Alan Tyuring - Britaniya riyaziyyatının qızıl kəlləsi

II Elizaveta Alan Tyurinqə ömürlük əfv fərmanı vermişdi.
Tyruinq haqqda çıxarılan cəzanı biz tamamilə ədalətsiz hesab edirik və onu əfv etmək- ona verə biləcəyimiz layiqli qərardır.” Ədliyyə naziri Kris Qreylinq kraliçanın bu qərarı haqqda bu cür söyləmişdi.

Alan Tyrunqi Britaniya riyaziyyatının qızıl kəlləsi adlandırdılar. A.Tyurinq kriptoqrofiyanın atası hesab olunurdu. Alan Tyurinqin deşifrə istedadı II Dünya Müharibəsi zamanı Britaniyaya çox böyük kömək göstərmişdi. Məhz Alan Tyurinq çox çətin alman kodu olan “Enigma”nı deşifrələyə bilmişdi. Bu şifrə flotda istifadə olunurdu və uzun zaman britan kriptoqrafları bunun öhdəsindən gələ bilmirdilər. Lakin, Tyurinq bunu bacarmışdı. Onun o zaman 30dan bir qədər artıq yaşı var idi.

Müharibədən sonra Alan Tyurinq kirptoqrafiya sahəsində öz işlərini davam etdirirdi. Lakin 1952-ci ildə böyük qalmaqal baş verdi. Tyurinq cavan işçi olan Arnold Myurrer ilə tanış olmuşdu, o da gecəni Tyurinqin evində keçirmişdi. O hadisədən sonra onların hər ikisini homoseksuallıqda ittiham etmişdilər. O zaman birləşmiş krallıqda homoseksuallıq qanundan kənar idi.

Alan Tyurinqin qarşısında iki seçim var idi: Ya o, türmədə qalmalı idi ya da kimyəvi axtalanma olunmalı idi. Tyurinq ikinci seçimi etdi. Hormonal terapiya impotensiya ilə nəticələndi. Bundan əlavə, Tyurinq dövlət işindən qovuldu, ona gizli sənədlər ilə iş qadağan edildi. Bununla da Tyurinq kriptoqrafiya fəaliyyətini dayandırdı.



İki ildən sonra Tyurinqin meyidini tapmışdılar. Rəsmi məlumata görə o özünə qəsd etmişdir. Ölümün səbəbi isə sianid ilə zəhərlənmə idi. Onun çarpayısının yanındakı siyirtmədən dişlənilmiş alma tapılmışdı. Ən çox yayılan şayələrə görə o məhz bu almadan zəhərlənmişdi.

Xodjes və Devid Levit güman edirlər ki, Tyurinq ən sevdiyi cizgi filmindən səhnəni canlandırmışdı. Onun ən sevdiyi cizgi filmi Ağbəniz idi. Dostlarının dediyinə görə, onun ən çox sevdiyi səhnə qəddar şahzadənin almaları zəhərli mayeyə batırması səhnəsi idi.

1967-ci ildə homoseksuallıq haqqda maddə cinayət məcəlləsindən çıxarıldı. Lakin, Tyurinq yalnız indi kraliça tərəfindən əfv qazandı.

Aynur Alimuradbeyli

0 şərh