Hansı xəstələrə oruc tutmaq olmaz?

«Oruc tutmağın orqanizmə müsbət təsir etməsi öz təsdiqini tapmış bir faktdır. Ancaq təbii ki, bu halda qidalanma rejiminə diqqət yetirmək çox önəmlidir. Ac-susuz qalmağın bədəni zərərli maddələrdən təmizlədiyini, lakin bu zaman da qida səbətinə ciddi fikir verməyin lazım olduğunu diqqət edilməlidir».

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu «Oruc tutmaq kimlərə olmaz?» adlı məqaləsində bildirib. Orucluq zərərli maddələrin ən böyük düşmənidir. Bəzən bundan da yanlış şəkildə istifadə edilir, gün ərzində ac və susuz qalmağın əvəzi iftarda bunlardan çox istifadə edərək çıxarılır. İftarda çox sürətli yemək çox ziyanlı nəticələrə gətirib çıxarır. Sahur və iftarda xüsusilə duz istifadəsini məhdudulaşdırmaq lazımdır. Çünki insan uzun müddət ac qaldıqda özündən asılı olmayaraq bu kimi qaydaları unuda bilir.

Şəkərli diabet xəstələrinin öz endokrinoloqu ilə məsləhətləşməsi tövsiyə edilir. Uzun müddət ac və susuz qaldığı üçün qan dövranı, metobolizm və həzm kanalının işi ləngiyir. Əgər kiminsə bu tipli mübadilədə baş verəcək hər hansı dəyişikliyi varsa deməli orucluq zamanı xəstəliyinin intensivləşməyinə gətirib çıxara bilər. Şəkərli diabeti olan kəslərə əslində oruc tutmaq faydalıdır, şəkərin səviyyəsini azalda bilər, amma bu müddətlərdə hipoqlikemiya baş verərsə daha ziyanlı nəticələrlə qarşılaşa bilərlər.

Demək burda öz endokrinoloqunuzla məsləhətləşib qərar vermək daha düzgün olar. Çünki şəkərli diabet, növlərinə və klinik gedişinə görə nizamlanan bir xəstəlikdir. Öz təcrübəmdə ən çox müraciət edən mədə-bağırsaq xəstəliklərini qeyd edə bilərəm ki, kəskin qastrit və xora kimi hallarda (aktiv dövr) uzun zaman ac və susuz qalmamağı tövsiyə edirik. Bəzən xroniki həzm sistemi xəstəlikləri olanlar var ki bunlar sahur və iftar vaxtı qida rejiminə istədiyimiz kimi əməl etmədiyinə görə fəsadlarla qarşılaşa bilir.

Bəzi xroniki xəstəlikdən əziyyət çəkənlərin susuz qalmasının zərərli olduğu təsdiqlənib. Böyrək xəstəlikləri (sidik yolu infeksiyaları) zamanı bədəni susuz saxlamaq ziyanlı amil sayılır. Adətən deyirik ki, orqanizmin çəkiyə uyğun olacaq qədər su tələbatını ödəmək lazımdır. Orucluq zamanı bu qədər müddətdə su içməmək və sonra qısa müddətdə bu suyu əvəz etmək digər üzvlər üçün təhlükəlidir. Qanda kreatini yüksək olan insanlarda ən çox narahatçılıq yaradacaq səbəblərdən biri də ürəkbulanmadır və oruc tutan zaman bu hallar bu zəhərli maddənin kənara çıxması ilə yanaşı, orucluğu poza bilir.

Mədəaltı vəzi xəstələri üçün ən yaxşı dövr elə ac qalmaqdır. Amma ac qaldıqdan sonra birdən-birə çox yemək əks təsir göstərə bilər. Qida rasionunda istənilən halda çox yemək deyil də çox faydalı qidalar yemək üstün sayılır. Bədəni tox saxlayacaq çiçək tozu, güldəfnə toxumu, biyan kökü və kətan toxumu kimi məhsullar həm həzmi asanlaşdırır, həm də bədənin suya olan tələbatını azladır. Bəzən oynaq xəstələri də müraciət edir ki. biz tutsaq nə kimi ziyan çəkərik? Təbii ki, oynaqların da hərəkət edən zaman oynaq mayesinə ehtiyacı olur və bu çatışmırsa fəsadlar verə bilər. Amma ac qalmaq (susuz yox) revmatoloji oynaq xəstəliklərində faydalıdır.

e-tibb.az
loading...

0 şərh