Рейтинг
+120.59

Romantika və düşüncələr

79 üzv, 67 topik

Unutduğumuz xəyallarımız

Xatırlayırsanmı, uşaqkən nə böyük yaxşılıq xəyallarımız var idi?
İnsanlığın yaxşılığı üçün bir şeylər edib, bəzi insanların «qəhrəmanı» olacaqdıq.
Çox təəssüf ki, biz böyüdükcə bu xəyallarımız kiçildi ...
Uşaqkən böyük yaxşılıqlar etməyə istəyimiz var idi, amma imkanımız yox idi. Sonra böyüdük, imkanlarımız oldu, amma bu dəfə hərəkətli həyatımızın yaratdığı daxili səs-küydən yaxşılığın o məsum səsini eşitməz olduq.İnanıram ki, hər insanın içində bir yaxşılıq instinkti olur. Bu instinkt, onu məmnun edəcək bir şeylər etmə ehtiyacı yaradır. Bu ehtiyac, yemək yemə ya da su içmək kimi insanı təmin etmək üçün insana təzyiq göstərməz. O, insanın içində sakit bir şəkildə dayanır. Çılğın deyil, soylu bir ehtiyacdır o. Onun səsini eşitmək üçün diqqətlə onu dinləməyə çalışmalısınız.
İçinizdəki yaxşılıq etmə ehtiyacını ödəmək üçün nə edirsiniz?
Bir müdrikə görə; «Qarşılığını verə bilməyən birinə bir yaxşılıq etmədikcə, mükəmməl bir gün yaşamış sayılmazsınız.» 
Bu meyara görə günlərinizi saysaydınız, "yaxşılıq yaşınız" neçə olardı?

İçimizdə yaxşı bir insan olduğumuza inanmaq istəyən, biri var!



Müəllif: Mümin Sekman
Davamı →

Uşaqlıq...



Uşaqlıq nə qədər gözəl idi...

Sevdiyin uşağı öp qaç .Nə eşq mahnıları dinləmək yox idi nə də dərd çəkmək. Gizlənqaçda bir-birimizin yerini söyləməyə çalışardıq, indi gizləndiyimiz yeri  özümüz belə bilmirik.

Yıxılanda dizlərimiz qanayırdı, indi isə — ürəyimiz.Rəddedilmə qorxusu yox idi, bir dəfə ağlasaq bizim olardı hər şey, amma indi günlərlə ağlasaq da faydasızdır başqasının olur. 

Böyüməsəydik kaş həyat eyni qalsaydı, heç kim dəyişməsəydi, həmişə gülsəydik saxta gülüşlər nədir heç bilməsəydik...
Davamı →

Məsumiyyət-həyatda itirdiyimiz ən dəyərli məfhum

Əgər günahsızsansa, cəsarətə ehtiyacın yoxdur. Dəqiqliyə də ehtiyacın yoxdur, çünki heç bir şey məsumluqdan daha dəqiq, daha şəffaf ola bilməz. Ona görə əsl problem insanın öz məsumluğunu necə qoruyacağıdır.
  Məsumiyyət əldə ediləcək bir şey deyil. Öyrəniləcək bir şey deyil. Şəkil, musiqi, şeir, heykəl kimi bir qabiliyyət deyil. Bu tip bir şey deyil. O daha çox nəfəs almaq kimidir; doğuşdan mövcud olan bir şeydir.
  Məsumiyyət hər kəsin təbiətində vardır. Heç kim günahsız olmadan doğula bilməz. İnsan günahsız olmadan necə dünyay gələ bilər? Doğum bu dünyaya boş bir səhifə olaraq gəldiyin mənasını verər. Üzərinə heç bir şey yazılmamışdır. Yalnız gələcəyin var, keçmişin yox. Məsumiyyətin mənası budur. Ona görə əvvəl məsumiyyətin bütün mənalarını anlamağa çalış.
  İlki- keçmiş yoxdur, yalnız gələcək vardır. Keçmiş, xatirələr, təcrübələr, gözləmələrdən ibarət olan rüşvətlər verərər. Bütün bunlar bir araya gəlincə səni ağıllı edər, amma dəqiq ola bilməzsən. Səni hiyləgər edər, amma ağıllı ola bilməzsən. Bu dünyada müvəffəqiyyətli olmağını təmin edə bilər, amma varlığının dərinliklərində müvəffəqiyyətsiz olarsan. Və ən sonunda üzləşəcəyin müvəffəqiyyətsizlik qarşısında, bu dünyanın bütün müvəffəqiyyətləri heç bir şey ifadə etməz. Çünki son olaraq yalnız içindəki öz «mən»inlə birlikdə qalar. Digər hər şey itər: müvəffəqiyyətlərin, gücün, adın, şöhrətin, hamısı bir kölgə kimi itər.
  Sonunda səninlə qalan tək şey başlanğıcda gətirdiyindir. Bu dünyadan, yalnız gətirmiş olduğun şeyi apara bilərsən.


