Рейтинг
+33.21

Rəvayəti ifadələr

32 üzv, 25 topik

Yol böyüyün, su kiçiyin

Azərbaycan dilində tez-tez istifadə edilən məsəllərdəndir. Bu məsəldən, əsasən, hörmət, ehtiram bildirmək, izhar etmək lazım gəldiyi vaxt istifadə olunur. İlk baxışdan hiss olunur ki, məsəl iki hissədən ibarətdir və məsəlin ikinci hissəsi birinci hissəsi ilə qarşılaşdırılır. Bu onunla bağlıdır ki, məsəlin birinci hissəsində (Yol böyüyün) işlənən böyük sözü ilə, ikinci hissədə (Su kiçiyin ) işlənən kiçik sözü bir- biri ilə antonimdir.


Ardı →

Qurd ilə qiyamətə qalmaq

Dilimizdə istifadə edilən məsəllərdən biri “ Qurd ilə qiyamətə qalmaq” ifadəsidir. Bu ifadənin Azərbaycan dilində çox qədim zamanlardan işləndiyini güman etmək mümkündür.  İfadənin işləndiyi xüsusi məqamlar var. Belə ki, bu ifadə əbədilik, uzunömürlülük mənasında işlənir.İfadənin meydana çıxmasında türk mifologiyasında geniş yayılmış bir mifoloji süjet əsas rol oynayır. Bu, boz qurdla bağlı süjetdir. Həmin mifə görə, yer üzündə qiyamət günü tufan qopacaq.

Tufan elə bir dəhşətli gücə malik olacaq ki, yer üzərindəki bütün canlıları məhv edəcək. tufanın gücünə tab gətirməyən ağaclar kökündən qopacaq, dağlar, təpələr düzənliyə çevriləcək. İnsanlar da digər canlılar kimi məhv olacaq.
Ardı →

Mənə də “hə”?

Müflis düşmüş bir tacirin çox adama borcu olduğundan borc sahibləri hər gün onun qapısını kəsdirir,abrını tökürdülər.Borcunu geri almağa gəmiş adamlardan biri tacirə faydalı məsləhət verərək deyir:


-Borcunu istəməyə gələnlər səndən nə soruşsalar “hə?” cavabı ver.Axırda səni dəli hesab edib öz borclarından əl çəkəcəklər.Hamısı ilə bu minvalla haqq-hesabı çürütdükdən sonra mənim pulumu özümə qaytararsan.


Ardı →

Karın könlündəki

Bir xəstəni yoxlamağa gedən kar,qulağının ağır eşitdiyini nəzərə alaraq öz verəcəyi sualları və təqribən alacağı cavabları əvvəlcədən fikirləşib öz-özünə düşünür: «Mən xəstəni yanına girib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam.Yəqin ki,o vəziyyətinin yaxşı olduğunu söyləyəcək.Mən cavabında: „olsun-olsun,şükür Allaha,bəs sənin yanına hansı həkim gəlib-gedir?“ deməliyəm.Sözsüz ki,o həkimin adını çəkərkən mən „qədəmi xoş olsun,əli yüngül olsun!“-deməliyəm.


Ardı →

Bilənlər bilməyənlərə desin

Minbərə çıxaraq nə deyəcəyini bilməyən Molla üzünü camaata tutaraq soruşur:


-Camaat,heç bilirsiniz,sizə nə deyəcəyəm?


-Məsciddəkilər bir ağızdan “xeyr,bilmirik” cavabı veririlər.


Molla deyir:


-Madam ki,bilmirsiniz,daha mən sizə nə deyim,dağılın gedin evinizə!


Ardı →

Öz arşını ilə ölçmək

Hazırda ölçülərin düzlüyünü yoxlayan və onun dəqiq olmasına nəzarət edən xüsusi müəssisələr vardır.Lakin qədimdə belə deyildi,sabit ölçü yox idi,həm də işlədilən vahid ölçülər də dəqiqləşdirilməmişdi.Məsələn belə ölçü vahidlərindən biri arşın idi. "Ərzin"-farsca qolun dirsəkdən barmaqların ucuna qədər olan hissəsinə deyilir.Bədənin bu hissəsindən uzunluq ölçüsü kimi istifadə edirdilər.


Ardı →

Başa düşməz,bizim kənddəndi...

Kəndlinin evinə oğru gəlir.Ev yiyəsi duyuq düşüb oğrunu tutur,onun ayaqlarını bağlayıb zirzəmiyə salır və polis idarəsinə xəbər verməyə gedir.Orada əhvalatı olduğu kimi danışır.Polis məmuru soruşur:


-Oğru haradadır?


Kəndli oğrunun zirzəmidə olduğunu söyləyir.


Ardı →

Başın hələ qoltuq görməyib

İki qalayçı kənd-kənd gəzib qab qalaylayırmış.Onlardan biri işini tez qurtarır və o biri yoldaşından tez başqa kəndə yola düşür.Çöldə qoyun otaran çobana rast gəlir.Çoban onun qalayçı olduğunu öyrəndikdə,doğramac yemək üçün yanında saxladığı taxta tabağı qalayçıya verib onu qalaylamağı tələb edir.Qalayçı nə qədər etiraz edib söyləyirsə də,bir nəticə vermir.Nəhayət çobanın əlindən xilas olub qaçmaq istədikdə çoban onu tutur,boynunu qolları arasına salıb sıxmağa başlayır.


Ardı →