Dünyanın Yeni Çempionu: İspaniya

Bir ay davam edən futbol bayramı nəhayət ki bu gün sona çatdı, sevinən isə İspaniya və onun azarkeşləri oldu. İki il davam edən təsnifat mərhələlərinin nəticəsində dünyanın 5 qitəsindən 32 yığma komandanın iştirak etdiyi turnirdə bir-birindən maraqlı və gözəl, bol qollu oyunların şahidi olduq. Bu çempionat da hakim səhvləri olmadan ötüşmədi, bu dəfəki səhvlər əvvəlki çempionatdakılardan daha səs-küylü idi. Ən yadda qalan səhvlərdən biri Uruqvaylı hakim Jorge Larrionda-nın Almaniya-İngiltərə oyununda İngilis futbolçu Lampardın zərbəsində qapı çatına dəyərək qapı xəttini kəçən topu qol olaraq qeydə almaması idi. Digər səhv isə Argentina-Meksika oyununda Tevezin açıq-aşkar offsaytdan vurduğu qolu hesaba alan Robetti Rozettiyə məxsusdu. Rozetti bu səhvi nəticəsində öz hakimlik karyerasını başa vurdu.


64 oyuna 145 qolun vurulduğu turnirdə ən çox qol Almaniya komandasına məxsus olduğu halda (16 qol), Əlcəzair və Honduras kollektivləri çempionatı qol vurmadan tərk etdilər. Çempion İspaniya 7 qol vurdu, hansı ki, bu dünya çempionatları tarixində çempionun ən az qol vurduğu çempionatdı. Çempionatın ən yaxşı oyunçusu Uruqvaylı Dieqo Forlan seçildi və Qızıl topa sahib çıxdı. Gümüş və Bürünc toplara isə ardıcıl olara holland Sneyder və ispan David Villa yiyələndilər. Çempionatın ən gənc oyunçusu seçilmiş alman Tomes Müller eyni zamanda çempionatın ən sərrast hücumçusu seçildi və Qızıl Buts-a sahib çıxdı (5 qol + 3 ötürmə). Çempionatda 5 qol və 1 ötürmə ilə yadda qalan David Villa Gümüş butsa, eyni göstəriciyə imza atan Sneyder isə Bürünc Butsa yiyələndi. Turnir ərzində qapısından cəmi 2 top buraxan və oyun zamanı bir penaltı dəf edən İker Casillas isə Qızıl Əlcəyə yiyələndi. Casillas həmçinin kapitan olaraq dünya kubokunu qaldıran 3-cü qapıçı oldu. Çempionat ərzində 7 oyun keçirməsinə baxmayaraq cəmi 8 sarı vərəqə (onlardan 5-i final oyununda göstərildi) ilə cəzalandırılmış Çempion İspaniya yığması həmçinin “Ədalətli Oyun” mükafatında da sahib çıxdı.

Dünya çempionatının gümüş medalları finalda İspanlara 0-1 hesabı ilə məğlub olmuş Hollandiya kollektivinə çatdı. Bu hollandların dünya çempionatları tarxində finallarda 3-cü məğlubiyyəti idi. Bürünc medalların sahibi isə 3-cülük uğrunda görüşdə Urugvaya 3-2 hesabı ilə qalib gəlmiş Almaniya kollektivi oldu. Almaniyanın hücumçusu Miroslav Klose bu çempionatda 4 qol vuraraq dünya çempionatları ərzində vurduğu qolların hesabını 14-ə çatdırdı və həmvətəni Held Müllerə çatdı. Klosenin 15 qolun müəllifi Braziliyalı Ronaldoya çatmağa bir qolu çatmadı. Bəlkə gələcək çempionatda...

2010-cu il Dünya Çempionatının daha bir ulduzu isə Almaniyada yaşayan Paul adlı osminoq (octopus) oldu. Belə ki, Paul Almaniyanın keçirdiyi bütün oyunların və çempionatının final oyunun nəticəsini qabaqcadan tapmişdi. Afərin, Paul...


