Рейтинг
+36.28

Ramazan ayı

30 üzv, 92 topik

Ramazan ayının gündəlik duaları (Beşinci gün)

5-ci günün duası
Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!

Allahumməc'əlni fihi minəl-mustəğfirin vəc'əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc'əlni (fihi) min övliyaikəl-muqərrəbin birə'fətikə ya ərhəmər-rahimin!
Davamı →

Cümə namazı və onun əhəmiyyəti

«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!» (Cümə surəsi, 9-10).


Cümə, İslam dinində çox əhəmiyyətli qəbul edilən həftəlik ictimai ibadət günüdür. Müxtəlif hədislərdən də göründüyü kimi, cümə günü əvvəllər yəhudi və xristianlar üçün həftəlik ibadət günü olaraq təyin olunmuş, lakin bunu dəyişdirərək yəhudilər şənbəni, xristianlar bazarı həftəlik toplantı və ibadət günü olaraq qəbul etmiş, sonda cümə günü müsəlmanlar üçün yenidən həftəlik ibadət günü təyin edilmişdir.

Ardı →

Ramazan ayının gündəlik duaları (Dördüncü gün)

Dördüncü günün duası:

Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi'ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!

Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!
Ardı →

Ramazan ayının gündəlik duaları (Üçüncü gün)

Üçüncü günün duası:

Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba'idni fihi minəs-səfahəti vət-təmvih vəc'əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!
Ardı →

Ramazan ayının gündəlik duaları (İkinci gün)

İkinci günün duası:

Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır.

Ardı →

İftar duasini bilirsinizmi?

İftar duasını: Bismillahir Rəhmanir Rəhim, Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli.

Ramazan ayının gündəlik duaları (Birinci gün)

Birinci günün duası:
Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!
Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!



Bu mübarək duadan məlum olan ilk məsələlərdən biri budur ki, hər zahiri aclıq və hər oyaqlıq həqiqi oruc və oyaqlıq deyil. Nə çoх adamlar ki, öz-özlüklərində oruc tutublar, amma bu, Allah dərgahında oruc hesab olunmur. Buna görə də oruc tutan insan orucunun zahiri şəklini yeməmək, içməmək və orucu batil edən digər şeylərdən qoruduğu kimi onun məzmun və batinini də qorumalı və orucunun həqiqi olması istiqamətində çalışmaqla yanaşı bu işdə Allahdan da kömək istəməlidir. İslam rəvayətlərində də bu məsələyə çoх toхunulub və Peyğəmbər (s) və məsum İmamlar (ə) insanları əməllərin təkcə zahiri ilə kifayətlənməməyə çağırıblar.

Ardı →

Ramazan ayyında gündəlik namazlardan sonra oxunan dualar

Bismillahir Rəhmanir Rəhim

Ya əliyyu ya əzim, ya ğafuru ya rəhim, əntər-rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur, və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyyə və huvə şəhru rəmazan əlləzi ənzəltə fihil-quran, hudəl-linnasi və bəyyitnatin minəl-huda vəl-furqan, və cəəltə fihi ləylətəl-qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fəya-zəlmənni və la yumənnu ələykə munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fi mən təmunnu ələyhi və ədxilnil-cənnəh, birəhmətikə ya əhəmər-rahimin.

Allahummə ədxil əla əhlil-quburis-surur, Allahummə əğni kullə fəqir, Allahummə əşbi kullə cai, Allahumməksu kullə uryan, Allahumməqzi dəynə kulli mədin, Allahummə fərric ən kulli məkrub, Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir, Allahummə əslih kullə fasidin min umuril-muslimin, Allahumməşfi kullə məriz, Allahummə suddə fəqrəna biğinak, Allahummə ğəyyir suə halinə bihusni halik, Allahumməqzi ənnad-dəyn, və əğnina minəl-fəqr, innəkə əla kulli şəyin qədir.

Mənbə: www.imamhuseyn.org


Davamı →

Ramazan ayı haqqında bilmədiklərimiz

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına «ramda» sözündən alınmışdır.
Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Buxari, Savm, VI) buyurmuşdur.
Ardı →

Orucun tarixçəsi

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz («Bəqərə», 183)


Şəriət terminaloğiyasında orucun mənası: «Müəyyən vaxtda, müəyyən adam tərəfindən xüsusi şeylərdən niyyət edərək özəl şərtlərlə imtina etməkdir».
Oruc tutmaq şəriətin zəruri qanunlarından və İslamın əsaslarından biridir. Quran, hədislər və alimlərin yekdil rəylərində orucun vacib olmasına dair kifayət qədər dəlillər mövcuddur.

Hədislərdən dəlil: Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülharama (Kəbəyə) həcc etmək"
(Buxari: 1\ 49\ № 8. Müslim: 1\ 45\ № 16)

Ardı →