Unutduğumuz xəyallarımız

Xatırlayırsanmı, uşaqkən nə böyük yaxşılıq xəyallarımız var idi?
İnsanlığın yaxşılığı üçün bir şeylər edib, bəzi insanların «qəhrəmanı» olacaqdıq.
Çox təəssüf ki, biz böyüdükcə bu xəyallarımız kiçildi ...
Uşaqkən böyük yaxşılıqlar etməyə istəyimiz var idi, amma imkanımız yox idi. Sonra böyüdük, imkanlarımız oldu, amma bu dəfə hərəkətli həyatımızın yaratdığı daxili səs-küydən yaxşılığın o məsum səsini eşitməz olduq.İnanıram ki, hər insanın içində bir yaxşılıq instinkti olur. Bu instinkt, onu məmnun edəcək bir şeylər etmə ehtiyacı yaradır. Bu ehtiyac, yemək yemə ya da su içmək kimi insanı təmin etmək üçün insana təzyiq göstərməz. O, insanın içində sakit bir şəkildə dayanır. Çılğın deyil, soylu bir ehtiyacdır o. Onun səsini eşitmək üçün diqqətlə onu dinləməyə çalışmalısınız.
İçinizdəki yaxşılıq etmə ehtiyacını ödəmək üçün nə edirsiniz?
Bir müdrikə görə; «Qarşılığını verə bilməyən birinə bir yaxşılıq etmədikcə, mükəmməl bir gün yaşamış sayılmazsınız.» 
Bu meyara görə günlərinizi saysaydınız, "yaxşılıq yaşınız" neçə olardı?

İçimizdə yaxşı bir insan olduğumuza inanmaq istəyən, biri var!



Müəllif: Mümin Sekman

4 şərh

heyatin-ellerinde
Cunki boyudukce eslinde insanligin can verdiyini gorduk...+bir az da imkan olandan sonra ancaq ozumuzu gormeye basladiq.nece ki pencereden baxanda basqa insanlari goruruk pencere seffaf susedir amma ona bir az gumus qatan kimi guzgu olur ancaq ozumuzu gormeye baslayiriq bu da onun kimi bir seydi
pascal
Uşaqkən böyük yaxşılıqlar etmək istəyi hamımızın içində olur. Böyüdük, imakanımız oldu...mənim o arzumu gerçəkləşdirmək imkanım hələ yoxdur. İnşallah, nə vaxt o imkanım olsa, həyata keçirəcəm. Bu sözü çox sevdim: ...Çılğın deyil, soylu ehtiyac…
tarixci1919
Nə gözəl yazılıb. Əslində insan ən xırda bir yaxşılıq eləyəndə belə necə də sevinir. Yaxşılıq etdiyimiz insanın duası ya da" çox sağol«u nəyə desən dəyər. Məncə də yaxşılıq hissi hamıda var. Amma elə insanlar da var ki, etdiyi hərəkətlərin ya da gördüyü işlərin kimin üçünsə yaxşılıq yoxsa pislik olacağənı düşünə bilmir ya da fərqinə varmır. 
seyidova
Yaxşılıq isteyi var amma ele vaxt olur ki, ede blmirsen edirsense de qarşındakı insan bunun deyerini bilmir.Ona gödere de insanlar meyus olur ve artıq heçne etmek istemireler.Amma insan düşünmelidi ki,bu yaxşılığı ona elediyinden çox özüne edirsen.Hem sevab qazanırsan hem axiretini