Sadə həndəsi fiqurlar

Həndəsə - həndəsi fiqurların xassələri  haqqında  elmdir.
GEOMETRIYA yunan sözüdür. Azərbaycan dilində tərcümasi, YERÖLÇMƏ deməkdir.
Həndəsi fiqurlara aid nümunələr: 
Məktəbdə öyrənilən həndəsə riyaziyyatdan  başlanğıc adlı əsər  yazmış Evlikdin adı ilə Evklid həndəsi adlanır. Həndəsənin öyrənilməsi planimetriyadan başlayır. Ən sadə həndəsi anlayışlara nöqtə,parça,düz xətt, bucaq aiddirş
Planimetriya həndəsənin müstəvi üzərindəki  fiqurları öyrənən bölməsidir. Müstəvi üzərində əsas həndəsi fiqurlar nöqtə və düz xətdir
Düz xətt sonsuzdur.
Düz xəttin verilmiş iki nöqtəsi  arasındakı bütün nöqtələrindən  ibarət hissəsinə  parça deyilir. Bu nöqtələr parçanın ucları adlanır.

Düz xətt üzərindəki üç nöqtədən biri və yalnız biri digər ikisi arasındadır.
Parçanı ölçmək üçün müxtəlif ölçü alətlərindən istifadə olunur.
A B parçasınlın uzunluğu A və B nöqtələri arasındakı məsafəyə deyilir.
Hər bir bucağın sıfırdan  böyük müəyyən dərəcə ölçüsü var
Bir düz xətt üzərində olmayan üç nöqtədən və bu nöqtələri cüt-cüt birləşdirən üç parçadan  ibarət olan  fiqura üçbucaq deyilir: Δ ABC
Üçbucağın təpəsini onun qarşısındakı tərəfin ortası ilə birləidirın parçaya üçbucağın verilmiş  təpəsindən çəkilmiş medianı deyilir.
Üçbucağın A təpəsindəki bucaq AB və AC yarım düz xətlərinin əmələ gətirdiyi  bucağa deyilir.
İsbat olunan hökm teorem adlanır.
Teoremin ifadəsi adətən iki hissədən ibarət olur. I hissədə nə verildiyi göstərilir.  II hissədə nə isbat ediləcəyi göstərilir.
İki tərəfi bərabər olan üçbucağa bərabəryanlı üçbucaq deyilir.
Üçbucağın bərabər tərəflərinə onun yan tərəfləri, III tərəfinə isə oturacağı deyilir.
Bütün tərəfləri bərabər olan üçbucağa bərabərtərfli üçbucaq deyilir.

1 şərh

Aysel77
Planimetriya anlayisini oyrendim.Tesekkurler!