Əgər döyürsə deməli sevir!

Ailə zoraklığı — bu problem əsrlərdi ki, həllini tapmır.Görəsən kişinin arvadını döyməyə haqqı çatırmı? Bəlkə burda qadının günahı da  var? Əgər bu problem sizə tanışdırsa, gəlin birgə düşünək. Necə olur ki, insan sevdiyi, hörmət etdiyi, qoruduğu, qısqandığı həyat yoldaşını, həm də döyür. Bəlkə kişinin özünü belə aparmağa haqqı var? Bəlkə sadistdir, yaxud da psixi xəstə? Bəlkə də xüsusi mülkiyyətçiliyin bir növüdür. Bəlkə də…Bəlkə də….Bəlkə də…

Hər il dünyada 15000 qadın ailə münaqişəsi zəmnində dünyasını dəyişir.Əgər “məhəbbətə” görə döyülməyə dözsək, düşünürəm ki,  müəyyən müddətdən sonra statistika    tamamlanacaq                                                                                                                                                                                                                                                                                        Sevgini bir çox psixoloqlar və psixiatrlar xəstəlik adlandırır. Əgər belədirsə bu xəstələrin dərmanı nədir? Əlbəttəki qarşılıqlı sevgi. Əgər sevənlər bir-birinə sevgi dolu baxışlarla baxırsa onda xoşbəxtdirlər və sevgi təlabatları ödənilir. Görüşlər, danışıqlar, etiraflar, davranışlar, güllər və nəhayət “birdən məni atar”-inam və qorxu-bunlar hamsı nevrotik əlamətlərdir, yaxud da ona oxşayır. Sevgi hissi davamlı olmur. Bilirsiniz bu hiss yox olduqdan sonra nə baş verir? Əgər münasibətlər ehtirasdan başqa qarşılıqlı hörmət, bir-birinə maraq, inam və anlamaya əsaslanırsa onda məhəbbət adlı hiss onu əvəz edə bilər. Belə olmadıqda  məhəbbəti təssüf hissi əvəz edir və bu vəziyyətə düşən insanların ilk olaraq ağılına gələn məhz bu fikir olur- “Mən onu tanımamışam” 
Bütün situasiyalarda  nəticə hər zaman insanın özünü necə aparmasından aslı olur. Düşdüyü vəziyyətə reyaksiya kişilərdə və qadınlarda fərqli olur.

    Məni sevməməsinin səbəbi rəfiqələri ilə tez-tez görüşməsidir

Toydan sonra kişi hiss edir ki, qarşı tərəf onu o qədər də sevmir.Hətta o öz xanımını dəlicəsinə sevsədə vəziyyəti dəyişə bilmir. Sevgi ilə xəstələnmiş beyində, yeni fikirlər, ideyalar yaranır. Nə olursa olsun onu əldə saxlamaq! Bəs necə? Məndən başqa heç kim olmamalıdır deyə yeni qaydalar tətbiq etməyə başlayır. Rəfiqənlə görüşməyəcəksən,işə getməyəcəksən, kosmetikadan istifadə etmə, qısa yubka, şalvar geyinmə. Qadın əzab çəkir. Şübhələr, qısqanmalar, bəd fikirlər isə kişini daxildən yeməyə başlayır. Beləcə o öz sevgisinə əsəbləşir, əsəbləşir və onu döyməklə sübut etməyə çalışır ki, bu evdə ixtiyar sahibi kim olduğu bilinsin. Necə düşünürsüz bu vəziyyət normal vəziyyətdirmi? Əlbəttə yox. Hər şeydən əvvəl bu kişi məhəbbət asılılığı hiss edir və onu başqa asılılıqlarla kompensasiya etməyə başlayır. Spirtli içki, siqaret, narkotik bəzən ən tez yadda düşən vastələrdən olur.                                                           

    Boşanmaqdansa döyülmək yaxşıdır -Yaxud əksi  

Belə situasiya ilə rastlaşan qadın bədbəxt ərindən fərqli olaraq ona çox bağlı deyilsə  mütləq boşanır. Onu heç bir pulsuzluq, işsizlik, tənhalıq bu yoldan çəkindirə bilməz. O, özünə qarşı bu münasibəti qəbul etməyəcək. Amma belə vəziyyətlərdən daha çox  rast gəlindiyimiz vəziyyət  inanın ki, həddən ziyada  maraqlı və ağılasığmazdır.                                                                                                     Statistika göstərir ki, qadınlar uzun müddət əri tərəfindən döyülsə də əzablara dözməyə üstünlük verirlər. Əgər qadın uşaqlıqdan tabe olmağa öyrəşibsə asanlıqla qurbana çevrilir.Amma nəyə görə belə incə və gözəl məxluq ağrıya və alçalmağa dözməlidir?                                                                                                                                                                       

