Hava nəqliyyatı

İnsanın hava şarında ilk uçuşu Parisdə 1783 – cü ildə olmuşdur. Jan Fransua Pilar de Rozye və Markiz de Arlantes birlikdə Monqolfye qardaşlarının hazırladıqları isti hava ilə doldurulmuş hava şarnda 8 km uçmuşdular. Hava şarı ağac yandırılması ilə qızdırılır və idarə oluna bilmirdi, yəni küləkdən asılı olaraq hərəkət edirdi.

Buxar mühərrikli havadan yüngül idarə olunan ilk aparat fransız Qifford tərəfindən 1852 – ci ildə havaya qalxdı və 24 km uçdu.

1884 – cüildə ilk tam idarə olunan uçuş elektrik mühərrikli fransız hərbi dirijablı La Franse – da Şarl Renar və Artur Krebs tərəfindən həyata keçirildi. Uzunluğu 52 m, həcmi 1900 m3, mühərrikinin gücü 8,5 a.q. olan dirijabl 23 dəq. ərzində 8 km msafəqət etdi.

Dirijablar. İdarə oluna bilməyən hava şarları otor və hava vinti, merəkkəb idarəetmə sistemi olan dirijablara çevrilirdilər. Bu gəmilərin baş konstruktoru Ferdinand Çeppelin idi. Birinci və ikinci dünya müharibələrind müxtəlif konstruksiyalı dirijabl və hava şarları müşahidə, kəşfiyyat və hava hücumundan müdafiə məqsədləri üçün istifadə edilirdi. Almaniya dirijabllardan Londonun bombardman edilməsində istifaə edirdi.

Planerlər. Göydə qanad açıb uçmaq ideyası insanlarda çoxdan var idi. Emanuil Svedenborq (1688 – 1722) ilk planerin eskizini 1714 – cü ildə yaratdı. Planer havadan ağır motorsuz, uçuşu hava axınlarının qanadlarda yaradığı aerodinamik qaldırıcı qüvvə hesabına baş verən, uçan aparatdır. Bir sra hallarda uçan aparatın konstrusiyasını da planer adlandırırlar. Planerin mühərriki olmadğından onun uçması üçün ona başlanğıc sürəti vermək lazımdır. Öz mühərriki və hava vinti olan motoplanerlər də mövcuddur. Əksər motoplanerlər mührrikdən yalnız yüksəkliyə qalxmaq üçün istifadə edirlər.

1930 – cu illərdə Almaniya və ingiltərədə reaktiv mühərrik üzərində iş başlandı. İngiltərədə Frenk Uittl 1930 – cu ildə hazırladığı reaktiv mühərrik üçün patent aldı və on illər ərzində bu mühərrikin təkmilləşdirilməsi üzərində işlədi. Almaniyada Hans fon Oxayn özünün düzəltdiyi reaktiv mühərriki 1936 – cı ildə patentləşdirdi və onun təkmiləşdirilməsi üzərində işləməyə başladı.

Praktiki olaraq olaraq tətbiq olunan ilk reaktiv təyyarə HeinkelHe 178 (Almaniya) ilk uçuşunu 1939 – cu ildə etdiş ilk qanadlı raket (Fau – 1) və (Fau – 2) və ilk idarə olunan raket Bachem Ba 349 da Almaniyada hazırlanmışdır.

2001 – ci ilin aprelində pilotsuz RQ – 4 Global Nawk təyyarəsi ABŞ – ın Edvards avia bazasında Avstraliyaya qədər dayanmadan və yanacaq götermədən uçdu. Uçuşa 23 saat 23 dəqiqə sərf olundu. 2003 – cü ilin oktyabrında kompüter vasitəsilə idarə olunan tam avtonom transatlantik uçuşu baş verdi.

Hava gəmisi – atmosferdə yerin və suyun səthindən əks olunan hava ilə olan qarşılıqlı təsirdən fərqli təsir hesabına duran uçan aparatdır. Deməli, raket, turbolyot, ekranoplan (ekranolyot dan başqa) və hava yastıqlı gəmilər hava gəmilərinə aid deyildirlər.

Hava gəmilərinin 12 növünü ayırd edirlər – avtojir, aerostat, vertolyot, vintokrıl, dirijabl, maxolyot, muskulolyot, planer, təyyarə, turbolyot, atomolyot, həmçinin fotoelementlər üzərində təyyarə. Havadan ağır olan hava gəmiləri, həmçinin onları havada saxlayan konstruksiyanın növünə görə fərqlənirlər: aparan səthli (qanadlı), aparan vintli və ya reaktiv mühərrikli. Hava gəmiləri arasındakı fərqlər aşağıdakı cədvəldə verilmişdir.




