İftar duasini bilirsinizmi?

İftar duasını: Bismillahir Rəhmanir Rəhim, Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli.
 

5 şərh

Cavid
Please hamı düzgün və ədalətli səs versin, məqsəd bu duanı hamının bilməsidir. Təşəkkürlər
Bilici

dua-istəməkdir


insan nə istədiyini bilməlidir


kiminsə istədiyini yox, öz istədiyini əzbər bilməlidir

Ferbara

Mən «bəli bilirəm» cavabını seçdim. Amma bu sözləri bilirəm: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu» Vəssalam.


Allah orucunuzu qəbul eləsin. Amin!

kastanka

sözün düzü bu duanı bilmirdim.burda öyrəndim.Amma mənasını da yazsaydınız sizə minnətdar olardım.Təşəkkürlər.

Cavid


Azərbaycan dilində bir neçə formada tərcümə  olunur, Amma məzmunca eyni mənanı bildirir.


1. İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!



2. İlahi sənə görə oruc tutdum, sənin razılığını əldə edəm. Sənin verdiyin ruzi ilə iftar edirəm. Səni özümə hər işimdə vəkil bilirəm, pənah bilirəm. Həqiqətən sən eşidənsə duaları, bilənsən sirləri, əməlləri, xəbərləri. Ey bağışlamaqda vüsətli Allah, bağışla məni! 



3. Allahım Sənin rızan üçün oruc tutdum, sənə inandım və sənə güvəndim. Sənin ruzinlə orucumu açdım və Ramazan ayının sabahki orucuna da niyyət etdim. Məninm keçmiş və gələcək günahlarımı bağışla.