Ramazan ayında halsızlıq və yuxusuzluqdan əziyyət çəkməmək üçün

Ramazan ayında oruc tutan insanlarda yuxu pozğunluğu və halsızlıq yaşana bilər. Yaxşı, yuxusuzluğun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir. Diqqətlə oxuyun!
Mübarək Ramazan ayında yuxu pozğunluğunun arta biləcəyini nəzərə alaraq, həddindən artıq qəhvə və dəm çayının istehlakından qaçmaq lazımdır.
Dos. Dr. Yavuz Selvi, Ramazan ayında yuxusuz olma məsələsinə toxunaraq rahat yatmanın insanın öz əlində olduğunu söyləyib. Ramazan ayında halsızlıq və yuxusuzluq
Mübarək ayda yuxu pozğunluğunun arta biləcəyinə diqqəti çəkən Dr. Yavuz, görüləcək sadə tədbirlər sayəsində sağlam və rahat yuxunun mümkün ola biləcəyini söyləyib.
Nizamsız yuxu insanın bioloji saatını pozduğu üçün, sağlam yuxu tənzimlənmədikdə bədən bütün hormonal tarazlığı və hərəkətliliyini təmin edən bioloji saat ritmini itirə bilər. Bioloji saat ritminin itirilməsi nəticəsində baş ağrısı, mədə-bağırsaq şikayətləri, halsızlıq, yorğunluq, diqqətsizlik və əsəbilik əmələ gəlir.
Dr. Yavuz bu cür problemlərlə qarşılaşmamaq və sağlam yuxuya getmək üçün bir sıra tövsiyyələr verib.
1. İftar vaxtı və sonra həzmi çətinləşdirən, yuxuya mane olan ağır, yağlı yeməklərdən qaçılmalı, bol miqdarda qəhvə və dəmli çay içilməməlidir. Xüsusən, iftardan sonra mümkün qədər hərəkət etməli, yürüş etməli, ancaq ağır məşqlərdən isə qaçmaq lazımdır. Sağlam dövrlərdə gündəlik yuxu ehtiyacı 6-8 saat təşkil edir.
2. Ramazan ayında yuxu saatını bir az qabağa çəkmək lazımdır. Obaşdana qədər mütləq yuxu ehtiyacının bir qismini aradan qaldırmaq lazımdır. Sübh namazından sonra dərhal yatmaq həzmə və narahat yuxuya səbəb olduğu üçün, bir müddət, ən yaxşısı isə gün çıxana qədər gözləmək və sonra qalan yuxu ehtiyacını aradan qaldırmaq lazımdır.
3. Gecə boyunca oyaq qalmaq və gündüz yatmaq sağlam olmayan bir yuxuya səbəb olur. Bununla belə gecə yuxusuzluğa səbəb olmayacaq şəkildə, günorta saatlarında 1-2 saat yatmaq faydalı olacaq.
4. Ramazan ayı boyunca həftə sonları da daxil olmaqla eyni saatlarda yatmaq və oyanmaq vərdişi əldə edilməlidir. Gur işıqlı, səsli mühitlərdə, həmçinin televiziya, kompüter, ağıllı telefon kimi işıq və maqnit sahəsi baxımından problem yarada bilən cihazlardan yuxu öncəsi uzaq durmaq lazımdır.
 

Mənbə: Deyerler.org

0 şərh