Aparatın xüsusi çəkisi

Güc qurğusunun olmaması



Havadan yüngül


Havadan ağır

Qanadlı


Vintli


Vertikal yerləşmiş reaktiv mühərrik

Var


Dirijabl


Təyyarə (qanadlarını çırpmır), Atomolyot (qanadlarını çırpır)


Vertolyot


Turbolyot

Vintokrıl, konvertoplan

Yox


Aerostat


Planer, Fotoelementlər üzərində təyyarə


Avtojir



-

Muskulolyot

Təyyarə - uçuşu mühərriklərin dartqı qüvvəsi və onun təsirindən hərəkət zamanı qanadlarda yaranan qaldırma qüvvəsinin hesabına baş verən havadan ağır uçan aparatdır ( təyarələrin əsas hissələri – fyüzelyaj, aparan qanadlar, quyruq, təkər şassisi və güc qurğusu). Tərpənməz qanadın olması təyyarəni maxolyotdan, mühərrikin olması isə planerdən fərqləndirir.

Aeroportlar. Aeroport sərnişinlərə xidməti, baqajın, yüklərin və poçtun daşınmasını, həmçinin uçuşlara və hava gəmilərinə texniki xidməti təmin edən mühəndis qurğuları və avadanlıqlar kompleksidir. Aeroportlar hav gəmilərinin qəbulu, yola salınması və hava daşımalarına xidmətin təşkili üçün aerodrom, aerovağzal və digər yerüstü qurğu və avadanlıqlara malik olurlar.

Aerodromlar uçuş meydanından (uçuş – enmə zolağı, təyyarələrin yerdə getməsi üçün yollar, perron, dayanma və yanacaq doldurma yerləri,anbarlar) və hava hərəkətinin idarə olunması kompleksindən (hava hərəkətinin tşkili, elektroradiotexniki, meteroloji, şturman və s. xidmətlər) ibarətdir.

Aeroportun sinfi Sərnişin daşımalarının illik həcmi, min nəfərlə.

I 10000 – 7000

II 7000 – 4000

III 4000 – 2000

IV 2000 – 500

V 500 – 100

İllik daşıma həcmi 10 mln nəfərdən çox olan aeroportlar sinifsiz, 100 nəfərdən az olan aeroportlar isə təsnifatsız aeroportlara aid edilirlər.

Hava nəqliyyatında sürət problemi. Aviasiyanın tarixi təyyarələrin sürətinin artırılması uğrunda fasiləsiz mübarizə ilə doludur. Rəsmi qeydə alınmış ilk dünya rekordu 1906 – cı ildə olmuş və 41,3 km/saat təşkil etmişdir. 1910 – cu ildə ən yaxşı təyyarələrin sürəti 110 km/saat – a qədər yüksəlmişdi. Birinci dünya müharibəsinin əvvəllərində Rus - Baltik zavodunda istehsal edilmiş RBVZ – 16 qırıcı təyyarəsinin maksimal sürəti 153 km/saat idi. İkinci dünya müharibəsinin əvvələrindəisə minlərlə təyyarə 500 km/saat – dan artıq sürətlə uçurdu.

Dünyada hava nəqliyyatının dövlətlərarası səviyyədə çoxtərəfli nizamlanmasını həyata keçirən əsas təşkilat Beynəlxalq mülki aviasiya təşkilatı (International Civil Aviation Organization, ICAO) – dir.

ICAO – nun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

· Aeronaviqasiya; aeronaviqasiya layihələrinin birgə maliyyələşdirilməsi;

· Beynəlxalq hava daşımalarında rəsmiləşdirmələrin sadələdirilməsi;

· Normaların işlənilməsi və beynəlxalq hava hüququnun kodlaşdırılması;

· İnkişaf etməkdə olan ölkələrə aeroportlar və digər aeronaviqasiya qurğularının tikilməsində texniki kömək

Beynəlxalq Hava Nəaliyyatı Assosiyası (ing. International Air Transport Association, qısa IATA) beynəlxalq qeyri hökumət təşkilatıdır , mənzil qərargahı Monrealda (Kanada) yerləşir. Bütün dünya üzrə İATA – nını 101 nümayəndəsi vardır.

Təyinatına uyğun olaraq İATA beynəlxalq agentlik kimi fəaliyyət göstərir. Onun köməyi ilə aviaşirkətlər beynəlxalq hava rabitələrində təklikdə həll edə bilmədikləri problemləri birlikdə həll etməyə çalışırlar.

loading...

1 şərh

məryam

Maraqlıdı. Teşekkürler.