Mən məndən yetkin insan istərəm / Can Yücel

Mən,

Məndən yetkin insan istərəm qarşımda!

Məndən dürüst,

Ən kiçik dalğada arxasını çevirməyəcək qədər yetkin,

Arxamı çevirdiyimdə, arxamdan vurmayacaq qədər güvənilir.

Bir o qədər cəsarətli olmalı,

Yağmurdan islanıb, fırtınadan qaçmamalı,

Ayağı daşa ilişincə qayadan qorxmamalı.

İşinə gəlincə sevib,

Çətini görüncə buraxmamalı!

25 şərh

rezerv
Bunu hər kəs istər amma,bəziləri tapar.
Rene
Bəlkə də sadəcə səbr edib o insanı gözləmək lazımdır, bunu isə ancaq bəziləri bacarır, ona görə?..
rezerv
Düzdür. «Səbrin aça bilməyəcəyi qapı yoxdur»
_BUMERANQ_
Mən də məndən yetkin insan istərəm. Deyirlər doğru insanı tapmaq doğru insan olmağa bağlıdı. Mən doğru insanammı, Allah bilir.
Allah hər birimizə ən xeyirlisi nədisə onu nəsib etsin.  Amin.
Topikə görə xüsusi təşəkkür edirəm.
Rene

Mən bir şeyə inanıram: Allah hər kəsə görə birini yaradıb. Arzuna mən də amin deyirəm.

Diamonds
Təbii ki,layiq olanların qarşısına çıxarar Allah.
MaksiMuS
Elə bil zakaz verirləre:) İnsanlar zavoddan standartlara uyğun şəkildə mal tək buraxılmır. Təqdirə və fəxr olunası qadın (kişi) odurki evləndiyi, taleyini, həyatını bölüşdüyü insanı dəyişdirməyi bacara vəya olduğu kimi qəbul etməyi bacara.
_BUMERANQ_
Düzdü, zavodda standartlara uyğun istehsal olunmur. Amma hər kəsin özünə hardasa uyğun biri mütləq var. Sizi bilmirəm, amma mən buna inanıram. 
Digər məsələyə gəlincə, kimisə dəyişdirmək mümkün olası iş deyil, amma həmin insanı olduğu kimi qəbul etmək daha doğrudur.
MaksiMuS
Əlbəttə var, ama o insanı vaxtında tapmaq söhbəti var. Nə bilim, reallıq tamam başqa mənzərədən xəbər verir.
BUrda dəyişdirmək deyəndə bir şəxsiyyəti dəyişdirməkdən, onun xarakterini dəyişdirməkdən söhbət getmirki. Ən azından onu səni olduğun kimi qəbul elətdirməyi bacarmaq özü bir dəyişiklikdi. İkinci halda daha asandı, amma bu halda tək tərəfli güzəşt olur.
Rene

Maksimus, biz də bilirik ki insan standarlara uyğun mal tək buraxılmır. Müqayisə yersizdir. Əlbəttə ki ideal insan yoxdur, amma hər kəsin qəbul edə biləcəyi və edə bilməyəcəyi şeylər var..
P.S. Səhv eləmirəmsə, daha əvvəlki topiklərdə sən ayrılmağın əleyhinəydin, indi noldu, nə tez fikirlərini dəyişdin?

soni_memmedzade
Ay sənin dilüvə quzu kəsim
MaksiMuS
essax kəssən daha yaxşı olar
soni_memmedzade
kəsməyə heç nə tapmadın?bu nədi ee.essax kəsilmir.
soni_memmedzade
həm də heç gülməli deyildi.bəlkə də özün yazıb özün də gülmüsən.:(
MaksiMuS
adamın kefi olmuyanda lap Rafael Coşqun da gəlsə adamı güldürə bilməz.Başa düşürəm
soni_memmedzade
"................................"
MaksiMuS
Mən müqayisə etmədim, sadəcə şərhlərinizdən çıxartdığım nəticəni yumoristikcəsinə dedim.
Mən hər zaman boşanmanın əleyhinə olmuşam.amma bəzən ən əlternativ çıxış yolu elə budu. Bunu ailədəki mövcud  gələcəkdə ola biləcək duruma baxaraq və qiyməıtləndirərək demək olar
soni_memmedzade
Olduğu kimi qəbul olunmursa necə?Və yaxud olduğu kimi olmağı qarşısındakının xoşuna gəlmirsə?Və yaxud dəyişmək istəmirsə necə?
MaksiMuS
Əgər ortaq məxrəcə gələ bilmirlərsə o zaman Ayrılmalıdırlar…
soni_memmedzade
demək asandır, qaqali.eləmək çətindir.
MaksiMuS
Asan olanı etməyə nə var, oğul istəyirəm çətini edə!
zulya_ziko
niye de sevdiklerimiz üçün deyişmeye cehd etmeyek?xoşbextlikde,sevgide qürur olmaz.xoşbextliyini düşünen kes,qürurunu fikirleşmez
heyatin-ellerinde
insan sevdikleri ucun deyismez,seven insan onsuz da qarsisinsadkini oldugu kimi sever eger bele olarsa o sevgidir.....insan ele birini sevmelidir ki onun deyisilmesini yox oldugu kimi qalmasini istesin.....onu oldugu kimi sevsin
Someone

Çox gözəl yazıb. Fikilərimi yazıb sanki