Öncə qadınlar

əvvəl qadınlarRusiyanın Krasnodar vilayətinin kəndlərindən birində bir uçurum var. O uçurumun üstündə də bir qala var. Qalanın adı «Məhəbbət və Məkr»-di.
Deyilənlərə görə, o qalada bir xan yaşayırmış. Bu xanın da çox gözəl bir qızı varmış. Bu qız kəndin gənc çobanını sevirmiş, çoban da bu qızı.

Sevgililər gizli-gizli görüşərlərmiş. Bir-birilərini o qədər çox sevirlərmiş ki, qovuşmayacaqları təqdirdə özlərinii öldürmək barədə qərara gəlmişlər.

Nə isə, aradan bir müddət keçir. Qonşu vilayətin xanının oğlu bu qıza elçi düşür. Qızın atası da tərəddütsüz qızını xan oğluna verməyə razı olur.
Qız isə bununla razılaşmır əlbəttə, lakin, heç vaxt da bir çobanı sevdiyini deyə bilmir. Çünki atası bunu bilsə, o çobanı öldürərdi.

Nəhayət toy günü gəlib çatır. Həyətdə toy davam edərkən qız öz sevdiyi oğlanın yanına qaçır. Sevgililər qovuşmayacaqlarını anlayırlar və özlərini öldürmək üçün o sıldırım qayanın kənarına gəlirlər. İlk olaraq oğlan özünü qayadan atır, bədəni daşlara, qayalara çırpılaraq parçalanır. Bunu görən qız ölümdən çox qorxur. Fikirləşir ki, bu vəziyyətə düşməkdənsə xan oğluna ərə getmək daha yaxşıdır. Toy davam edərkən gizlicə evə qayıdır və xan oğluna ərə gedir.

Bundan sonra da qadınlara birinci yol vermək ənənəsi başlayır.

© Günel İmanova

15 şərh

SHATENKA407
birinci elə bildim ağlamalı bir sonluq gəlir...nəticə birdən birə dəyişdi :) 
heyatin-ellerinde

Gözlənilməz sonluq. :)

heyatin-ellerinde
Gözlənilməz sonluq :)
heyatin-ellerinde
Bağışlayın səhvən oldu iki dəfə
Esse
Bir az tragikomik oldu...Mən ancaq qoyun-quzunun halına acıdım, arada yazıq heyvanlar başsız qaldı.
Venera
Gərək əl-ələ verib bir yerde tullanardılar.
_BUMERANQ_
Elə olsa idi, qadınlara birinci yol vermək ənənəsi olmazdı :)

Venera
Başa düşürəm sadəcə deyirəm ki, elə lap yaxşı olardı.Axı haqsızlıq oldu)
error
Maraqlı idi.Heç eşitməmişdim.Sağolun, BUMERANQ!
pascal
Bu rəvayət B.Vahabzadənin «Eşq — sətəlcəm» şeirinə çox bənzəyir. İnternetdə axtardım bu şeiri, tapmadım deyə, saytda nəşr elədim. 
_BUMERANQ_
Lap yaxşı elədin :)
asel
Yaxşı elədiz. Sizin sayənizdə biz də oxumuş olduq.:) 
SHATENKA407
şeirə görə  çox sağolun :)
asel
BUMERANQ və PASCAL- Hər ikinizə təşəkkür
pascal
Siz sağ olun, asel, Bumeranq — oxuduğunuza görə. 100 belə topik yazılsın, bir dəyərli oxucu oxumasa, topik də öz dəyərini qazanmaz. Təşəkkür. :)