Məktəb illəri

Insan çox vaxt bir şeyi itirdikdə onun qədrini bilir..Eləcə də məktəb illərinin.Ən gözəl,eyni zamanda səmimi bir kədərlə doludur son zəng. Bir tərəfdən məktəb artıq bezdirib, digər tərəfdən hələ də ondan ayrılmaq çətin gəlir sənə. Böyük,müstəqil həyatın cətin yoluna qədəm qoyulur. Bu maneəni hər kəs adlayır,amma baxır necə.

“Son zəng”i əksər MDB ölkələrinin məzunları qeyd edir. Ancaq bizdən fərqli olaraq, onlarda bu gün fərqli şəkildə - “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” adı Azərbaycanda, Türkiyədə və Rusiyada işlənir.Əvvəllər son dərs günü - mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər.

Məktəb illərini başa vuraraq buna nail oluruq. Sevimli müəllimlərimiz, uşaqlıq həyəcanları, ilk məhəbbət) məktəb divarları arasında qalır.Amma hər kəs sonradan bu illəri xatırlayır.



Geyimimiz,hüququmuz bir idi
Şagird idik,hamımızın adıydı.
Elə bil ki,boyumuz da eyniydi
Aman allah nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz
Bir töhmətdən için-için yanırdıq.
Hələ onda bilmirdik ki,bunu biz
Bir gün necə həsrət ilə anırıq.

Dünya hələ bizim üçün nağıldı
Min arzuyla-alışırdıq yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.


Məktəb illəri,
ömrümün ən şirin,duyğulu,qayğısız günləri
Hər anı bir ömrə bərabər sehrli günləri,
ən təmiz arzulu günləri.


Экзамены кончатся скоро
Последний звонок прозвенит
Простимся со школой, жизнью веселой
Прощайте, школьные дни
Что ждет впереди - неизвестно
И нам никогда не забыть
Те добрые песни, что пели мы вместе
Их будем беречь и любить
Те добрые песни, что пели мы вместе
Их будем беречь и любить

Сложные заданья, первые признанья
Озорной и очень дружный класс
Длинные уроки и учитель строгий
Не забудем никогда мы вас

Недавно совсем нам казалось
Что так этот вечер далек
Но время промчалось, немного осталось
Нас ждет последний звонок
Но время промчалось, немного осталось
Нас ждет последний звонок

Стать бы первоклашкой
День вернуть вчерашний
Взять бы и сначала все начать
Теплый вечер летний
И звонок последний
Будем мы с любовью вспоминать

Экзамены кончатся скоро
Последний звонок прозвенит
Простимся со школой, жизнью веселой
Прощайте, школьные дни
Простимся со школой, жизнью веселой
Прощайте, школьные дни

Прощайте, школьные дни
Прощайте, школьные дни

9 şərh

nərgiz
İnanılmaz günlər idi.Əvvəlcə həmin gün tam məsuliyyəti dərk etmirdim. Məktəbdə tamaşadan sonra birdən-birə başa düşdüm.Bütün qızlar ağlamışdıq. Mahnılara görə çox sağ olun
ramzes

Bu günkü düşüklüklər haqda burda ətraflı yazılıb

bloqçu
Həmin gün o qədər kövrəlirsən, o qədər həyəcannlı olursan ki, amma, zaman keçir hər şey öz adi halını alır. Həyat qayğıları başımızı elə qatır ki, o həyəcan tez yatışır.
Hər halda çox dəyərli illərdir.
Mən çox sevindim ki, bu gün bir çox sinifyoldaşlarım məni anıb mənə zəng də açdılar, sms də yazdılar.
girl_moon

Gün keçir, həyat davam edir, çox zənglər eşidirik, amma «Son zəng» in səsi hələ yaddaşımızdan silinmək bilmir. Kövrəlməmək mümkün deyil.


Təşəkkürlər.

Cavid
31.05.2005, MTK.
Dior
Amma mən nədənsə heç darıxmıram o günlər üçün.
Ramil
Heç ali məktəb illəri də məktəb illərini əvəz edə bilmir.
kurdamir
Məktəb illərini Heç nə əvəz edə bilməzz 
azadmamedov90
1995 oktyabrda birinci sinifə- 2007də 19sentyabrda isə birinci kursa getmişəm) hər zaman tələsərək gecikmişəm. bu yeni nəsilə baxdıqda isə, adam heyfislənir, həm dərsliklər, həm də şagirdlər, çox qəribə vəziyyətə düşüb.