Neymanın tapşırığı


Məşhur amerikalı riyaziyyatçı Con fon Neymanın (1903-1957) kolleqalarından biri ona bir qədər çətin sual ilə müraciət edir. Aralarında 100 km məsafə olan A və B məntəqələrindən eyni vaxtda iki qatar saatda 50km/saat sürətlə üz-üzə olmaqla hərəkətə başlayır.
 
Qatar hərəkətə gələn zaman A məntəqəsindən hərəkətə keçən qatarın ön hissəsinə qonmuş bir arı səsdən qorxaraq dəmir yolu xətti boyu irəli 90 km/saat sürətlə uçmağa başlayır. Arı B məntəqəsindən gələn qatara toxunaraq cəld dönür və həmin sürətlə geri uçmağa başlayır. Arı qatarlar toqquşana qədər bu şəkildə davam edir. Arı neçə kilometr yol qət etmişdir?

Neyman bu sual ətrafında cəmi 10 saniyə düşündükdən sonra cavab verir:
Arı qatarların görüşməsi üçün lazım olan müddətə bərabər müddətdə uçuşda olduğundan bu müddət 1 saatdır və arı bu zaman ərzində 90 km yol qət etmişdir.
 

0 şərh