Рейтинг
+36.28

Ramazan ayı

29 üzv, 91 topik

Orucu necə tutmalı?

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində Ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.


Ardı →

Orucu batil edən əməllər və hökmləri

ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ

— Əgər insan qəsdən orucu batil edən işlərdən görsə, orucu batil olur. Amma qəsdən olmasa eybi yoxdur. Bu hökmdə Ramazan ayının orucu ilə başqa oruclar arasında heç bir fərq yoxdur. Amma boynunda qüsl olan şəxs yatsa, sübh azanına qədər qüsl etməsə, orucu batildir.

— Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini görsə və orucunun batil olmasını güman edərək o işlərdən yenə də görsə, orucu batildir.

Ardı →

Ramazan ayına hazırlıq üçün məsləhətlər!

Avqustun 1-dən müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir əy müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxlanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik.


Ardı →

Ramazan ayının gündəlik duaları (İkinci gün)

İkinci günün duası:

Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır.

Ardı →

İftar duasini bilirsinizmi?

İftar duasını: Bismillahir Rəhmanir Rəhim, Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli.

İftar duaları

«Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli».
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"


Ardı →

Ramazan ayının gündəlik duaları (Altıncı gün)

6-cı günün duası

Allahummə la təхzulni fihi litəərruzi mə'siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!
Davamı →

İftar niyə xurma ilə açılır

          

Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.


Ardı →

Cümə namazı və onun əhəmiyyəti

«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!» (Cümə surəsi, 9-10).


Cümə, İslam dinində çox əhəmiyyətli qəbul edilən həftəlik ictimai ibadət günüdür. Müxtəlif hədislərdən də göründüyü kimi, cümə günü əvvəllər yəhudi və xristianlar üçün həftəlik ibadət günü olaraq təyin olunmuş, lakin bunu dəyişdirərək yəhudilər şənbəni, xristianlar bazarı həftəlik toplantı və ibadət günü olaraq qəbul etmiş, sonda cümə günü müsəlmanlar üçün yenidən həftəlik ibadət günü təyin edilmişdir.

Ardı →

Orucun tarixçəsi

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz («Bəqərə», 183)


Şəriət terminaloğiyasında orucun mənası: «Müəyyən vaxtda, müəyyən adam tərəfindən xüsusi şeylərdən niyyət edərək özəl şərtlərlə imtina etməkdir».
Oruc tutmaq şəriətin zəruri qanunlarından və İslamın əsaslarından biridir. Quran, hədislər və alimlərin yekdil rəylərində orucun vacib olmasına dair kifayət qədər dəlillər mövcuddur.

Hədislərdən dəlil: Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülharama (Kəbəyə) həcc etmək"
(Buxari: 1\ 49\ № 8. Müslim: 1\ 45\ № 16)

Ardı →