı. Bu ərazi bir vilayət kimi Misirə birləşdirildi. Efiopiyanı idarə etmək üçün canişin təyin edildi. XVIII sülalənin ilk hökmdarlarının hərbi yürüşləri nəticəsində Misirin əvvəlki sərhədləri bərpa olundu. Yeni şahlığın ərazisi Sina yarımadasından Nilin ikinci keçidinə qədər uzanırdı.

I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nigaha əsasən ona hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədi ilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı.
I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
I Tutmos Fələstin və Suriyanı keçərək Mesogotamiyanın şimalına çatmış və orada Mitanni hökümdarını məğlubiyyətə uğratmışdı. O, Fərat çayına çatmış ilk Misir fironu idi. XVIII sülaləsinin ilk fironları Misiri yenidən qüdrətli dövlətə çevirdilər. Fironlar işğal edilmiş ölkələrdən ilbəil xərrac alırdılar. Qələbədən sonra ələ keçirilmiş qənimət Misirə gətirilirdi. Ölkədə məbəd tikintisi genişləndirilirdi. I Tutmos əvvəlki fironlardan fərqli olaraq özünə ehram yox, yer altında qayalıqlar arasında sərdabə tikdirmişdi. Onun ölümündən sonra hakimiyyətəəvvəlcə oğlu II Tutmos, sonra isə nəvəsi III Tutmos gəldi.

III Tutmos e.ə.l450-cü illərdə Misirin hökmdarı olmuşdu. O, Misirin xarici siyasəti kökündən dəyişdi və fəal işğalçılıq müharibələrinə başladı. III Tutmos ilk növbədə Suriya və Fələstinə yürüş etdi. Yürüşün nəticəsi bütün Suriyanın və Fələstinin fəth edilməsi oldu. Bu ərazi çoxlu şəhər-dövlətlərdən ibarət olmasına baxmayaraq, yaxşı müdafiə olunmaq imkanlarına malik idi. Hündür qala divarları olan Suriya şəhərləri hər hansı bir ordunun qarşısını uzun aylar ala bilərdi. Misirliləri Mektddo şəhəri yaxınlığında “330 hökmdar” öz döyüşçüləri ilə gözləyirdi. Döyüşün ilk anlarındaca Misir ordusu başdan sovdu yığılmış «üç yüz otuz» Suriya­Fələstin drujinasının müdafiə xəttini dağıtdı və onlar atlarını, döyüş arabalarını ataraq şəhərə tərəf qaçmağa başladılar. Lakin firon Mekiddo şəhərini döyüş məqamında ələ keçirə bilmədi. Şəhər mühasirəyə alındı, yeddi ay mühasirədən sonra tutulmuşdu.
Mekiddo şəhəri tutulduqdan sonra Misirin geniş işğalçılıq siyasəti daha da genişləndi. III Tutmos demək olar ki, hər il Suriya ərazisinə yürüş edir, şəhər və vilayətləri işğal edirdi. Hakimiyyətinin 29-cu ili Suriyada Uarqet qalası alnıır və Ardat şəhərinin kənarı boşaldılır. 30-cu ildə Oront çayı üzərində Kadeş şəhərinin ətrafı işğal olunur, lakin şəhəri tutmaq mümkün olmur. Firon Tsumuru və Ardat şəhərlərinə tərəf hərəkət edir, Ullaza şəhəri alınır, III Tutmos Mitanniya daxil oldu, Fınikiya və Nuxaşşe ölkəsinə hücum edir. Hakimiyyətinin 42-ci ilinə qədər Tutmos tərəfindən 15-dən artıq yürüş həyata keçirilir. Bu zaman III Tutmos şimalda Fərat çayı üzərində Karkəmiş şəhərinə qədər, Suriya və Mesopatomiyanın qovuşduğu yerəcən gəlib çatmışdı.
Suriya uğrunda uzun illər davam edən mübarizədə Oront çayı üzərində Kadeş şəhəri vəŞimali Suriyada Tunib şəhəri, əsasən də Mitanni şahları Misirin başlıca rəqibləri olaraq qalırdı.
III Tutmosa ən güclü müqavimət göstərən və Şimali Suriya uğrunda onun rəqibi olan dövlət Mitanni şahlığı idi. Mitanni şahlığı bu zaman öz qüdrətinin zirvəsində idi. Bütün Suriya dövlətləri firona qarşı mübarizədə Mitannini özlərinə dayaq hesab edirdilər. Mitannini fəth etmədən bütün Suriyanı ələ keçirmək ağlasığmaz idi. Lakin ilk döyüşdə Mitanni ordusu darmadağın edilmişdi.
Mitannini şahı Fərata çəkilmişdi. Müharibəni davam etdirmək üçün Tutmosa gəmilər lazım idi. Onlann çox hissəsi tələsik Finikiyada düzəldildi və Fərata gətirildi. Ordu ilə Fərata keçən firon orada Mitanni ordusımu tapa bilmədi. Onlar daha uzağa çəkilmişdilər. III Tutmos sahildəki qayanın üzərində qələbə nişanı qoyaraq çayaşağı şəhər və kəndləri talan edə - edə üzməyə başladı.
Göz qabağında olan müvəffəqiyyətə baxmayaraq, hakimiyyətinin 33-cü ilində Tutmos Mitanni məsələsini həll edə bilmədi. III Tutmos tərəfindən Misirin fəth etdiyi hüdudlar sonradan, demək olar ki, dəyişmədi.
Karnak şəhərindəki ümumdövlət məbədi Amonun və onun «oğlu» Tutmosun qələbələrinin abidəsinə çevrildi. Bu məbədin divar və qüllələrində fironun ustaları onun tərəfindən Amona bağışlanmış ləl-cəvahiratın, Suriya-Fələstindən gətirilmiş bitki və heyvanların, Amonun iştirakı ilə düşmənləri öldürən Tutmosun şəkillərini çəkirdilər.
III Tutmosun dövründə Misirin sərhədi cənubda dördüncü Nil keçidindən başlayırdı və Şimali Suriyaya çatırdı. Tutmosun qələbələri hətta yüz illər sonra da dillər əzbəri olmuşdu. Onun şəkilləri bər-bəzək əşyaları üzərində xoşbəxtlik gətirən və düşmən qüvvələrini qorxuya salan talisman kimi gəzdirilirdi.
III Tutmos XV əsrin ortalarında -54 il hökümdarlıq etdikdən sonra vəfat etdi.

