Sağlam oruc tutmaq üçün dietoloq məsləhətləri

Orucu su ilə açıb ardınca 1-2 ədəd zeytun, xurma, qoz və ya badam yemək lazımdır.

İftar süfrəsində mütləq şorba olmalıdır. Şorba ilıq halda içilməlidir. Bu, həm həzmə kömək edəcək, həm də həddən artıq yeməyin qarşısını alacaq.

Şorbanı içdikdən 15 -20 dəqiqə sonra əsas yeməyi süfrəyə gətirmək olar. Ət və tərəvəz yeməklərindən birini seçə bilərsiniz. Tərkibində mərci, noxud, lobya olan yeməklər tövsiyə olunur. İftar süfrəsində toyuq və balıq yeməkləri də yer ala bilər.

Plov və makaron həftədə ən çox 2 dəfə yeyilə bilər.

Xörəklərin yanında 2 dilimdən artıq çörək yemək olmaz.

İstədiyiniz qədər salat yeyə bilərsiniz. Salatın tərkibi nə qədər sadə olsa, o qədər yaxşıdır. Çiy tərəvəzlər bol miqdarda lif ehtiva etdiyi üçün tox saxlayır.

Yağlı qidalar, xəmir xörəkləri, qovurma ət, kolbasa və sosiska yemək məsləhət deyil.

Ramazan ayında bir çox insan imsak vaxtı oyanır, təkcə su içib təkrar yatır. Ancaq bu, düzgün deyil. Çünki belə etdikdə orqanizm 12 saat əvəzinə 18-20 saat ac qalır. Bu isə maddələr mübadiləsinin pozulması ilə nəticələnir. İmsakda qidalanmamaq yuxusuzluğa, baş ağrısına və halsızlığa səbəb olur.

Ramazan ayında bol miqdarda su içməyənlər qəbizlikdən əziyyət çəkirlər. Bunun qarşısını almaq üçün iftardan imsaka kimi olan vaxt ərzində ən az 12- 14 stəkan su içmək lazımdır. Bununla yanaşı, imsak vaxtı 3-4 ədəd ərik yemək məsləhətdir.

Aysu Aydın
dietoloq 
loading...

0 şərh