Qədim zamanlarda bir kral, saraya gələn yolun üzərinə böyük bir qaya parçası qoydurmuş, özü də pəncərəyə oturmuşdu. Baxaq nələr olacaq?Ölkənin ən zəngin tacirləri, ən varlı sarvanları, saray vəzifəliləri bir-bir gəldilər, səhərdən günortana qədər. Hamısı qayanın ətrafından gəzib saraya girdilər. Çoxu da kralı yüksək səslə tənqid etdi. Xalqından bu qədər vergi alır, amma yolları təmiz tuta bilmir-deyib keçirdi varlılar. Axırda bir kəndli çıxıb gəldi. Saraya meyvə və tərəvəz gətirirdi. Kürəyindəki xurcunu yerə qoydu, iki əli ilə qayaya sarıldı və var gücü ilə itələməyə başladı. Sonunda qan tər içində qaldı amma, qayanı da yolun kənarına çəkdi. Xurcunu çiyninə atmaq istəyəndə, qayanın köhnə yerində bir kisənin olduğunu gördü. Açdı. Kisə qızıl dolu idi. Bir də kralın qeydi vardı içində. «Bu qızıllar qayanı yoldan çəkən adama aiddir» deyə yazılmışdı kağızda Kəndli, bu gün də bir çoxumuzun ağlına gətirmədiyi bir dərs vermişdi.
«Hər maneə, həyat səraitimizi daha yaxşılaşdıracaq bir fürsətdir.»
Yoldakı daş
9 üzv,
0 topik
Heç bir yazı yoxdur