90-larda uşaq olmaq...

90-larda uşaq olmaq... — Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.

Balaca uşaq qədər ata üçün darıxmaq, böyük adam qədər nigaran qalmaqdır. İşlənmiş boş patronların oyuncaq olmasıdır. Pəncərədən baxanda tank görməkdir. 90-larda uşaq olmaq çadırda yaşamaqdır. “Yox” sözünün mənasını bilməkdir. İtirməyin əslində nə olduğunu anlamaqdır. Əslində 90-larda uşaq olmalı olanların olmayan uşaqlığıdı 90-lar.

— Uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır, küçədə böyüməkdir, “starikə” gedib çörək almaq üçün əl-ələ tutmaqdır, dəftərin qırağını qırmızı qələm xətkeşlə xətləməkdir, əlin tabaşir qoxmasıdır. 

doyunca futbol oynamaqdır...
— Məhəllədə futbol oynayarkən yıxılıb dizləri qan olan, amma oynamağa davam edən, səhər tezdən isti çörək almaq üçün, 2 məhəllə aşağıya göndərilən, telefonun, internetin nə olduğunu bilməyən, qıza sevgisini onun partasının üstünə yazmaqla bildirən, bol-bol TRT-1 izləyən uşaqdır.    

— Qarışqaya işgəncə edib oynayan nəsildən uşaq olmaqdır. İndiki uşaqların qarışqa ilə işi yoxdur.

— Kirayəyə kaset götürməkdir. Radiodan kasetə mahnı yazmaqdır. Axşamın olmasını “Spokoyniy nochi malishi” ilə hesablamaqdır. “Salka” oynamaq üçün evə yığışmamaqdı.

 

— “Ruhsar” serialına baxmaqdır. Rus dilində AZTV-də “Qvadalupe” serialını izləməkdir. Yeni ildə AzTV-də mahnılara qulaq asıb, gülməli səhnələri gözləməkdir.  

— Uşaqlığı Facebookda yox, “gizlənqaç”, “11 tuş”, “yeddişüşə”, “parol-parol”, “rezinka” oynamaqla keçirməkdi. “Məhlə-məhlə” futbolda məhəllə uşaqlarının adını plakata yazıb qışqırmaqdır. Bir futbolçu seçib bütün oyunlarda onun adı ilə çağırılmaqdır. Xatirə dəftərlərinin modda olduğu ən pik nöqtədir. Atanın çəkdiyi “Astra”nın iyin hələ də xatırlamaqdır. Uzun, plastmas qabı olan, rəngli, 250 manatlıq soklarla, 250 manatlıq dondurmayla böyümək, 1 “şirvanla” bir ay kef etməkdi. “Pokemon”lar yığmaq, “Sega” oynamaq, “Tetris”i ən gözəl hədiyyə kimi qəbul etməkdir. “Kukruz”dan çıxan üzüyü xoşun gələn qıza hədiyyə verməkdir.

Rezinka oyununun suyunu cıxartmaqdı... 

— Özündən böyük qardaş və ya qohumlarının paltarları ilə böyüməyə məcbur olan bədbəxt nəsil.

— «Love is» saqqızları ilə böyümək, «polboks» saç stilinin suyunu çıxarmaq, ya Hüseyn Dərya ya da Elşad Xose fanatı olmaq.

— Axşam AZTV-də yayımlanan “Sehrli güzgü” verilişini səbirsizliklə gözləyib, veriliş qurtarandan sonra da atamız tərəfindən zorla yatmağa göndərilmək deməkdir.

