Рейтинг
+36.28

Ramazan ayı

30 üzv, 92 topik

İftar niyə xurma ilə açılır

          

Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.


Ardı →

Oruc tutarkən ağız boşluğunun gigiyenası

Uzun yay günlərində tutulan oruc havaların isti keçməsiylə yanaşı, ağız qoxusuna səbəb olur və bu insanların sosial həyatında bəzi problemlər yaradır.

Ağız qoxusunun qarşısını almaq üçün, iftardan sahura qədər yediklərinizə diqqət etməlisiniz. Gün boyu nanə yemək, ağız qoxusunun qarşısını almaqla yanaşı, mədədəki nasazlıqları da aradan qaldırır.

Ramazan ərəfəsində dişlərə normal günlərdəkindən daha çox qayğı göstərilməlidir. Acı və ədviyyatlı yeməklərdən, qazlı içkilərdən və qəhvədən xususuilə qacılmalıdır. Çox yağlı və qazlı içkilərin istehlakı azaldılmalıdır.

Yeməklərdən sonra xarici diş əti, dilə, dil altına, yanaq daxili yerlər diqqətlə təmizlənməlidir. Ağız boşluğunu təmizlədikdən sonra, su və ya antiseptik məhsullardan qarqara kimi istifadə edilməsi ağız boşluğunuzda fərahlıq yaradacaq. Sahurda yemək yedikdən dərhal sonra yatılması, ağız daxili turşu tarazlığını pozaraq bakteriyaların əmələ gəlməsinə səbəb olur.


Davamı →

Ramazan ayını sağlam keçirmək üçün 7 tövsiyyə

Ramazan ayını sağlam keçirmək üçün bəzi vərdişlərinizi unutmalısınız. Orucluq boyu tər göyərti və sudantez-tez istifadə edin. Ağır yeməklər, şərbətli şiriniyyatlar, xəmir xörəklərindən uzaq durmalısınız.

1. Axşamlar yatmağa 1 saat tez gedin, lakin imsaka mütləq qalxın

İmsaka qalxarkən yuxudan əziyyət çəkirsinizsə, akşamlar 1 saat erkən yatın. Çünki imsaqa qalxmadığınız təqdirdə həmin gün sağlamlığınızda daha çox problem olacaq. İmsaq etməsən oruc tutanda ac qalmaq müddəti artır, metabolizm prosesinin sürəti düşür, halsızlıq, baş ağrısı, yorğunluk və diqqətsizlik yaranır. Uzun müddət aclıqdan sonra iftarda həddən artıq yeməyi və qanda şəkərin düşməsini əngəlləmək üçün imsaqda həzmi yavaş, qida dəyəri yüksək olan qidalar qəbul edin.

2. İmsak süfrənizdə tər göyərtilər, meyvə və kompot mütləq olsun

İmsakda çox yağlı, çox duzlu və həddindən artıq şirin yemək olmaz. Bunların yerinə həzmi asanlaşdıran, mədə-bağırsaq sistemində uzun müddət qala biləcək liftərkibli göyərti, meyvə və tam taxıllı qidalara üstünlük verin. Gün ərzində qanda şəkərin miqdarının düşməsini qarşısını almaq, mədə boşalmasını gecikdirmək üçün imsak vaxtı zəngin proteinli qidalarla qidalanmaqla mümkündür. İmsaq üçün ən ideal qidalar: zeytun, pendir, yumurta, kəpəkli çörək, tər göyərti, süd, qatıq, meyvə və ya meyvə kompotları.


Ardı →

Ramazan ayının 2013-cü il təqvimi

Əziz kayzençilər! Əvvəlcə Ramazan ayınin hamımız üçün xeyirli və bərəkətli olmağını Allahdan  diləyirəm. Oruc tutanların sayının inşAllah daha da çox olacağını nəzərə alaraq sizlərə Ramzan Ayının bu il üçün təqvimini paylaşıram. Onu da qey edim ki təqdim edəcəyim təqdim Qafqaz Müsəlmanları İdarəsinin 2013-cü il üçün hazırladığı Ramazan təqvimidir. Qeyd edildiyi kimi İmsak vaxtının son həddi sübh namazından 20 dəqiqə əvvəldir.   


Ardı →

On bir ayın sultanı Ramazan ayı

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

                                               (Əl Bəqərə surəsi, 183-cü ayə)

Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.


Ardı →

İftar duaları

«Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli».
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"


Ardı →

Orucu necə tutmalı?

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində Ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.


Ardı →

Ramazan bayramı | Bayramı necə keçirək

Bismilləhir-Rəhmanir-Rəhim .Həmd və Səna olsun aləmlərin Rəbbi, hər şeyi və bizi Yaradan, bizi müsəlman edən, bizə xeyirli aylar bəxş edən və bizi bu bayrama çıxaran Allahu Təalaya. Şükür yalnız və yalnız Onadır. Salətu və Salam olsun Onun Rəsuluna (s.a.s).

Möhtərəm müsəlmanlar və əziz oxucularımız! Allaha hədsiz-hüdudsuz şükürlər olsun ki, bu Ramazan ayını bitirməyi bizə nəsib etdi! Gözəl, bərəkətli və xeyirli ayın sonunda bizə sevinməyi və bir-birimizi təbrik etməyi buyurdu. Yalnız, İslam ümmətinin keçırdiyi bayram, şənləndiyi və sevindiyi mövsüm, başqalarından fərqlənir. İslam bayramlarının xüsusi məqsədi var, öz hikməti, öz niyyəti və öz ədəbləri var. Bunlar, başqa xalqalarda və yaxud dinlərdə yoxdur. Bilinki, İslam şəriəti və hökmləri insanların dünyada və axirətdə olan faydası üçündür. Hətta Qur'ani Kərimdə Allahu Təala insanlara öz hökmünü və əmrini bildirdikdə, ayələrinin çoxunun sonluğunda ((…bəlkə hidayət tapasınız)), ((…bəlkə qorxasınız)), ((…bəlkə pis əməllərdən çəkinəsiniz)) və sair kimi ifadələrlə insanlara xitab edir. Bütün bunlara diqqətlə yanaşsaq anlayarıq ki, İslam hökmlərinin hamısında bir məqsəd və hikmət vardır.


Ardı →

Ramazan ayında yerinə yetirilən əməllər

İmam Sadiq (ə) buyurur: «Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. (Ərəfədə olma istisnadır, bu zaman bağışlanar)». Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub: «Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala». Bu səbəbdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır. Biz bunların bəzisini nəzərinizə çatdırırıq.

Ramazan ayının gecələrində yerinə yetirilən əməllər:


Ardı →

2011-ci ilin Ramazan təqvimi

Əziz dostlar! Əvvəlcə Ramazan ayınin hamımız üçün xeyirli və bərəkətli olmağını Allahdan  diləyirəm. Oruc tutanların sayının inşAllah daha da çox olacağını nəzərə alaraq sizlərə Ramzan Ayının bu il üçün təqvimini paylaşıram. Onu da qey edim ki təqdim edəcəyim təqdim Qafqaz Müsəlmanları İdarəsinin 2011-ci il üçün hazırladığı Ramazan təqvimidir və İnşAllah doğruluğuna əmin ola bilərsiniz. Bildiyiniz kiminiyyət gecəsi iyulun 31-idir və Ramazan ayı avqustun 1-dən başlayır.


Ardı →