Pun müharibələri

«Karfagen» Finikiya dilində «yeni şəhər» deməkdir. Şimali Afrikada quldar şəhər dövləti olan Karfagen şəhəri dənizə uzanmış daşlı burun üzərində yerləşmişdi, coğrafi mövqeyi əlverişli idi. Dəniz ticarəti aparırdı. Şəhər ətrafındakı münbit torpaqlar quldarlara məxsus idi. Şimali Afrikanın bir hissəsi, İspaniyanın cənubu, Aralıq dənizinin bir sıra adaları Karfagenə tabe idi. E.ə. III əsrdə Karfagen və Roma Siciliya adasını ələ keçirməyə çalışırdı. Bu hər iki dövlət arasında müharibəyə səbəb oldu. Romalılar karfagenliləri «pun» adlandırdıqlarına görə bu müharibəyə Pun müharibəsi deyilir. E.ə. 264-146-cı illərdə fasilələrlə üç pun müharibəsi olmuşdu.

Birinci pun nıüharibəsinə səbəb (e.ə. 264-241) Roma və Karfagenin Siciliyanı işğal etmək cəhdi idi. Müharibə 20 il davam etdi. Romalılar quruda, karfagenlilər dənizdə üstün idilər. Romalılar müharibənin gedişində güclü donanma yaradaraq Siciliyanı işğal etdilər. E.ə. 241-ci ildəbirinci Pun müharibəsi qurtardı. Karfagen Siciliyanı Romaya güzəştə getdi, təzminat verməyi öhdəsinə götürdü. Çox keçmədi Roma Sardiniya və Korsika adalarını da tutdu.

Pun müharibəsini əks etdirən video:

İkinci pun müharibəsi e.ə. 218-201-ci illərdə olmuşdu. Roma Sardiniya və Korsika adalarını tutduğu bir vaxtda e.ə. 219-cu ildə karfagenlilər İspaniyada Romanın müttəfiqi olan Saqunt şəhərini ələ keçirdilər. Bu isə ikinci Pun müharibəsinin başlanması üçün bəhanə oldu. Hər iki dövlət Aralıq dənizinin qərb sahillərinə sahib olmaq istəyirdi. Karfagen qoşununa gənc sərkərdə Hannibal başçılıq edirdi. O, Romaya ömürlük nifrət edəcəyinə uşaqlıqda and içmişdi. Romalılar müharibəni İspaniya və Afrikada aparmağı nəzərdə tutdular. Lakin gözlənilmədən Hannibalın qoşunu Şimali İtaliyada göründü. Hannibal İspaniyadan hərəkət edərək, Alp dağlarına gəlib çıxmış, döyüş filləri və qoşunları ilə Alp buzlaqlarından keçib Şimali İtaliyada Po çayı vadisinə çıxdı. Onun bütün filləri, qoşunun yarısı Alp dağlarında məhv olmuşdu. Hannibal İtaliyanın simalında qallarla birləşmiş, digər narazı xalqları öz tərəfinə çəkmiş, Roma üçün təhlükə törətmişdi. Bir neçə vuruşmada Roma legionlarını məhv etmiş,Roma dövlətində vahimə yaratmışdı. E.ə. 216-cı ildə Roma ordusu ilə Karfagen ordusu arasında Kanna kəndi yaxınlığında vuruşmabaşlandı. Hannibal Romanın 80 min piyada, 6 min süvarisinə qarşı özünün 40 min piyada, 14 min atlı döyüşçüsünü aypara şəklində düzdü. Ortada zəif, cinahlarda ən güclü hissələri yerləşdirdi. Dördbucaq şəklində düzülmüş Roma legionu Hannibalın ordusunun içərisinə yeridi, cinahdan güclü zərbə alıb mühasirəyə düşdülər. Karfagenlilər 70 min Roma döyüşçünü qırdı və əsir aldılar.

Kanna döyüşü videosu(Hasdrubal və Hannibal Roma ordusunu məlub edir)

Kanna vuruşmasından sonra karfagenlilər sülh bağlamaq istədilər. Lakin Roma senatı onların elçisini heç dinləmədi. Karfagenlilər Romanı təhlükə altına aldılar. Hannibal İtaliyanın cənubuna gəldi, orada yaşayan xalqları Romaya qarşı qaldırdı, Siciliyadakı Sirakuz şəhərindən və Makedoniyadan kömək istədi. Roma onların hər ikisinə müharibə elan etdi. Sirakuz şəhərini tutdu. Məşhur alim-riyaziyyatçı Arximed burada öldürüldü. Romalılar Hannibalın qoşunu ilə üzbəüz vuruşmayaraq karfagenlilər tərəfinə keçmiş şəhərləri mühasirəyə alır, karfagenlilərin kiçik dəstələrinə hücum edir, böyük döyüşlərdən çəkinir, beləliklə, «qüvvə tükədən» müharibə aparırdılar. Onların qoşununda vuruşan gənclər inadla döyüşür, Hannibalın qoşunu azalır, romalıların qoşunu artırdı. Bu müharibə Hannibalın qüvvəsini tükəndirdi.

