Pifaqor - müəmmalı riyaziyyatçı

Samoslu Pifaqor (b.e .ə. 570-490-cı iilər) – qədim yunan filosofu, riyaziyyatçısı, pifaqorlular dini-fəlsəfi məktəbinin banisidir. 

Pifaqorun valideynləri Samos adasından idilər. Bir sıra mənbələrdə alimin atasının daşyonan, digər mənbələrdə isə varlı tacir olduğu qeyd edilib. Pifaqorun anası, yunan Soloma müstəmləməkəsini yaradan tanınmış Ankeya sülaləsindən olub. Əfsanələrə görə, alimin anadan olacağını Delflərdə Pifiya təxmin etmişdi. Qeyd edək ki, Pifaqor sözünün hərfi mənası «Pifiyanın elan etdiyi kəs» deməkdir. Alim Finiyalı Sidonda anadan olub.

Qədim müəlliflər Pifaqorun öz dövrünün bir çox məşhur müdrikləri ilə (yunanlar, farslar, misirlilər ilə) ünsiyyət qurduğunu iddia edirlər. Xüsusi ilə, gənc vaxtlarında alimin Misirə getdiyi və yerli kahinlərlə tanış olduğu söylənilir. Bir sıra müəlliflər onun yad ölkələrdən gələnlər üçün qadağan olunmuş sirlərə bələd olduğunu qeyd edirlər.

Daha sonralar Pifaqor fars hökmdarı Kambizin əsirlərinin arasında Babilistana sürgün edilir. Burada o, 12 ilə yaxın yaşayır. Və yalnız 56 yaşında olarkən Samosa dönür. Müəlliflərin dediklərinə görə, vətəninə döndükdən sonra həmvətənliləri onu müdrik elan edirlər.

Lakin digər versiya da mövcuddur. Porfiriy öz əsərlərində məşhur alimin zalım Polikratın hökmranlığı ilə razılaşmayaraq 40 yaşında ikən vətəni tərk etdiyini qeyd edir. Beləliklə, riyaziyyatçının Babilistan və Misirə getdiyi dəqiq məlum deyil. Müasir tarixçilər Pifaqorun Samosu hökumətindən narazı olduğu üçün deyil, öz təlimini təbliğ etmək məqsədi ilə tərk etdiyini iddia edirlər. Bu fikri üstün tutsaq, o zaman Pifaqorun Krotonda (Cənubi İtaliyada) məskunlaşdığını və burada xeyli davamçılar qazandığını qəbul etməliyik.

Pifaqorun şagirdləri “agah olanlar cəmiyyəti” yaradırlar. Bu cəmiyyət müəllimlərini ilahiləşdirən, xüsusi seçilmiş həmfikirlərin kastasından ibarət idi. Uzun zamanlar, daha öncə qeyd etdiyimiz müstəmləkədə, bu cəmiyyətin təsiri böyük idi. Lakin Krotondan hökm sürən antipifaqor əhvalına görə filosof Metaponta köçməli olur. Alim elə orada da vəfat edir. Əfsanəyə görə, Pifaqor bilərəkdən ac qaldığı üçün ölmüşdü.

Pifaqorun davamçıları öz şəhərlərində qanunvericiliyi dəyişmək istəyirdilər. Lakin əhalinin əksəriyyəti filosofun fikirləri ilə razı deyildi. Bu hal Tarentada və Korontada üsyanlara səbəb olmuşdu. Pifaqorun davamçılarının əksəriyyəti bu çaxnaşmalarda vəfat etmişdilər, digər qismi isə Yunanıstana və İtaliyaya köçmüşdülər. Porfiriy Pifaqorun Metapontada antipifaqor üsyanında vəfat etdiyini iddia edir.

Pifaqorun fəlsəfi təlimi
Müasir tarixçilər Pifaqorun təlimini iki hissəyə ayırırlar:
1. Dini və mistik həyat tərzi;
2. Dünyanı dərk etməyin elmi üsulu.

Məsələn, Aristotel Pifaqoru paxla yeməyi qadağan edən yarım dini ayinin banisi kimi xarakterizə edir. Platon isə riyaziyyatçıya böyük rəğbətlə yanaşırdı. Faktiki olaraq, Pifaqor həm siyasi, həm də mənəvi və fiziki təmizləmə məqsədləri olan gizli cəmiyyət yaratmışdı. Pifaqorun davamçıları ruhun insanlara və heyvanlara göylərdən bəxş olunduğunu və yenidən göylərə qayıtmaq haqqını qazanana qədər onların bədənlərində qaldıqlarını düşünürdülər. 

Davamçıların nailiyyətlərindən biri də dünyanın inkişafının kəmiyyət qanunvericiliyinin təbliğatındadır. Pifaqor dünyanın dərkedilməsinin əsasını rəqəmlərin təşkil etdiyini düşünürdü. Onun fikrinə görə, dünyanı dərk etmək üçün onu idarə edən rəqəmləri başa düşmək gərəkdir. Nəticədə, Pifaqorun davamçıları insan fəaliyyətinin bir çox sahələrində müxtəlif rəqəm nisbətləri tərtib etmişdilər.

Elmi nailiyyətlər
Bugünkü gündə Pifaqor görkəmli riyaziyyatçı və kosmoloq kimi qəbul edilir. Lakin qədim mənbələrdə onu bu nailiyyətləri barəsində bəhs edilməyib. Məsələn, Yamvlix Pifaqorun davamçılarının öz ixtiralarını Pifaqorun ixtiraları kimi təqdim etdiklərini yazır. Bir çox insanlar Yer kürəsinin dairəvi şəkildə olduğunu Pifaqourn söylədiyini iddia edirlər.  Alimlərin əksəriyyəti isə bu versiyanı təkzib edirlər. Lakin Pifaqorun məktəbinin kosmologiyada və riyaziyyatda olan nailiyyətləri aşkardır.



Maraqlı faktlar
Heredot Pifaqoru «görkəmli elliyalı müdrik» adlandırırdı.
Pifaqor əlyazmalarını saxlamırdı. Onun həyatı və təlimi haqqında bütün məlumatlar davamçılarının işlərindən əldə edilib. Pifaqorun təlimi haqqında ən qədim mənbələr onun ölümündən 200 il sonra yaradılıblar.
Bir çıxışının nəticəsində Pifaqor 2 min tələbə qazanmışdı. Onlar öz ailələri ilə birlikdə qədim riyaziyyatçının qanunları və qaydaları keçərli olduğu məktəb yaradırlar.
Pifaqor insan ruhlarının heyvanlara keçdiklərinə inandığı üçün o, və onun davamçıları vegetarian idilər.
Pifaqorun adını daşıyan bir fincan mövcuddur. O həmçinin « xəsislik fincanı» kimi də məşhurdur. İlk baxışdan bu tamamı ilə adi bir fincandır, lakin onun ortasında kiçik bir sütun var. Belə fincanı yalnız müəyyən bir səviyyəyə qədər su ilə doldurmaq olar. Əgər fincana kənarlarına qədər su tökülsə, su aşıb daşacaq.
Beləliklə, «xəsislik fincanı» nisbət hissi haqqında unutmamağa yardım edir.
Pifaqorun şərəfinə Ayın kraterlərindən biri onun adını daşıyır.
Pifaqorun həyat yoldaşının adı Feano, qızının adı Minya, oğlunun adı isə Telavq olub.

0 şərh