Onun vəfatından dərhal sonra Suriya - Fələstini narazılıq bürüdü. Suriyalılıar elə bilirdilər ki, yeni firona qarşı müvəfəqiyyətlə müqavimət göstərə biləcəklər və bununla da çox kobut səhv etmişdilər. III Tutmosun oğlu və varisi Amenxotep Misir fironlarının az qala ən sərti və qorxulusu idi. O, əla hərbi hazırlıq keçmişdi və həddən artıq güclü və dözümlü idi. Hələ on səkkiz yaşında ikən o, atası tərəfindən hökumət işlərinə cəlb edilmişdi və dövlət işləri ilə məşğul idi. Atası vəfat etdikdən sonra isə hakimiyyət tamamilə onun əlinə keçdi.
Amenxotep hakimiyyətinin 7-ci ilində Fələstinin şimalına yürüş etdi. İtayət etməyən Şamiş - Adumu şəhərinin müqaviməti qırıldı. Katna şəhəri yaxınlığında Amenxotep düzmənin döyüş arabalarını görüb onlara hücum etdi və aparıcını öldürdü. Amenxotep Fərata, torpaqlarının şimal sərhədinə çatdıqdan sonra geri döndü. Onun varisi IV Tutmosun dövründə Misir Mitanni ilə dostluq mümünasibətləri yaratdı. Mitanni şahı Artadama qızını Firona ərə vergi.
IV Tutmosdan sonra hakimiyyətə III Amenxotep gəldi. Şahlığının 5-ci ili o, Efıopiyada baş verən üsyanı yatırdı, bundan sonra cənuba tərəf yürüş etdi və sələflərindən heç birinin getmədiyi, Xora sularına gedib çıxdı və öz sərhəd nişanəsini ora həkk etdi. Bu, III Amenxotepin şəxsən iştirak etdiyi yeganə «birinci qalibiyyətli yürüş» idi.

Yaxın Şərqin böyük dövlətləri öz qüdrətli qonşularını narahat etmişdilər. Misir silahının gücü və Misir qızılının parıltısı onları üzüyola etmişdi. III Amenxotep zaman-zaman bu «qardaş»larına qızıldan hədiyyələr bağışlayırdı. Efıopiya və Misir qızıl məbədləri, Suriya - Fələsdindən alınan xərac və hərbi qənimətlər Fironların xəzinələrini saysız-hesabsız qızılla doldurmuşdu. Babil şahı Kadaşman-Xarbe öz misirli «qardaş»ından qızını ona ərə verməyi xahiş edəndə firon düşünmədən cavab vermişdi ki, Misir şahzadəsi heç vaxt başqa ölkəyə ərə verilməyib. Təhqir olunmuş Babil şahı isə öz qızına firona verməyə razı oldu. Başqa şahlara qızların verməyən Amenxotep, onların qızların Misirə yığmışdı. Ona iki Babil şahzadəsi, üç Mitanni və bir Artsava şahzadəsi verilmişdi. Onların heç biri sarayda əhəmiyyətli bir yer tutmurdu. Sarayda deyilirdi ki, Babilistan, Aşşur, Mitanni və Het tamamilə Misir şahının əlindədir.
III Amenxotepin dövrü ziddiyətli bir dövr olmuşdur. Bir tərəfdən Misir saray, loğvalıqla dünya hökümranlığı iddiası edir, xəyali təbəələri sırasında Babil, Aşşur və qitə Yunanıstanının əhalisini görürdü. Digər tərəfdən laqeyidcəsinə Suriya -Fələstin torpaqlarında Het şahlığının fitnə-fəsadına və riyakarlıqla itaət edən hökümdarların hərəkətlərinə sakitliklə dözürdü. Əslində yeni şahlıq dövrü  Misir fironları Misirin əvvzlki qüdrətini bərpa edə bilmədilər.

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

0 şərh