Kanna vuruşmasından 12 il sonra e.ə. 204-cü ildə Roma sərkərdəsi Ssipionun başçılığı ilə Afrikaya qoşun çıxarıldı. Bunu eşidən Hannibal Karfagenə qayıtmağa məcbur oldu. E.ə. 202-ci ildə Zama şəhəri yaxınlığında vuruşmada romalılar Hannibala qalib gəldilər. Bir il sonra İkinci Pun müharibəsi qurtardı. Karfagen hərbi donanmasını Romaya təslim etdi, çoxlu miqdarda pul verməyə, bütün torpaqlarından əl çəkməyə məcbur oldu. Afrikadakı ərazisi ilə kifayətləndi. Senat Hannibalı tələb etdi. O, Kiçik Asiyaya qaçdı. Buradakı evi tapılıb mühasirəyə alındı. Hannibal ələ keçməmək üçün özü həyatına qəsd etdi. İkinci Pun müharibəsində qələbədən sonra Roma həm Aralıq dənizinin Qərb sahillərinə sahib oldu, həm də başqa əraziləri işğal etmək üçün yeni imkan əldə etdi.Karfagen (pun müharibələri)

Üçüncü Pun müharibəsi e.ə. 149-146-cı illərdə oldu.Karfagen dəniz ticarəti aparır və varlanırdı. Roma aristokratları və tacirləri Karfageni yer üzərindən silməyi tələb edirdilər. Roma Karfagenin Numidiya dövləti ilə müharibə aparmasını bəhanə edərək, Afrikaya qoşun çıxartdı. Şəhər üç il qəhrəmancasına müdafiə olundu. Xəstəlik və aclıq əhalinin taqətdən saldı. Gənc Roma döyüşçüsü Tiberi Qrakx qala divarları üzərinə birinci çıxdı və qızıl çələnglə mükafatlandı. E.ə. 146-cı ildə şəhər tamamilə dağıdıldı, sakinləri qul kimi satıldı, şəhərin yeri şumlandı. Karfagen Romanın Afrika əyaləti elan edildi.Roma Aralıq dənizində ən güclü dövlətə çevrildi.

Oxşar məqalələr

10 şərh

papatürk

Üçüncü Pun müharibəsinə aid Zama döyüşünün ən yaxşı videosunu da tapdım.Ssipiona afərin düşür,çünki o karfagenlilərin döyüş fillərini zərərləşdirə bilir:





Freddie
Zama döyüşü İkinci Pun müharibəsinə aiddir… Filləri aradan çıxarmaları doğrudan da təqdirəlayiq idi…
təpəgöz

Döyüş səhnələri çox canlı çəkilib. 2200 il əvvəl olsa da özümü Kanna düzündə hiss etdim:=)
Yeri gəlmişkən,karfagen əhalisi finikiyalılardan törənib.

Freddie

Üçüncü Pun müharibəsindən sonra şəhərin dağıdılmasında və yerin şumlanmasında Romanın marağı nə ola bilərdi. Videoda, bir gözü olmayan Kannibaldır? Kanna döyüşü tarixdəki ən məşhur döyüşlərdəndir. Roma ordusu üç tərəfdən mühasirə olunsa da geri qaçmır… Deyəsən, Üçüncü Pun müharibəsində hətta qadınlar da orduda döyüşüb...

2ral
Bəli,bir gözünü Hannibal Romaya hücumda itirib.bəlkə də dünya tarixində onun kimi mərd,igid adam olmamışdır.
O,Qamilkar Barka adlı bir KArfagenli sərkərdənin oğlu idi.Uşaqlıqda and içmişdi(atası məcbur etmişdi) ki,ömrü boyu Romaya qarşı mübarizə aparacaq və sözündən də dönmədi.Çoxlarının bildiyinin əksinə olaraq Hannibal əslində Karfagen(Afrikada yerlıəşən) yox,İspaniyadakı Karfagen vilayətinin başçısı idi.Yəni ki,atası öləndən sonra o Karfagen ordusunun yox,karfagenlilərin İspaniyadakı hissələrinin və qalların başçısı idi. Birinci Pun müharibəsinə isə onun Saqunt şəhərini mühasirtə alması səbəb olmuşdu.Yəni ki karfagenlilərin heç bundan xəbəri yox idi. Özü təkbaşına Romaya yürüş edir,çoxlu adam itirsə də romalıları qırır.Qardaşı Hasdrubal İspaniyadakı orduya başçılıq edir,romalılara qarşı müharibə aparır,sonralar İtaliyada Alpı keçəndən sonra qardaşı ilə birləşmək istəyirsə də istəyi alınmır,onu öldürüb başını kəsir və Hannibalın düşərgəsinə atırlar.
Hannibalın ən böyük qəhrəmanlığı o olur ki,özü 5000 adam itirdiyi romalılardan 50000 yaxın adam qırdığı məşhur Kanna döyüşündə qalib gəlir.Lakin,sonra tale Hannibalın üzünə gülmür.Romalılarən əlindən Karfagenə,sonra Antioxiyaya,sonra Ermənistana,axırda da Qara Dəniz sahilindəki Brisiniyaya qaçır.Axırda onunromalılara satılacağını biləndə özünü zəhərləyib öldürür. O demişdi ki,məni Roma yox,öz Karfagenim uddu.doğurdan da,Karfagenin alverçi xislətli hakimləri onu çox darda qoymuşdu.Bununla belə,o,hərb tarixində çox böyük sərkərdə kimi tanınır.
Freddie
Yalan danışma… o vaxtı ermənistan yox idi :)) dövlətləri hələ qurulamışdı… bəlkə də ermənilər onu satmağa cəhd göstərib.
Freddie
minusdan görünür ki, burda ermənipərəstlərin sayı kifayət qədərdir. Başda 2ral olmaqla…
2ral
Nə demək istəyirsiz?
Mövzuda offtop etməyin.Lazımsız şərhlər və replikalarla çox maraqlı postu zay etməyin.
şərh silinmişdir
IDEAL
Əla məqalədi. Kitabların bir pis cəhəti var ki, videoları olmur.