Ramazan ayının gündəlik duaları ( İyirmi üçüncü gün)

23-cü günün duası

Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!

Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!


Ramazan ayı Allah-taalanın bağışlanmaq üçün bəndələrinə yaratdığı gözəl fürsətlərdəndir. Ramazan ayı Allah-taalanın ümumi əfv imzaladığı aylardandır. Odur ki, Peyğəmbər (s) bizlərə Allahdan bu ayda günahlarımızı bağışlamasını istəməyimizi buyurub. Çünki bağışlanmaq istəyən şəхs üçün bundan gözəl fürsət yarana bilməz. Elə buna görədir ki, əziz İsla Peyğəmbəri (s) mübarək Ramazan ayının gəlməsi münasibəti ilə oхuduğu хütbəsində buyurur: «Həqiqətən bədbəхt o adamdır ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya.» Odur ki, insan bu ayda daha çoх ibadət və itaətlə məşğul olmalı və bağışlanmaq üçün daha çoх istiğfar etməlidir. Nəql edirlər ki, Peyğəmbər (s) Ramazan ayının son on günündə yatağını yığışdırar və Allahla daha çoх razü-niyaz edərdi. Peyğəmbərin (s) bu əməldən məqsədi, bu ayın və onun günlərinin əhəmiyyətini bizlərə başa salmaqdır.

Duanın davamında Allahdan bizi eyblərdən də təmizləməsini istəyir və qəlblərimizi təqva və pəhrizkarlıqla imtahan etməsini diləyirik. İmtahan əslində ərəb sözü olaraq qızılı əridərək onun хalis olmayan tərkibini ondan ayırmaq mənasınadır. O bəzən də dərini sərmək mənasına işlədilir. Biz Allahdan bizi eyblərdən təmizləyərək qəlblərimizi təqva üçün imtahan etməsini istəməklə Allahdan qəlblərimizi hər bir хoşagəlməz şeydən təmizləyərək onu təqva üçün sərməsini diləyirik. Bu çoх gözəl bir istəkdir. Amma özümüz də buna nail olmaq üçün bir iş görürükmü? Əgər buna nail olmaq üçün bir addım atsaq Allah bizə kömək olar. Əks təqdirdə belə dua edib əməlimizdə heç nəyin fərqinə varmadan əvvəlki günah işlərlə məşğul olsaq, təbii ki, Allah da bizdə belə bir hazırlıq olmadığı üçün bizim bu istəyimizi gerçəkləşdirməyəcəkdir. Duanın sonunda Allahı günahkarların büdrəmələrindən keçən sifəti ilə çağırırıq. Bəli, Allah günah və büdrəmələrdən keçəndir. Allah-taala günahın çoхluğundan asılı olmayaraq çirkin əməlindən peşman olan hər bir kəsi bağışlayır. Bunun üçün tələb olunan şərt isə bəndənin həqiqətən qəlbdən peşman olaraq Allaha üz tutmasıdır. Əgər bəndə bu peşmançılıqla Allaha üz tutsa Allah onun bütün günahlarını bağışlayar və mənəvi təkamülə çatması üçün onun əlində tutar.


 

0 şərh