Söylə Yadındamı?..

Söylə yadındamı o axşam çağı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun

Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən, əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.

Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb havada yandın.
Axır gözlərinlə görüb inandın
Enməyən mən oldum, enən sən oldun.

Hüseyn Arif
 

5 şərh

soni_memmedzade

burda şərh yazıldığını indi görürəm.mənə aid bir şey deyil.ola bilsin açıq olan vaxt balaca edib.Hüseyn Arif yaradıcılığına hörmətim var.

Söylə yadındamı o axşam çağı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
 Sönməyən mən oldum, sönən sən oldun..gözəl sözlərdir.amma arzum heç kim sevdasından dönməsin.yaşamaq və yaşatmaq gözəldir.

dunya-cahan
romantika menlik deyil.twk
Munise
mənalıdır oxmuşdum