Ramazan ayına hazırlıq üçün məsləhətlər!

Avqustun 1-dən müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir əy müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxlanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik. Bu isə yolverilməzdir. Xüsusilə Ramazan ayı yay fəslinə təsadüf edirsə, daha diqqətli olmaq məsləhətdir. Çünki yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsək sağlamlığımızla bağlı ciddi problemlər yaşayaraq. Buna görə də Ramazan ayı başlamadan orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida təkibini aşağıdakı şəkildə dəyişməyi məsləhət görürlər:

  • Hər gün səkkiz stəkan su içməyə çalışın. Suya təzə meyvə (çiyələk, alma, limon, nanə) dilimləri əlavə edərək də içə bilərsiniz. Suyu hər zaman görəbiləcəyiniz bir yerə qoyun ki, tez-tez yadınıza düşsün və orqanizminizi lazımi miqdarda maye ilə doyurun.
  • Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın. Orucdan 1 həftə əvvəl bu rejimə keçsəniz Ramazan ayında tezdən durmağa çalışacaqsınız. Xüsusilə axşam yeməklərini oruca başlamazdan əvvəl az yeməyə çalışın. Axşam menyusunun şorba, tərəvəz yeməyi, qatıq və çörəkdən ibarət olması məsləhətdir. Ramazandan əvvəl axşam yeməklərinizi bu şəkildə yesəniz orqanizminiz belə qidaya öyrəşəcək və iftarda ağır yeməyəcəksiniz. Ətraflı: Ramazanda qidalanma
  • Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın. Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.
  • Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.
  • Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir. Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbr və dözüm tələb olunur. Odur ki, bu sinaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin!

mübarək Ramazan ayı

Həmçinin bax: Ramazan ayı haqda bunu bilirsinizmi?

Mənbə: /İtv/

loading...

5 şərh

Anar
Allah oruc və namazlarınızı qəbul etsin.
Old_Baku_
cümləmizin mübarək Ramazan ayına artıq 1 gün qalıb.Hər kəsin səbirsizliklə gözlədiyi tövbələrin qəbul olduğu rəhmət və dua qapılarının açıq olduğu ayda hamını namaz qılmağa,tövbə etməyə və oruc tutmağa dəvət edirəm.Allah nəyin ki,möminlərin bütün müsəlmanların orucunu qəbul etsin.Amin!!!
Gülnar
Düzdü ibadətin yaxşısı pisi olmaz amma mənim ən sevdiyim ibadət növü oruc tutmaqdı..İnsan hər tərəfli saflaşır, düşüncələrinədək..Adamın hamıya yaxşılıq etməyi gəlir, əvvəllər gözünə pis insan kimi görünənləri də sevməyə başlayırsan hətta..Yeməyin əsl dadını hiss edirsən iftarda, elə bil əvvəlcə bu cür dadlı yeməklər heç yeməmisən..çox qəribə təsir göstərir, sözlə ifadə edə bilmirəm..Allah qəbul eləsin
girl_moon
Allah hər kəsin tutduğu orucu qəbul eləsin.
cahandar
Allah oruc ibadətimizi qəbul etsin Amin!!!