Qladiatorlar

Qladiator latın sözü “qladius” sözündən götürülüb və qılınc adlanır. Qədim Romada bir-birlərinə, vəhşi heyvanlara qarşı vuruşdurmaq üçün hazırlanan daha çevik, güclü qullara deyilirdi.
Qladiatorların döyüşü öz başlanğıcını qədim etruskların dəfn mərasimlərindən götürüb. Romalılar etruskların milli adət-ənənələrinin bir qoluna əsaslanaraq döyüş növünü yaradıblar. Qədim Yunan tarixçisi Tit Livinin yazdığına görə, qladiatorların ilkin döyüşü bizim eradan əvvəl 264-cü ildə Romada Brut Perenin dəfnində olub. Romalılar bu oyunu ―Ahirət oyunları adlandırırdılar. Rəsmi adı ―munus, yəni ―borc, ölənlərin qarşısında dirilərin borcu. Zaman keçdikcə, etruskların ənənəsi burada da davam etdirildi. Nəhayət, b.e.ə. I əsrdə əyləncəli və tərbiyələndirici əhəmiyyətə malik tamaşaya çevrildi.
Daha sonra əyalət canişinləri, sərkərdələr, həmçinin, imperatorlar yeni rütbə əldə etdikdə təşkil olunan bayram şənlikləri sırasında qladiatorlar döyüşü də yer aldı. Hətta, oyunların keçirilməsi üçün amfiteatrlar inşa edilməyə başladı. Getdikcə arenalarda döyüşənlərin sayı mütəmadi olaraq artırdı. Onların çoxluğu siyasi nüfuzun göstəricisi idi. Belə ki, bizim eradan əvvəl 49-cu ildə Yuliy Sezar imperator seçiləndə 320 cüt döyüşçünü meydana çıxartdı. Artıq döyüş kütləvi hal aldı. Qəribəsi o idi ki, yerli əhalinin də qladiator döyüşlərinə marağı vardı. Kütlənin çox az qisminin ədalətsiz sandığı oyunların keçirilməsinə Romada baş verən Spartak üsyanı da mane ola bilmədi. Əvvəllər döyüşün təşəbbüskarı yalnız hakim dairənin nümayəndələri idi. Sonralar zadəganlar və elit təbəqənin mənsubları da qladiator döyüşlərinin maraqlı tərəfi kimi çıxış edirdilər.
qladiator döyüşü
Müxtəlif zaman kəsiklərində bu qanlı səhnələr gah yarış, gah da əməlli-başlı ölüm-qalım məsələsi kimi qabardılıb. Oktavian Avqustun təşkil etdiyi döyüşlərdə 10000-ə yaxın insan iştirak edib. Trayanın təşəbbüskarı olduğu yarış 123 gün davam edib. Neronun dövründə arenaya adlı-sanlı matron və senatorlar çıxırdı. Domisian isə qadınlar və cırtdanlar arasında döyüş təşkil edirdi. Bəzi imperatorlar ayrı-ayrı qladiatorlara başçılıq edirdi. Kommod bu oyunlara o qədər aludə olub ki, özü də bir neçə dəfə iştirakçı rolunda arenaya çıxıb. Çox keçmir, oyunlara baxmaq sadə xalqdan tutmuş zadəganlara və hakim dairənin mənsublarınadək hamının məşğuliyyətinə çevrilir. Eramızın birinci əsrində demək olar ki, hər şəhərdə ən azından 1 amfiteatr var idi. Qladiator döyüşlərini, hətta, Roma imperiyasından asılı olan hökmdarlar da təşkil edirdi.
3-cü əsrin sonlarına yaxın bu oyunlar çətin bir sınaqla üzləşir. Xristian kilsəsi belə tamaşaların əleyhinə çıxır. Böyük Konstantin qladiator vuruşmalarına qadağa qoyan ilk imperator kimi tarixə düşüb. Son olaraq döyüşlərin ləğv edilməsi Qərbi Roma imperatoru Qonoriyanın 404-cü sərəncamında qeyd edilib. Bundan sonra qladiatorların əksəriyyəti orduya göndərildi. Beləcə, Roma ordusu yeni bir güc qazanırdı. Qullar, könüllü döyüşə atılan kasıblar, hətta, cəngavərlər, çılğın zadəgan gəncləri də qladiator adı almaq uğrunda vurşmağa hazır idilər. Onlar hər şeyə dözəcəklərinə and içir, dəfələrlə sınanırdılar. Eranın ilk yüzilliklərində Roma ordusunun qüdrətinin məhz qladiatorlar hesabına artdığını ehtimal edən tarixçilər, yəqin ki, yanılmayıblar. Bu ərəfədə böyük şəhərlərdə qladiatorlar hazırlayan məktəblər də meydana gəldi. Ciddi nizam-intizama malik məktəblərdə hazırlanan döyüşçülərin hər biri cüzi səhvə görə cəzalandırılırdı. Lakin, onların fiziki hazırlığına və düzgün qidalanmasına nəzarət edilirdi.

Qladiatorların istifadə etdikləri silahlar:

• Qılınc: 65 sm uzunluğunda olan qladius (Gladiator sözü buradan törəmişdir) qladiatorların ən məşhur silahı idi. Ancaq dəryaza bənzər “Sika” və bir tərəfi haşiyələnmiş “Asinases” adlı qılınclardan da istifadə edilirdi.
• Nizə: Qladiatorlar nizələrdən itələmək və ya atmaq üçün istifadə edirdilər. Yüngül, ağır, uzun, qısa, atlı qladiator tərəfindən və ya sadəcə piyadalar tərəfindən istifadə edilən növləri var.
• Ox: Qladiatorlar tərəfindən istifadə edilən çox sayda ox növləri var. Bəziləri sadəcə yayla atılır. Bəziləri isə qısa olur və qalxanın arxasında gizlədilir.
• Xəncəl: Ehtiyat silah kimi istifadə edilir. Ancaq yaxın məsafələrdə yararlıdır.
• Qalxan: Qalxanın əsas vəzifəsi özünü müdafiə olsada bəzən rəqibi vurmaq üçün istifadə edilir. Dəyirmi formalı “parma” və uzunsov “skutum” adlı qalxanlar ən məşhurlarıdır.
• Tor: “İakulum” adlanan bu silah yalnız bir qladiator növü (“Retarius”) tərəfindən istifadə edilirdi
• Zireh: Qladiatorların yalnız 26 növü zirehdən istifadə edir. Zirehlərin bəziləri ağır, bəziləri isə yüngül olur. Əsasən zəif qladiatorlar zirehlərdən istifadə edir.
 
 

0 şərh