Рейтинг
+36.28

Ramazan ayı

30 üzv, 92 topik

Sağlam oruc tutmaq üçün dietoloq məsləhətləri

Orucu su ilə açıb ardınca 1-2 ədəd zeytun, xurma, qoz və ya badam yemək lazımdır.

İftar süfrəsində mütləq şorba olmalıdır. Şorba ilıq halda içilməlidir. Bu, həm həzmə kömək edəcək, həm də həddən artıq yeməyin qarşısını alacaq.

Şorbanı içdikdən 15 -20 dəqiqə sonra əsas yeməyi süfrəyə gətirmək olar. Ət və tərəvəz yeməklərindən birini seçə bilərsiniz. Tərkibində mərci, noxud, lobya olan yeməklər tövsiyə olunur. İftar süfrəsində toyuq və balıq yeməkləri də yer ala bilər.
Davamı →

Ramazanda bal yeməyin əhəmiyyəti

Ramazan ayında oruc tutanların sağlamlıq problemi yaşamaması üçün mütəxəssislər ilk növbədə sağlam və təbii qidalar yeməyi məsləhət görür. Belə qidalardan biri də baldır. Xüsusən də Ramazan ayında xam balı süfrələrdən əskik etməmək lazımdır. Niyə?

Xam bal oruc tutan zaman uzun müddət ac və susuz qalan mədəni qorumaq üçün ideal qidadır.
Davamı →

Ramazanda ağız təmizliyi

Oruc tutarkən ağız qoxusunun qarşısını necə almaq olar?
Ağız qoxusu təkcə diş çürüməsi nəticəsində yaranmır. Ən böyük səbəbi diş əti iltihabıdır. Həm də protezlər də ağız qoxusuna səbəb olur. Bundan başqa, bronxlar və mədə ilə bağlı qoxular da meydana gələ bilər. Yəni daha əvvəl yediyimiz qidalar və mədənin boş olması qoxu ehtimalını artırır. İmsak zamanı ağıza qulluq yaxşı edilmədiyi halda isə ağız qoxusu daha da artır.

Orucluykən ağız spreyləri rahat istifadə edilə bilər. Bundan başqa, qoxunun qarşısını alan qarqaraları da udmamaq şərti ilə gündə bir neçə dəfə istifadə edə bilərsiniz. Ramazandan əvvəl də həmin şəxslər diş müayinəsinə gediblərsə, bu problemlə qarşılaşmazlar.
Davamı →

Ramazan ayında idman etmək olarmı?

İdman etmək sağlamlıq üçün əsas şərtlərdən biridir. Hazırda Ramazan günlərini yaşayırıq. Maraqlıdır, Ramazan boyunca idman edərkən nələrə diqqət etmək lazımdır?

Bədənimizi fiziki baxımdan qaydasında saxlayan idman hərəkətlərini doğru yerinə yetirdikdə istədiyimiz nəticəni verə bilir. Beləliklə idmanla ideal vücuda sahib ola bilərik. Ramazan boyunca isə idman edərkən bəzi qaydalara əməl etmək lazımdır.
Davamı →

Haram, məkruh və mustəhəbb oruclar

Məsələ 1748: Qurban və Fitr bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şəbanın axırı və Ramazanın əvvəl günü olmasını bilməyən şəxsə, Ramazanın əvvəli niyyəti ilə oruc tutmaq haramdır.
Məsələ 1749: Əgər qadının müstəhəbb oruc tutması vasitəsilə ərinin haqqı aradan getsə, oruc o qadına haramdır. Vacib ehtiyat odur ki, əgər ərinin haqqı aradan getməsə də, ərinin icazəsi olmadan müstəhəbb oruc tutmasın.
Məsələ 1750: Övladın müstəhəbb oruc tutması, əgər ata-ananın əziyyətinə ya inciməsinə səbəb olsa, haramdır.
Davamı →

Oruc tutması ona vacib olmayan şəxslər

Məsələ 1734: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda ya arpa ya çörək və ya bu kimi şeylər) versin.
Məsələ 1735: Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, müstəhəbb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.
Davamı →

Qəza orucunun hökmləri

Məsələ 1703: Dəli olan şəxs ağıllanarsa, dəlilik zamanında tutmadığı orucları qəza etməsi vacib deyildir.
Məsələ 1704: Əgər kafir, müsəlman olsa vacib deyildir ki, kafir olduğu vaxtın orucunun qəzasını tutsun. Amma əgər bir müsəlman kafir olsa və ikinci dəfə dönüb müsəlman olsa, kafir olduğu günlərin gərək orucunun qəzasını tutsun.
Məsələ 1705: Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə).
Davamı →

Orucun ancaq qəzası vacib olan yerlər

Məsələ 1697: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası insana vacibdir və kəffarə vacib deyildir:
  1. Ramazan ayı gecəsində cünub olan şəxsə, sübh azanına qədər ikinci yuxudan durmasa.
  2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.

Davamı →

Orucun kəffarəsi

Məsələ 1667: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə pozarsa, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Amma bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq kəffarə də verməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1668: Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, orucu batil olmadığı kimi, ona kəffarə də vacib olmaz.
Davamı →

Orucu batil edən şeylər

Məsələ 1581: Bir neçə şey orucu batil edər:
  1. Yemək və içmək.
  2. Cima.
  3. İstimna (İstimna, insanın başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir).
  4. Allaha, Peyğəmbərə və Peyğəmbərin canişinlərinə (ə.s.) yalan isnad vermək.
  5. Tozun boğaza yetişməsi.
  6. Məşhura əsasən, başı tamamilə suya batırmaq.
  7. Sübh azanına kimi, cənabət, heyz və nifas halında qalmaq.
  8. Axıcı şeylərlə imalə etmək.
  9. Qusmaq.
Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır.
Davamı →