Qədim Romanın inkişafının xarakterik cəhətləri

Qədim Roma rəvayətə əsaslanaraq b.e.ə.754\753 yaradılmışdı, sonralar Apennin yarmadasını b.e.ə. III əsrdə –  Aralıq dənizinin sahillərində dövlət və buə razı Qərb və şimali-şərq Avropanın bir hissəsi kiçik Asiya, Şimali Afrika sahilləri, Suriya, Fələstini əhatə etmişdi. Roma tarixi əsas etibarı ilə 3 mərhələyə bölünür:
1)Çar dövrü (754\753-510-509 b.e.ə.)
2)Respublika (510-509-30 b.e.ə.)
3)İmperiya (30 b.e.ə  — 476.b.ə.) Bu mərhələdə üç əsas qism: prinsipat (30 – b.e.ə. – 193 b.e.) böhran (193- 284) və dominat (284-476).

İlk dövrdə əhalinin bir hissəsinin tam hüquqa malik olanlar patrisiyalılardır, əhalinin qalan hissəsi- plebey adlanırdılar. Patrisiyalılar və plebeylər arasında olan fərq və mülki və sosial qeyri- bərabərlik nəticəsində yeni forma sosial münasibətlərdə yaranmışdı – klientela. Xalq toplantıları (yıgıncaqlar) kuriya1 əsasında aparılırdı, və onlarda yalnız patrisiyalar iştirak edə bilərdilər. Rəvayətə görə ilk dəfə Romul tərəfindən senat yaradılmışdı. Bax: Romanın yaranması
Çarın hakimiyyəti senat ilə məhdudlaşırdı və komissiya2 tərəfindən. Sonralar çar ixtiyarı güclənərək, senatın üzvləri çar tərəfindən təyin olunur və senatorlar patrisiya ola bilərdi. İlk roma icmasının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Patrisiyalılar hakimiyyətinin sinif- təbəqəsi yaranmaga başlanır və onların əlində torpaq paylıra cəmləşir, bununla yanaşı qul və onlardan aslı olan şəxslər.
Bu tarixi mərhələdə pleybeylər kiçik və orta torpaq sahibi və sənətkarlar  idilər. Qullar sinifi bu zaman yaranmamışdı. Çar Serviy Tullıy ictimai quruculuğunun islahatını aparmış və onun nəticələri əsasında bütün qəbilə qalıqlarına qarşı yönəlmişdi.

Respublika dövrü

Çar hakimiyyəti hər il seçilən vəzifə sahibləri arasında bölünürdü, ilk vaxtlar onlar pretorlar adlanırdılar, sonrala konsul. Roma respublikasının daxili tarixi ilk növbədə plebey və partisiyalar arasında mübarizə tarixi olmuşdu. Əslində bu mübarizə kiçik və böyük mülk sahiblərinin arasında olmuşdu. Plebeylər heç bir hüquqa malik deyildilər və torpaq mübarizəsi eyni zamanda hüquqa malik istəyi ilə bir-biri ilə tamamlanırdı. Uzun müddət davam edən mübarizə nəticəsində plebeylər bir sıra nailiyyətlər əldə etmişlər: Xalq tribun vəzifəsi yaradılmışdı, onlar plebeylərin istəklərini müdafiə edirdilər, köləlikdən azad olunmuşlar .
Respublikanın xarici siyasəti əsaən müharibələr ilə müşahidə olunur. İlk mərhələdə qonşu xalqlar ilə o biri dövlətlərini özünə tabe etmişdi. Aparılan müharibələr nəticəsində romalılar öz tərkibinə Orta və Cənubi İtaliyanı, beləliklə III əsrdə Roma Respublikası böyük dövlətə çevrilmişdi. Roma respublikasının siyasi quruluşu kübar respublika əlamətləri xüsusiyyətlər ictimai həyatda təsdiqini tapır.
Respublika dövründə roma mədəniyyəti və incəsənəti yüksək nailiyyət əldə etmiş və inkişaf nəticələri ümumdünya mədəniyyətinə böyük töhfəsi olmuşdu. Əldə olunmuş nailiyyətlər bir çox Roma respublikası tərəfindən işğal olmuş xalqların mədəniyyətinin qovuşması nəticəsində yaranmışdı. Kolizey (Coliseum)-Rome empireQədim Misir, yunanlar, suriyalılar və digər ölkələrin xalqların nəticəsi əsasında zəngin sivilizasiyası (Şimali İtaliya) Roma mədəniyyətinin yaranmasının əsasını təşkil etmişdi. Roma rəqəmlərinin kəşfi, latın əlifbasının mənşəyi, memarlığın inkişafı və s. etrussklardan gəlir. beləliklə, ilk Roma mədəniyyəti qədim xalqların mədəniyyətinin sintezi nəticəsində yaranmış və sonralar romalılar tərəfindən inkişaf etdirilmişdi. Misal olaraq bədii yaradıcıqda qədim yunan böyük təsiri olsa da, Roma dövlətinin incəsənətində yerli ənənələr xüsusi təsir göstərirdi. Respublika dövrü bədii sənət nümunələrinə görə kasıbdır. Romalılar üçün ilk məbədləri etrussklar hazırlamışlar. Sonralar qəsb etdiyi ölkələrdən buraya usta və sənətkarlar axışmağa başlayandan sonra roma memarlıq mədəniyyəti sürətlə inkişafa başlamışdı.
Romalıların ən müqəddəs yerləri yupiter, Yunan, Minervaya, Kapitoliya təpəsində inşa edilmiş məbədlər bu dövrün nümunələri sayılır. Respublika dövrünün ən g.zəl forumlarından 3 birir Kapitoliya yaxınlığındakı Romano adlı forum hesab edilir. Bu meydanda ictimai və siyasi Romanın bir yerə toplanma mərkəzinə çevrilmişdi. Respublika dövrü gələcək mədəniyyətin inkişafı üçün əlverişli təkan rolunu oynamışdır.
İmperiya dövrü Roma mədəniyyəti.

