Hardasan Tofiq Bəhramov???

Bu gün futbol üzrə Dünya Çempionatının 1/8 mərhələsində əzəli rəqiblər Almaniya və İngiltərə yığma komandaları qarşılaşırdılar. Maraqlı futbol şəraitində gedən oyunun 20-ci dəqiqəsində Almaniyalı futbolçu Miroslav Klose qapışı Noerin başladığı hücumu qol ilə tamamladı. Bu qoldan sonra hücümlarını davam etdirən almanlar gözəl bir kombinasıya nəticəsində 2-ci qolu David Ceymsin qoruduğu qapıdan keçirdilər. Bu qolun müəllifi Lukas Padolski idi. Buraxılan qollardan sonra həvəslənən ingilislər görüşün 37-ci dəqiqəsində müdafiəçi Upson sayəsində aradakı fərqi birə endirdilər. Vurulan qoldan sonra daha da ruhlanan ingilislər hücümlarını davam etdirdilər. Vurulmuş qoldan 1 dəqiqə sonra Frank Lampard topu qapıçının başı üzərindən qapıya göndərdi. Qapı çatına dəyən top qatı xəttini açıq aşkar keçməsinə baxmayaraq Uruqvaylə referi Jorge Larrionda və köməkçiləri bu qolu hesaba almadılar. Bu hadisədən sonra inanaram ki mənimlə birlikdə bir çox azərbaycanlı İngiltərə yığma komandasının azarkeşləri o dəqiqə məşhur azərbaycanlı hakim Tofiq Bəhramovu xatırladılar. Bu hadisədən sonra mənim ilk reaksiyam "Hardasan, Tofiq Bəhramov" demək oldu. Belə ki 1966-cı il futbol üzrə Dünya Çempionatının final qarşılaşmasında ingilis futbolçu Geoff Hurst-un vuruşunda top qapı xəttini keçmiş, həmin oyunun laynsmanı olan həmvətənimiz Tofiq Bəhramov isə haqlı olaraq bu qolu hesaba alınmasına nail olmuşdu. Amma təəssüf ki, müasir dövrdə bu tipli hakimlərə rast gəlmək çox çətindi :( Bu günkü qarşılaşmanın ikinci hissəsinin ilk 20 dəqiqəsində hücümda olan ingiltərə yığması alman futbolçu Müllerin əks hücümdan vurduğu 2 qol sayəsində 4-1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırdı. İngilislər isə Tofiq Bəhramovu hələ çox axtaracaqlar...

13 şərh

bankir
İndi ingilislər qədrimizi bilər.
Magicboy
Mən almanların azərkeşi deyiləm, amma deyim ki, Tofiq Bəhrəmovun o qərarı olduqca yanlış qərar idi. O vaxt Hurst-ün zərbəsindən sonra top düz qapı xəttinin üstünə düşüb geri qayıtmışdı.




Bu isə o deməkdir ki, ingilislər Almaniyanın bir kubokunu oğurlayıb. O vaxtki Almaniya da cavan kollektiv idi. Bekkenbauerin 20 yaşı var idi, amma Lev Yaşini biabr elemişdi yarım finalda. Ona görə də Tofiq qaqaş bunun əvəzini çıxdı. Deyilənə görən can verəndə deyib ki, Stalinqrada görə saydım qolu :)) Bu günki hadisə isə finalda yox 1/8də baş verib. Almanlar birinci hissədə 5-6 qol vura bilərdilər. İngiltərə şişirdilmiş komanda idi. 2006-dakı Braziliya kimi. Canlarını 4 qolla qurtardılar… Ancaq almanlar sürüdü e inglisləri. İngiltərədə yaşasam da ləzzət elədi bu oyun mənə, baxmayaraq ki, İngiltərənin qrupdan çıxmasına sevinmişdim:))
P.S, Bankir, ingilislər hər dəfə Bakıya gələndə gedib Tofiqin qəbrini ziyarət edirlər…
2ral
Ölümqabağı dediyi düzdür yoxsa şayiə?
Tofiq Bəhramova görə BP-dən neft müqviləsində əlverişli şərtlər almaq olar?Gülümsəyir
Elvin85
Olduqca yanlış qərar filan deyildi. OLDUQCA sözünü tam artıq işlətmisən. Ən son texnoloji analiz ilə belə 100% qərar verilə bilməyib orda qol var idi ya yox. Düzdür illər keçdikcə QOL YOX İDİ-nın payı daha çox artır. Və indi yarıdan çox insan bu fikirdədir. Amma gördüyün kimi məhz BU FİKİRDƏDİR, daha yanlış qərar idi, doğru qərar idi deyə hökm çıxarmırlar. İndinin özündə belə veteran ingilislər almanlar hadisəni yada salanda MƏNCƏ QOL YOX İDİ, MƏNCƏ QOL VAR İDİ deyirlər.