     Biri güc verir, biri isə yaşamaq üçün belə insanda güc qoymur    

Dərd ondadır ki, bu çütlüklər çoxdan sağlam olmadıqlarını dərk etmirlər. Onlar öz fikirlərində düz olduqlarına,  bütün səmimiyyətləri ilə  bir-birlərini sevdiklərinə inanırlar. Sevgi asılılığı-bu nevrotik xüsusiyyətdir, əsl məhəbbətlə heç bir əlaqəsi yoxdur. Bu hisslə məhəbbət hissinin əsas fərqi ondan ibarətdir ki, məhəbbət insana güc verir, irəliyə doğru hərəkət etməyə stimul yaradır. Nevrotik vəziyyət isə elə xəstəlikdir ki, insanın sanki  yaşamağa gücü qalmır.

        Asılılığın səbəbi nədir?

Ən birinci və ən vacibi valideyinlərin uşaqla münasibətidir. O ailədə ki, təmənnasız məhəbbət yoxdur,  uşaq  qonşu uşağı ilə daim müqayisə olunursa həmin uşaqlarda özünü qiymətləndirmə aşağı düşür. Belə uşaqların böyüyəndə daim məhəbbətə ehtiyacı olur. Onlar sevilmək istəyirlər amma inanmırlar ki, kimsə onu həqiqi sevə bilər. Bizim cəmiyyətdə asılı davranışı yaradan  digər səbəb isə uşağı  həddən artıq himayə etmək və natamam ailədir. Emosional cəhətdən anasından ayrıla bilməyən oğlan hətta 30 yaşındada uşaqdır.

Natamam ailədə böyüyən qızlar isə ata ilə münasibət olmadığından və kişi məhəbbətinə olan tələbat ödənilmədiyindən, adətən onlara ilk diqqət yetirən kişi ilə evlənirlər. Nigah bağladıqları kişi əksər hallarda özlərindən xeyli böyük olur.

         Evlilikdə manipuliyasiya məhz belə yaranır

Qadınlar demək olar ki, hər zaman  kişidən aslı olur. Bu asılıq özünü daha çox maddiyyətdə göstərir. Qız  maddi cəhətdən oğlandan aslı olmaya bilər,lakin emosional cəhətdən daim ondan aslıdır.Gec tez əks cins bunu hiss edir və öz arvadı ilə manipulyasiya etməyə başlayır.  Belə qadınlar evlənəndə çalışırlar ki, elə insanla evlənsinlər ki, qarşı tərəf  bütün məsuliyyəti öz üzərinə götürsün. Kişilərə gəldikdə isə onlar çalışırlar ki, elə qadınla evlənsinlər ki, onda analıq instinkti daha yüksək olsun. Asılı insanlar təssüf ki,heç özlərinə də kömək edə bilmirlər.Ətrafınızda bu vəziyyətdə olan və sizin kömək etmək istədiyiniz  yaxınlarınız varsa onları mütləq psixiatorla görüşdürməyə çalışın.

                                           Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı

 

13 şərh

Ferro
Meymun balasini sevdiyindən yeyir.
Medikamentoz
Yazı üçün təşəkkürlər.Maraqlı mövzudur.
asel
SEVIB ELEMIR. SEVEN SEVDIYINE EL QALDIRMAQA QIYMAZ
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
Medikamentoz
Burada çox güman ki,İnsaniləşmiş sevgidən bəhs edilir,amma,Sevgi həqiqətən də bir fəlsəfi baxış olub tam fərqli qəbul olunandır,Mənim Sevgimdə bunlar tam mənasızdır.
BaRLeLiTa
bloqaaa
Medikamentoz
Olsun :)  Kompromis həmişə gözəllikdir.
alan
maraqlidi.sagolun
Medikamentoz
Alan,maraqlıdı,sağolun,təşəkkürlər kimi kommentər yazma,Kayzenin qaydalarına uyğun deyil.