Hazırladı: Rəna Nevzat 

13 şərh

Diamonds
Türklər demiş,nostaljik oldu mənim üçün.90-cı illərin yannda müasir dövr heç nəymiş ki...O dövrü yaşamamışam.Amma yaşamaq istəyərdim.Yuxarıda adını çəkdiyiniz filmlər,verilişlər və s. haqqında yalnız böyüklərdən eşitdiklərimdir.“Spokoyniy nochi malishi” haqqında da eşitmişdim,amma baxmamışdım.Çox gözəl idi,izləyə-izləyə yuxum gəldiyeeee =)Bir sözlə,super topik idi.Əllərinizə sağlıq.
mehbeliyeva
İlk 6 ilim 90-lara düşür amma 2000-ci ilin əvvəllərini də elə 90-lar kimi yaşamışam..Ümumilikdə bütün uşaqlığım köhnə tərzdə keçib.bu da yəqin ailədən qaynaqlanır,daha çox həmin mühiti sevən ailədə yaşamışam ona görə.Hələ Trt-1-dəki «benimle oynarmısın» programı-onu lap səbirsizliklə gözləyərdim ordakı mahnını oxumaqçün əsas da :)
asel
Super bir topik BUMERANQ, əllərinizə sağlıq. Məni lap uşaqlığıma qaytardız. 90-cı illərdə AZTV-də Ovcu Pirim vardı… Maraqla onu gözləyərdik… Sonra Gizlənqaç vardı, Yeddi şüşə vardı, ortada qaldı oyunları vardı... 
A_T_zade
İlk öncə bu maraqlı topik üçün minnətdaram. Həqiqətən çox maraqlı və düzgün xatırlatmalar idi. Məqaləni oxuyarkən həm kədərləndim, həm də gülümsədim. Düzün desəm bunların hamısı mənimdə uşaqlığımdan yan keçməyib. Amma mən bəzi uşaqlardan fərqli olarak qarışqalara işgəncə verməmişəm. Hətda həyətə çıxanda onlar üçün evdən yemək də götürürdüm. Bunu qəbul etməliyik ki, o zamanlar həyatın çətinliklərinə və keçmə-keçli anlarına baxmayaraq, uşaqlıd daha təmiz və saf idi. elə o dövürdə uşaq qəlbinin saf və təmiz, insanlığın pak olmasının səbəbi isə məhs elə bu müasir texnalogiyanın olmaması idi. Uşaqlıq həyatlarını internet klublarda, kafelərdə yox öz məhlələrində uşaq oyunları oynamqda idi uşaqlıq. Üçüncü və ya beşinci sinifə yenicə başlamış uşaqlara mobil telefon alınıb verilməsində və həmin uşaqların mobil telefon varitəsi ilə internetdə pornoqrafik vidiolar izləməsində yox, məhs " Spokoyniy noci malışı" verlişinə baxmaq üçün gecənin düşməsini gözləməkdə idi uşaqlıq.
Gülnar
Ay da, nostalgiya yaşatdın, Təhminə, sağ ol. Yazılanların əksəriyyətini yaşamışam. Xüsusilə dizi qanasa da evə gəlməmək və oyunlar:) Qarışqaya yox, cırcıramaya işgəncə verirdik, ayağına sap bağlayıb fırladırdıq :) «Dendy»də super mario oynayırdıq, rezinkada hara qədər hoppanırdıq. Dəhşət vaxtlar idi, qayğı yox, bir şey yox:)
_BUMERANQ_
Topiki hazırlayanda nə vəziyyətdə idim… Bütün uşaqlığım keçirdi gözümün qabağından.
Gülnar mən də sənin kimi cırcıramaya bir də milçəklərə əzab vermişəm :)
Oyun oynamaqdan evə yığışmırdıq, əsl uşaqlıq elə 90-larda qaldı… (

Bütün oxuyub kövrələnlərə minnətdaram :) 
Gülnar
Yaxçı uşaq, çöldə oyanayan olmalıdı, vəssalam:) Bir də bağça. Bu əsl uşaqlıq üçün vacibdi məncə. 
Əsas sən sağ ol :) 
Venera
Xiiixixixi.Qarışqaları çəkiclə öldürürdüm.bunların hamısı mənə tanışdı.Bircə «Ruhsar» serialını yadıma sala bilmədim.Oxuyarkən çox təsirləndim.Topikə görə çox sağol.))))
Kenan_Elxanoglu
Doxsanlarda qaçqınlıq həyatı yaşamışıq, tanımadığımız yerlərdə, tanımadığıız adamların əhatəsində yaşamağa məcbur olmuşuq. Çörək növbəsinə durmuşuq saatlarla, atam maşınla benzin növbəsində səhərə qədər gözləyib. Elektriksiz, qazsız, susuz yaşamışıq. İşsiz, maaşsız yaşamışıq.Necə yaşadığımızı, necə tab gətirdiyimizi indi fikirləşmək belə çətindir.

Azərbaycan dövləti keçid dövrünü çox böyük çətinliklə keçib.

Bu çətin vaxtlarda yükümüzü çəkən valideynlərin qarşısında ehtiramla baş əyirəm!
naninka
Yazılanlar mənə uşaqlığımın nostalgiyasını yaşatdı. İcərisində usaqlığımı yada salan xoş anılar da  oldu, kədərləndirən də…
ALi358
EHH o Ilerrerden bezi fraqmanlar dusudu yadimaaa Heyfi 90-99 lar indi uwaqliq internet le olub gedir /
azadmamedov90
1990dan oldugum bellidir yeginki )) ama onlarin coxunu gormusem sukur ki ))
teessuf ki, cetinlikler  coxaldi.
JAVIER_ZANETTI
Usaqliq illerinin en gozel anlarindan biri, kravata saqqiz yapisdirib 2 gunden sora onu ceynemek idi getdi o gunler....Şükür Ya Rəbb o günləri yaşadığım üçün