P.S. Və ölümqabağı deyib ki belədir, Yaşinin əvəzini çıxıb və.s. — Lütfən, belə nağıllarla uğraşma :)
Magicboy
Sənin də hər xırda sözə diqqət vermək və heç bir nağıla inanmamaq alışqanlığın olmasın da :)))
Elvin85
Söz səndədirsə sənindir çıxsa səndən  sən onun. Odur ki hər sözə fikir veermək lazım :)
r9perviz
Sizinlə mübahisə etməyəcəm, amma bu gün ingilislərin qolu hesaba alınsaydı oyun tamamilə başqa cür olacaqdı. Almanlar son iki qolu da eks hücümdan vurublar, çünki ingilislər sayılmayan qollarının əvəzini çıxmaq üçün hücümda idilər. 
Tofiq Bəhramova gəlincə, FİFA rəsmi olaraq açıqlayıb ki, o epizod qol idi.
Elvin85
Doğurdan da bu səhv oyunun nəticəsinə təsir edəcək dərəcədə oldu, o olmasaydı, oyun əlavə vaxta qalacaq idi çox güman. Amma etiraf edək ki almanlar ümumən daha diri görünürdülər, daha layiq idilər qələbəyə.
Magicboy

Oyun başlamamışdan əvvəl İngiltərənin udmasını istəyirdim. Heç vaxt da Almaniyaya azərkeşlik eləməmişəm. Bir dəfə 2008-də Portuqaliya ilə olan oyundan başqa. Amma İngiltərə ilə oyunda onların gözəl oyunu məni Almaniyaya azərkeşlik etməyə vadar etdi. Qolun sayılmağı özü bir ədalətsizlik olardı, çünki oyunboyu Almaniya daha aktiv idi və qol epizodlarında ingilisləri üstələyirdi. Heç-heçə sözsüz oyunu dəyişəcəkdi. Amma BBC-nin aparacısı 90 dəqiqənin sonunda dediyi kimi Almaniya TAMAMİLƏ layiqli qələbə qazandı. Merkel də mırt tuturdu Kameronla. Oyuna birlikdə baxıblar:



r9perviz
və oyundan sonra Merkel hakim səhvinə görə Kamerundan üzr istəyib: http://anspress.com/index.php?a=2&lng=az&nid=50105
Magicboy
2ral, Tofiq Bəhrəmov o qərarı 44 il bundan əvvəl verib, neft müqaviləsi də 16 il bundan əvvəl imzalanıb. Sənin də 1-ci sinif zarafatlarından olmaz da:)))
Bir də yazmışam «deyilənə görə», deməli şayiədi…
bankir
Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti matçda Frenk Lempardın qolunu oyunun baş hakimi Xorxe Loriondo tərəfindən qeydə alınmamasını 1966-cı il dünya çempionatı ilə müqayisə edib.
Qəzetdə belə bir yazı dərc olunub: “1966-cı ildəki mundialın finalında Cef Herstin mübahisəli qolunu qeydə alaraq İngiltərəyə çempionluq bəxş edən azərbaycanlı hakim Tofiq Bəhramova vətənində heykəl ucaldılıb. Almaniya yığma komandası 2010-cu il dünya çempionatının qalibi olarsa, almanlar Xorxe Loriondoya heykəl ucaltmalıdır”(ANSPRESS)