Dünya yeni çempionunu gözləyir...

Sizcə futbol üzrə yeni dünya çempionu kim olacaq? Bu çempionun “yeni” olacağı artıq dəqiqləşib, çünki finala vəsiqə qazanmış hər iki komanda, Hollandiya və İspaniya hələ ki dünya çempionu olmayıblar. Final iştirakçılarının hər ikisi güclü, komanda ruhuna malik kollektivdilər və çempion olmaqla öz adlarını dünya futbolu tarixinə və öz azarkeşlərinin qəlblərinə yazmaq istəyirlər.
Hollandiya yığma komandası 2 ilə yaxındı ki, məğlubiyyət üzü görməyib. İspaniya komandası isə uzun qələbə seriyasından sonra yalnız 2009-cu ilin yayında məhz Cənubi Afrika Respublikasında keçirilən Konfederasiyalar Kubokunda ABŞ yığma komandasına məğlub olmuşdu. İspaniyanın növbəti məğlubiyyəti isə Dünya Çempionatında keçirdikləri ilk oyuna təsadüf edir. Həmin oyundan sonra ispanlar get-gedə daha yaxşı oyun nümayiş etdirirlər.

Hər iki komandanın heyətində dünyaca məşhur futbolçular var, misal üçün Dünya Çempionatında qol krallığına namizəd ispan Villa və holland Sneyderi göstərmək olar. Bu oyunçulardan başqa oyuna hər an öz təsirini göstərə biləcək ispan İniesta, Xavi və Torresi, hollandlardan isə Robben, Van Persi və Van der Vartın adını çəkməl olar. Final oyununda hansı komandanın qalib gələcəyini bilmək çox çətindi, amma nəticə haqqında iki proqnoz verə bilərəm:

1. İspaniya: 2006-cı il Dünya Çempionatını nəzərə alaraq onu demək olar ki, Braziliyaya qalib gələn komanda finala vəsiqə qazanır, amma finalda məğlub olur J

2. Hollandiya: Hollandlar buna qədər 2 dəfə dünya çempionatının finalına vəsiqə qazanıblar və hər iki oyunda da meydan sahiblərinə məğlub olublar. Bu dəfə isə rəqib meydan sahibi deyil, əksinə, Hollandiya bir baxımdan CAR-da özünü evindəki kimi hiss edə bilər.

Hansı komandanın qalib gəlməsindən asılı olmayaraq ümid edirəm ki, biz maraqlı, finala layiq oyunun şahidi olacıq. Qoy layiq olan qələbə qazansın!

Bəs sizcə, Dünyanın Yeni Çempionu hansı yığma komanda olacaq?

11 şərh

bankir
Onu ancaq osminoq Paul bilir:-) İndiyə kimi Oberhauzen şəhərində okeanariumda yaşayan osminoq Paul proqnoz etdiyi bütün oyunlar düz çıxıb.Hətta Almaniyanın İspaniyaya uduzacağını da proqnoz etmişdi.Mən artıq ona inanıram.
Wizard
Onda belə eləsinlər. Stadiona Paul qərdeşimizi gətirsinlər və o kimi desə elə kuboku da o komandaya versinlər daha 23-25 adama niyə belə əziyyət çəkməlidir :)
tenqo
Paul hollandların udacağını deyib :)
Westsider
Məncə İspaniyanın heyətindəki futbolçular çox güclüdür. Hər halda Barsanın 6, Realın 4 futbolçusu son oyunda əsas heyətdə oyuna başlamışdı. Hollandlar da Braziliyanı udub… Nə bilim… Məncə, final maraqlı olacaq)
r9perviz

Qalibin kim olacağını bilmək çox çətindi, çünki hər iki komanda da sona qədər mübarizə aparacaq.
Paula gəlincə, düzdü, o hələ ki bütün oyunların nəticəsini tapıb, amma 2008-ci ildə də belə olmuşdu və yalnız finalda səhv etmişdi. Ona görə bu dəfə heç Paula da inanmaq olmaz :)

tenqo
Dünən ramblerdə oxumuşdum ki, Paul proqnoz verib ki, hollandlar udacaq. İndi də yenə ramblerə baxıb görürəm ki, Paul ispanların qələbəsini proqnoz verib. Eyni yerdən əldə etdiyim 2 xəbər bir-birinə təzad təşkil edir :) İkinci xəbərdə deyilir ki, Paul İspaniyanın RTVE telekanalında canlı olaraq proqnoz verib. Həmçinin 3-cü yerin sahibinin almanlar olacağını qeyd edib
r9perviz
Paul bu dəfə İspaniyanı seçib, amma məncə 2008-in finaldında olduğu kimi bu dəfə də səhv edəcək :)






bankir
Dünya çempionatı bitəndən sonra Paulu almanlar bişirəcək. İspaniyaya uduzmağı heç vaxt bağışlamayacaqlar. Osminoq xaşı:-)
r9perviz

Paul İspaniyanı seçib deyə Almaniya uduzmayıb ki, o Almaniya uduzacaq deyə İspaniyanı seçib. Almanlar gedib Joachimin xaşın yesinlər :)

2ral
İspaniyanın baş naziri Xose Luis Sapatero səkkizayaqlı falçının mütləq mühafizə olunmasına ehtiyac olduğunu deyib. Bildirib ki, hətta onun qorunması üçün xüsusi komanda göndərməyə hazırdır. İspaniyanın ətraf mühit naziri isə Paulun(osminoq) yeyilməsinə qadağa qoyulması barədə Avropa Nazirlər Şurasının iclasında təkliflə çıxış edəcəyini bəyan edib.
r9perviz
Paul kefdədi ki :)