Rəqəmlərin təşəkkülü

İbtidai icma quruluşunda yaşayan insanlar öz təkmilləşməmiş nəzərlərini tək-tək əşya deyil,əşya çoxluğuna salmışlar.İnsan cəmiyyəti,məsələn,heyvan sürüsünü,quşların dəstəsini,meşə ağaclarını və s. ayrı-ayrı əşyaya ayırınca uzun bir tarixi inkişaf yolu keçmişdir.İbtidai insanlar üçün sayılası əşyanın təkcə varlığı deyil,onların keyfiyyətlərinin də mühüm rolu olmuşdur.Uzun zaman aparılan müşahidə və təcrübi fəaliyyət nəticəsində insanın bilik horizontunda və diqqət mərkəzində duran cisimlər öz təbii cizgilərini insan beyninə nəqş etdi və onda real aləmin get-gedə düzgün təsəvvürlərini yaratdı.Beləliklə,ədəd və fiqur anlayışı yaranmağa başladı.Cisimlərin konkret keyfiyyətlərindən,xassələrindən uzaqlaşaraq,onların saylarını göstərən xassələrini öyrənmək nəticəsində natural ədədlər əmələ gəldi və insanın ehtiyacına tabe edildi.Şifahi nitqdən yazılı nitqə keçmə prosesinin nəticəsində rəqəmlər və say sistemləri meydana gəldi.Bunlara nümunə olan ən qədim yazılara Rind papiruslarında rast gəlinir.Rind papirusları (Axmes papirusları) e.ə. XXI-XVIII əsrlərdə babillilər tərəfindən tərtib edilmişdir.Bu papiruslarda 84 məsələ toplanmışdır.Bu papiruslara əsaslanaraq demək olar ki,say sistemi qədim Şumerlilər və Babillilər tərəfindən kəşf edilmişdir. Babillilərdən əlavə Xaldeylər də say sistemləri haqqında fikirlərə sahib olmuşlar.Onların say sistemləri 60-lıq say sistemi olmuşdur.Xaldeylərdə 1-dən 60-a qədər olan hər bir natural ədəd onların allahlarının adları olmuşdur.Xaldeylər mixi yazı formasından istifadə etmişlər.Say sistemi daha sonralar hindlilər tərəfindən inkişaf etdirilmiş və mədəni irsin ən möhtəşəm abidəsi kimi yüksəldilmişdir.Hind rəqəmləri və onluq say sistemi Bağdada VIII əsrdə keçmişdir və ərəblərin İspaniyaya hücumu zamanı Avropaya yayılmışdır.Ərəb rəqəmləri bu müddət ərzində xeyli dəyişmişdir.
 

1 şərh

ORIGINAL
Daha da ətraflı ola bilərdi.Hər halda maraqlı məlumata görə təşəkkür!