Osho  «Masumiyet Yolu-2»

P.S: Mətni türkcədən tərcümə etmişəm.
Davamı →

Sən, mənə mənim qədər yaxınsan

Gözlərini hər dəfə məndən niyə gizlədiyini hələ indiyə kimi başa düşə bilmirəm. Yəqin ki, heç vaxt başa düşməyəcəm də.İlk dəfə əlindən tutmağım indiki kimi yadımdadır. Əlin sanki buz parçası idi. Hərədə bir cür olur. Kiminsə sevəndə həyəcandan əli tərləyir, kiminsə sevgidən bədəni buza dönür. Lap elə sevib şeir yazmaqla, sevib dili tutulub bir kəlmə belə deyə bilməmək kimi. Lap elə sevib dünyanı xilas eləməyə şövqlənməklə, sevib zamanın gözlərin önündə necə qanadlanıb uçduğunu görə-görə iflic olmuş kimi donub hərəkətsiz qalmaq kimi. Lap elə mənim indi bu mətni yazmağımla, sənin evdə oturub heç nə eləmədən məni gözləmən kimi.Bilirsən səni ən çox nə vaxt sevmişdim?Birinci dəfə biz bir yerdə dənizə gedəndə…Yox, bəlkə də daha çox biz səninlə parkda gəzəndə sevmişdim…Bəlkə də bir yerdə kompüter arxasinda oturanda…Bəlkə də birlikdə kinoya baxanda…Bəlkə də birlikdə musiqi dinləyəndə…Bəlkə də sənə mahnı yazanda?!Bilmirəm…Bilmirəm… Artıq çaş-baş qalmışam. Sənə olan sevgim hər saniyə artır.
 Mən səni sevirəm mənim TƏKLİYİM.

Müəllif: Pərviz İsaqov 
Davamı →

Mən məndən yetkin insan istərəm / Can Yücel

Mən,

Məndən yetkin insan istərəm qarşımda!

Məndən dürüst,

Ən kiçik dalğada arxasını çevirməyəcək qədər yetkin,

Arxamı çevirdiyimdə, arxamdan vurmayacaq qədər güvənilir.

Bir o qədər cəsarətli olmalı,

Yağmurdan islanıb, fırtınadan qaçmamalı,

Ayağı daşa ilişincə qayadan qorxmamalı.

İşinə gəlincə sevib,

Çətini görüncə buraxmamalı!


Davamı →

Soruşdum "həyat nədir?" Dedilər......

Həyat xoşbəxt yaşamaqdır.Ölümə hazır olmaqdır
Həyat dəyər verməkdir.Dost qiymətin bilməkdir
Həyat su kimi axmaqdır.Və dənizə qovuşmaqdır
Həyat bir limandır...Qısa bir zamandır
Həyat yaşamağı bilməkdir.Həyat aşiq olmaqdır
Bir yerə yapışmaqdır.Həyat həmişə maraqlanmaqdır
Marağını aradan qaldırmaqdır.Həyat hazırlanmaqdır
Ardı →

Hər şey səndə gizli

Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən.              
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.

Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan.                                                                                                                                                                             Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.

VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!
Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!

 

 

Can Yücel

P.S:Mətni türk dilindən tərcümə etmişəm.


Davamı →

KAŞ və BƏLKƏ

Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

 Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…


Ardı →

Əla şer.

Bir ömrun səadət payına həsrət
 Yarımı itirmiş yarıyam indi.
 Inanma kimisə xoşbəxt eləyəm
 Kiminsə bəxtinə yarıyam indi.

 Bir küskün ovqatam,kədərli çagam,
 Səhra dolawıram gülzarsız bağam.
 Hərdən tanrıma da aşiyəm,ağam,
 Sancmağa yer gəzən arıyam indi.
Ardı →

Təklik nədir?!

Günlərlə telefonunun susması — bu təklik deyildir
Bu-pis dostların olmasıdır

Saatın əqrəblərinin səsisini eşitmən- bu təklik deyildir

Bu boş vaxtlarının çox olmasıdır
Gözlədiyin biri yoxdursa- bu təklik deyildir
Bu-pessimizmdir

Ardı →