9 ən asan riyazi fənd

Bir çox insanlara riyaziyyat dəhşətli dərəcədə çətin görünür və onların gözünü qorxuya salır. Bu siyahı isə sizə ümumi riyazi kələklərlə bağlı bilgi verməklə yanaşı, riyazi tapşırıqların beyində sürətli həllini asanlaşdırmağa kömək edə bilər.

1. 11-ə vurma
Hamımız bilirik ki, 10-a vurma zamanı, ədədin sonuna sadəcə bir 0 əlavə olunur, bəs siz bilirsiniz ki, 11-ə vurmaq üçün də belə sadə qayda mövcuddur. Buyurun baxın

Verilən ədədi götürüb, rəqəmlərin arasında boşluq qoyun, bu nümunədə biz 52 ədədini 11 dəfə artırırıq. 52; 5_2
İndi isə həmin iki rəqəmi toplayın və onların cəmini ortada yazın
5_(5+2)_2. Beləliklə cavab hazırdır: 572.

Əgər toplama zamanı ortadakı ədəd iki rəqəmlə alınarsa (məsələn 18), 2-ci rəqəmi (8-i) yazır, onluğu isə ilk rəqəmin üzərinə əlavə edirik:
9_(9+9)_9; 9_(18)_9; (9+1)_8_9; 10_8_9; 1089 – bu həmişə işə yarayır.

Daha bir nümunə 89: 8_9; 8_(8+9)_9; 8_(17)_9; (8+1)_7_9; 979.

2. Cəld şəkildə kvadrata yüksəltmə
Bu üsul sizə iki rəqəmli, sonu 5 ilə qurtaran ədədləri cəld şəkildə kvadrata yüksəltmək imkanı verəcək. birinci rəqəmin üzərinə özünü əlavə edib, üstünə bir gəlin və sonra 5 yazın. Bu qədər asan 
252= (2x(2+1)) & 25
2 x 3 = 6
625

3. 5-ə vurma
Əksər insanlar 5-ə vurma cədvəlini çox asanlıqla yadda saxlayırlar, amma söhbət böyük rəqəmlərə gələndə iş qəlizləşir, bəlkə o qədər də yox. Gəlin yoxlayaq, bu üsul da olduqca sadədir.
İstənilən bir ədədi götürün və onu ikiyə bölün, yəni yarıbayarı azaldın. Əgər qalıqsız rəqəm alınarsa, sona 0 əlavə edin. Əgər qalıq alınarsa, qalığa fikir verməyin və sonra 5 əlavə edin. Bu da həmişə işə yarayır. 

2682 x 5 = (2682 / 2) & 5 və ya 0
2682 / 2 = 1341 (bütöv ədəd, ona görə də sona 0 yazırıq); 13410
Gəlin başqa bir nümunə sınayaq:
5887 x 5

2943,5 (qalıqlı ədəd vergülü atın və 5 yazın)
29435

4. 9-a vurma
Bu sadədir. 1-dən 9-a qədər olan istənilən bir ədədi 9-a vurmaq üçün, barmaqlardan istifadə etmək olar. Vurduğunuz rəqəmə uyğun olan barmağı bükün (məsələn 9х3 – üçüncü barmağı qatlayın, bükülən barmağa qədər olan barmaqların sayın (9х3 olduğu təqdirdə bu 2 edir), sonra isə bükülən barmaqdan sonra gələn barmaqların sayın, bu nümunədə isə cavab 7 edir. 2 və 7, cavab 27.

5. 4-ə vurma
Bu çox sadə fənd olsa da, bunu yalnız bəzi insanlar bilir. Hiylə isə ondan ibarətdir ki, əvvəlcə ikiyə vurub, sonra yenə ikiyə vurma lazımdır.
58 x 4 = (58 x 2) + (58 x 2) = (116) + (116) = 232

6. “Çay pulunun” hesablanması
Əgər siz 15% “çay pulu” saxlamaq istəyirsinizsə, bunu etməyin çox sadə üsulu vardır, əvvəlcə 10%i tapın (rəqəmi 10-a bölün), daha sonra əldə olunan ədədin üzərinə onun yarısını əlavə edin və cavabı alacaqsınız:
$25 d0lların 15%-i = (25-in 10%-i ) + ((25-in 10%-i) / 2)* $2.50 + $1.25 = $3.75

7. Mürəkkəb vurma
Əgər siz böyük rəqəmləri vurmalısınızsa və onlardan, siz sadəcə rəqəmləri qruplaşdırıb, cavabı əldə edə bilərsiniz.

Məsələn 32 x 125 bərabərdir, 16 x 250 o da bərabərdir 8 x 500 o da bərabərdir 4 x 1000 = 4,000



8. 5-ə bölmə
Əslində böyük rəqəmləri 5-ə bölmək çox asandır. Lazım olan tək şey onları iki artırmaq və vergülü sola çəkməkdir.
195 / 5 –i tapırıq
Addım 1: 195  2 = 390
Addım 2: vergülü çəkirik: 39,0 və ya 39.

2978 / 5-i tapırıq
Addım 1: 2978  2 = 5956
Addım 2: 595,6

9. 1000-dən çıxma
1000 ədədindən çıxmaları həyata keçirmək üçün bu sadə qayda kifayət edir: əvvəlcə 9-dan birinci rəqəmləri çıxırıq, sonuncu rəqəmi isə 10-dan çıxırıq. Məsələn: 1000- 648 Addım 1: 9 çıx 6 = 3 Addım 2: 9 çıx 4 = 5 Addım 3: 10 – 8 = 2 Cavab: 352

1 şərh

Rahimova
Riyaziyyatdan kvadrata yüksəltmə başlığı altında yazıda səhv gedib. 5 yox 25 yazılmalıdır. 5 yazın yazılıb. Ola bilər mexaniki səhvdir.
Məsələn 65 i kvadrata yüksəldək. 6+1X6. yəni yazdığınız kimi birinci rəqəmin üstünə 1 gəlib birinci rəqəmin özünə vururq.42 edir.sonuna 5 yazsaq, 425. Düz deyil. amma 25 yazılsa düzdür. 4225
Riyaziyyat müəllimi deyiləm. Biologiya müəllimiyəm. Övladıma başa salan zaman mexaniki səhvi gördüm. Düşünürəm dəyərli məlumatlardır. Amma səhvlər olduqca, deyilsə vaxtında düzələr.