Diego Forlan - Qızıl Top             Tomas Müller - Qızıl Buts            İker Casillas - Qızıl Əlcək

 

19 şərh

Türkəl
Siz isə ahtapota inanmırdınız…
r9perviz

Paulun son oyunda yanılacağını düşünürdüm, amma yanılmadı. Məhz elə ona görə də yuxarıda onun adını vurğulamışam.

bankir

İspan olmaq istəyirəm:-)

r9perviz

Neyləyirsən e İspan olub, 20-30 il səbr elə, biz özümüz çempion olacıq :)

Türkəl
20-30 il İspanların gözləyə biləcəyi müddət idi… bizə 200-300 lazımdır minimum.
r9perviz
Bu qədər pessimist olma.
Türkəl
Söhbət pessimizmdən getmir, 2-3 ildən bir hanısısa oyunda qalib gələn komandanın potensialından gedir.
r9perviz

Bu reallıqları hamı bilir, ən azından ümid etmək yaxşı şeydi.

tenqo
Layiqli çempiondular. Hollandlara görə təəssüfləndim, tilsimi qıra bilmədilər.
vetendash
Bu çempionat bir də göstərdi ki Braziliya qazların komandasıdır.Həmişə də qaz olaraq qalacaqlar.5 kuboku da hakimlər bağışlayıb onlara.
r9perviz

Bax burda böyük səhv edirsən. Braziliya həmişə güclü futbolçular yetişdirib və adətən də gözəl oyun nümayiş ediblər. 2002-ci il çempionluğuna isə, heç bir söz ola bilməz, öz zəhmətləri, öz gözəl oyunları nəticəsində həmin kuboku qazanıblar.

vetendash
Hə Rivaldonun artisliyi böyük zəhmət idi… Qrupda qalmalı komanda gəldi çempion oldu… Yarımfinalda türklər təkqapı oynamışdı. 94-ü nə deyirsən bəs… 62-ni nə deyirsən bəs… Ola bilər bir şempionat udsunlar. Qalanları hakimlərin hədiyyəsi olub… Əşi qazların komandasıdır daa…
r9perviz
62-də mən yox idim, amma 94-ün videolarına baxmışam və orda hakimin heç bir köməkliyini görməmişəm.
2002-də Rivaldonun artistliyinin Braziliyanın qrupda qalmasına heç bir dəxli yoxdu. Yarıfinalda isə Braziliya qol vurdu, qalib gəldi, Türklər də qol vurardılar, qalib gələrdilər. Sadəcə sizin kimilərdi öz zəhmətlərinə çempion olan komandanın qələbəsinə kölgə salmaq istəyən, amma nə xeyri…
girl_moon
1998-ci il Dünya çempionatından sonra onlara qalibiyyət gətirən Zidan üçün fransızlar Eyfel qülləsinə «Mersi Zizu» yazıblar. Görəsən bizə də belə yazılar yazmaq nəsib olacaq? İnşallah ümid edək ki, belə sevinc hisslərini   yaşamaq bizim də qismətimiz olar.
Westsider
Özü də Zidan ərəb ola-ola…
Magicboy
1998-ci il Dünya çempionatında Zidan finalda vurduğu iki qoldan başqa Fransa üçün heç nə etməmişdi… Hətta, qrup oyununda qırmızı kart gördüyü üçün üç oyun buraxmışdı da… Yalnız 1/4də qayıtdı ki, heyətə onda da İtaliya ilə oyunda ən axmaq oyunçudan belə zəif təsir bağışlamışdı… Fransa penallarla canını qurtardı. Yarımfinalda Türamın vurduğu qollar daha möhtəşəm idi. Bir də finaldakı Braziliyaya babam da qol vurardı :)))
kastanka
Balkanlara eşq olsun.Düzü mən Pireneylierin pərəstişkarıyam.Amma bunlar da özümüzünkilər sayılır.təbrik edirəm.
Westsider
Serbləri deyirsən?
r9perviz
Bizim yığma da nə vaxtsa uğurlar qazanacaq. Əgər heyətində yalnız bir əcnəbi oyunçu ilə Qarabağ Avroliqada 1 mərhələ keçib və 2-ni keçməyə yaxındısa, ən azından buna ümid etmək olar.