Sırada durmaq mədəniyyəti

Sırada durmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlcası isə insanın özünə hörmətdən irəli gəlir. Sırada durmaqda ən məşhur xalq ingilislərdi, ya da adları çıxıb, “English queue”, yəni İngilis sırası. İngilislər hər yerdə sırada dururlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasında fərqli olmayaraq hamı sırada durur, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Son dövrlərdə ən böyük qayda-qanunsuzluğu, basabası bankomatların qabağında görürük. Bir aydır maaşlarını, və ya təqaüdlərini gözləyən insanlar kart hesabınlarına pul oturan kimi bankomatların qabağında sıraya düzülürlər toplaşırlar. Bunu insanların bir ay pula həsrət qalması ilə bağışlamaq olar, amma bu hal təkcə bankomatların qarşısında baş vermir ki...

sırada durmaq mədəniyyəti yoxdur bizlərdə

Sırada durmaq mədəniyyəti insanlara lap uşaq vaxtından aşılanmalıdı. Amma uşaqlara bu aşılansa da, çətin ki bizim cəmiyyətdə bu haqsızlığa dözmək olsun.Düzdü, sırada durmaq mədəniyyəti olanlar bəzən digərlərinin sıraya durmamasına, bəzən sırada başqa bir tanışının qarşısına keçən insanlara mədəniyyətləri olduğu üçün dözürlər, bəziləri isə mədəniyyətləri olsa da, insanların haqsızlığına dözməyib haqqını tələb də edirlər. Amma təəssüf ki Azərbaycanda belə tipli insanlar azdı.

Mən özüm türk litseyini bitirmişəm. Beş il orda yemək sırasına dayanmışam. Həmin sırada qarşımıza o qədər insanlar keçib ki... Bəzən sıranı pozanlara öz etirazımızı bildirmişik, bəzənsə susmuş, hirsimizi içimizdə saxlamışıq. Sonralar artıq biz də sıraları pozmağa başladıq, neyləməliyik, hamı necə, biz də elə...

necə də gözəl sıraya durublar

Azərbaycanda vəziyyət həddiəndən artıq pisdi. Bizdə hətta sıraya durmaq üçün nömrə götürülən yerlərdə belə sıranı pozan insanlar var. Bir hadisə heç vaxt yadımdan çıxmayacaq. Bir gün Azərbaycan Beynəlxalq Bankın mərkəzi filialında sırada dayanmış, öz növbəmi gözləyirdim. Bank həmin gün çox məşğul olduğundan bir saatdan çox sırada durdum. Həmin bir saat ərzində 5 nəfər sıranı pozub, əlində nömrə olmadan, arsız-arsız xidmət göstərən masalarda əyləşdilər. Bunlardan biri isə, hamımızın tanıdığı, dəfələrlə xaricdə olmuş, xarici dövlətlərin həyatını televiziya vasitəsilə evimizə gətirən bir nəfər idi. İçəri daxil olanda televiziyada gördüyüm bir sima kimi ona həsədlə baxdım. Nömrə götürmədən, 2-3 dəqiqə ayaq üstə dayandı, masalardan birindən müştəri duran kimi, digər müştəri çağrılmamış özünü soxub keçib xidmət göstərən bank işçisinin qarşısında oturdu. Onda ah çəkdim və içimdən “Bərəkallah” dedim. Həmin şəxs bir çox QƏRİB ölkələri gəzməsinə, mədəniyyətlərlə tanış olmasına baxmayaraq, təəssüf ki heç nə öyrənməmişdi. Atalarımız yaxşı deyib, quyuya su tökməklə quyu dolmaz ki.....