Qədim Roma mədəniyyətinin ikinci hissəsini imperiya çağları təşkil edir. Mədəniyyətdə, xüsusilə bədii sənətdə hakimlərin yeritdikləri mövqelərin və ideyaların tərənnümü başlıca mövzuya çevrildi. İmperiya tərzi ilk dəfə Oktavian Avqust tərəfindən qoyuldu. İmperator Avqust Roma mədəinyyətinin inkişafına xüsusi səy göstərmiş simalardan hesab edilir. Belə ki, bu haqda danışarkən o, həmişə qeyd edirdi ki, Romanı o quldn almış, daşdan təhvil vermişdir. Bunu onun hakimiyyət dövründə tikdirdiyi saray, binalar, forumlar da sübut edir. Avqust dövründə üçüncü Pompey üslubu populyar idi. Bu üslubu sənətlərin sujetləri çox həyati və sadə idi. Bu dövrün Roma incəsənətində ən populyar və maraq doğuran əşyalardan biri maskalar idi. Kişi, qadın, faciəli və ya komik, gözəl və ya eybəcər maskalar tamaşaçıların nəzərində canlanırdı.
İmperator Neronun hakimiyyətə gəlişi ilə Roma incəsənətində portret sənətinin çiçəklənməsi ilə nəticələndi.
I əsrin ortalarında natürmort janrı formalaşmağa başlayır. Cansız əşyaların təsiri indiki dövrdə yeni məna kəsb etməyə başlayır. B.e.ə.IV əsrin son klassika çağında təşəkkül tapmış, ellinizmdə inkişaf etmiş bu janr romalılar üçün bu dövrdə yeni məzmunla səciyyələnməyə başlayır. Təsviri sənətlə yanaşı, söz sənəti iolan ədəbiyyat da zənginşəlir. İmperator Avqust ədəbi prosesi öz tələblərinə uyğun yönəltməyə ciddi cəhd göstərir, öz sifarişinə uyğun əsərlərin yazılmasını tələb edirdi. Romada roman janrına, ölkədəki ayrı-ayrı təbəqə və zümrələri həyatını işıqlandıran hekayələrə yer verildi. Satirik roman, roman-parodiyalar nəşrdə özünəməxsus şəkildə formalaşmağa başladı.
Memarlıq sənətində imperiya dövrünün ən möhtəşəm abidəsi Flavilərin amfiteatrı, sonrakı Kolizey adlandırılan tikilidir. Roma Kolizeyi əvvəlki yunan teatrlarından fərqli olaraq içərisi pilləli otrucaqlardan ibarət olmuş, xaricdən isə dairəvi ellinsayağı divarlardan ibarət edi.
İmperiya çağının digər möhtəşəm memarlıq abidəsi Zəfər Tağıdır. Bu memarlıq nümunəsi Tit imperatorun şərəfinə ucalmış tikilidir.
Troyan (98-117-ci illər) hakimliyi dövründə Roma özünün zəfər çağını yaşamışdır. Bu imperator öz ölkəsi üçün, onun mədəniyyətinin inkişafı üçün çox dəyərli, əzəmətli işlər həyata keçirmişdir. Troyan hakimiyəti illərində tikilən ən məşhur abidə Romadakı Forumdur. İndiyədək mövcud olmuş bütün imperator forumları içərisində bu daha gözəldir.
Troyanın ardınca Adrian imperator seçildi və o, yunanların ənənələrinə üstünlük verdi. İmperator özü bir sıra məbədlərin, layihələrin müəllifidir. Romadakı Venera və Roma məbədləri belələrindəndir. Adrian imperator dövründə dünya memarlığının incilərindən hesab edilən Panteon tikilmişdir (“bütün allahların məbədi”).
Son imperiya çağının portret heykəltəraşlığında kompozisiya mürəkkəbliyi, daha qabarıq dramatizm üstünlük təşkil edirdi.
B.e.III əsr sonunda Roma imperiyasında imperatora ilahi varlıq münasibəti heykəltəraşlıqda da öz təzahürünü tapdı.
Artıq 313-cü ildə imperator Konstantinin göstərişinə əsasən xristian dini dövlətin rəsmi və qanuna dini elan edildi. Yeni dinin qəbul edilməsi Roma mədəniyyətinə öz təsirini göstərdi. Beləliklə, Qədim Roma mədəniyyətinin inkişaf dövrünün mühüm hissəsini təşkil edən imperiya mədəniyyəit özüün səciyyəvi əlamətləri ilə nəinki bu xalqın, ümumilikdə dünya mədəniyyətinin inkişafı üçün möhtəşəm bir tarixi dövr kimi dəyərləndirilməlidir.

0 şərh