Ramazan ayının fəzilətləri
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Müvəqqəti də olsa varlı insanlara kasıblığın necə olduğunu xatırladan oruc, sosial ədalət düşüncəsinin zehinlərdə və qəlblərdə həkk olunmasına vəsilə olan bir ibadətdir. Çünkü həm hər istədiyini yeyə bilən varlı birisi, həm də çox çətin bir vəziyyətdə yaşayan kasıb insan oruc tutduqları zaman fiziki olaraq eyni hissləri yaşayırlar. Varlı bir mömini həm fiziki, həm də mənəvi cəhətdən kasıblığın sərhədlərinə çəkən oruc bununla köməyə möhtac insanların ağrı-acılarını praktiki olaraq həmin insana hiss etdirir.
Qurani-Kərimdə orucla əlaqədar hökmlərin izah edildiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayələridir. Həmin ayələr oxunduqda bəzi məfhumların ön plana çıxması müşahidə edilir. Elə bu yazıda da həmin ayələrdə Ramazan ayının müsəlmanlara necə deyərlər, təqdim etdiyi «fürsətlər» kimi qiymətləndirilən təqva, Quran, şükür və dua məfhumları təhlil ediləcəkdir.