 

8 şərh

bankir
Azər?Qərib Azər?
r9perviz
Həmin şəxsin kimliyini gizli saxlasam yaxşıdı :)))
Türkəl
Bəzən insanlar nəinki növbəyə durur, hətta bunu lağ eliyirlər. Metroda kart doldurarkən, iki dənə kəntoş yoldaş birdən mənim qabağıma keçib karta «jeton vurmaq» istədilər. Dedim bəs siz növbə gözləmirsiz, cavabları "Ə nə növbə? Burda növbə var?" oldu. Gülə-gülə kartımı doldurub gəldim.
Bankomatlara gəldikdə isə, burda sıra ilə düzülmə mədəniyyəti olmasa da (buna çox vaxt imkan olmur), insanlar növbələrini gözləyirlər. 5 ildə bir dəfə də heç kəs növbəmi pozmayıb. Sadəcə olaraq gələndə «axırıncı kimdir?» demək lazımdır. Onda kimdən sonra çıxaracağını bilirsin və problem yaşanmır.
Arzt
Bankomat məsələsi acınacaqlıdır.Sayları az olur.Hələ bəzən 3 ədədirsə və ikisi fəaliyyət göstərmirsə o işləyən bankomatın qarşısında izdiham olur.
Rastlaşdığın hadisə ilə bağlı fikirlərinə mən də qoşuluram.
bloqçu

İlk dəfə Peterburqda olandan orda gördüyüm növbə mənzərəsi məni elə heyrətləndirmişdi ki… Nə yalan deyim- içimdə hətta paxıllıq da yaranmışdı. Orda hər nə üçün olursa olsun mütləq növbə var. Mağazasından tutmuş, xəstəxanasına kimi. Avtobus dayanacaqlarında, metroda həmin «jeton doldurmaq» işi və s., və i.a. — hər yerdə sıra. Hər yaxınlaşan da soruşur ki, «sonuncu kimdir».


Hətta metroda vaqonların qapısı açılan zaman çöldəkilər kənara çəkilirlər ki, içəridəkilər rahatca çıxa bilsinlər. Bizdə isə təəssüf ki, belə hallara nadir hallarda rast gəlinir. Növbəllər yoxdur, camaat bir-birini əzib keçir. Çox üstəyrdim ki, bizdə də belə səliqə-səhmana fikir verilsin, insanlar birini əzməyib, bir-birlərinə yol versinlər. Növbələr olsun. Çox istədim, çox..

r9perviz
Bizdə də belə növbələr olacaq, haçansa…
tenqo

Məni ən çox təəccübləndirən bilirsiniz nədir? Yaşlı nəsil daim cavanları tənqid edir və onların diqqətsizliyindən, mədəniyyətsizliyindən gileylənirlər. Amma sırada, növbədə hər hansı mədəniyyətsizliyə elə özləri yol verirlər. Metroda çox rast gəlirəm bu cür hallara. Qatar yaxınlaşır stansiyaya, mən də qapıya ən yaxın duran şəxsəm. Qapı açılır və təbii ki, mən gözləyirəm çıxanlar çıxsın ki, sonra da mən girim. Bir də görürəm ki, arxadan kimsə məni itələyir və hətta deyinir ki: «Nə durmusan? Keç də». Qarşımda adamın olduğunu görməsələr bir söz deməzdim, axı görürlər ki, çıxan var. Özləri olsalar onu da içəri itələyib girəcəklər. Tez-tez başıma gəlir bu cür hadisələr, çoxunda da məhz yaşlı qadınlar edir bunu. Çox vaxt susuram və heç nə demirəm, amma pis oluram ki, insan nə qədər düşüncəsiz və qabiliyyətsiz olar. Cavanlar ayağı tapdalayanda, yaxud bilməyərəkdən nəsə edəndə üzr istəyirlər çox vaxt, amma yaşlılar adamın üzünə elə baxırlar ki, elə bil günahkar sən özünsən. Səhər tezdən metroda adam çox olur, ona görə də eskalatora minənə kimi də bir neçə dəqiqəlik növbə yaranır, arxadakılar adamı elə itələyirlər ki, heç özünün getməyinə ehtyiac qalmır, onsuz da onlar səni sürüyüb aparacaqlar.

r9perviz

Köhnə nəsildən artıq bu keçib, əsas odu ki, cavanlar indidən bu mədəniyyətə yiyələnsinlər və bu adət, mədəniyyət gələcək nəsillərə də keçsin.