Рейтинг
+91.63

Rus dilini öyrənək

73 üzv, 43 topik

Xitab

Kimə və nəyə müraciət məqsədi ilə deyilmiş söz və ya söz birləşməsinə xitab (обращение) deyilir. Məsələn: Москва! Твоя слава всегда перед нами.
Это кто, друзья, идет с песней молодой?

Xitab ismin adlıq halı və habelə isim mənasında işlənən başqa nitq hissələri ilə ifadə olunur: Отпусти меня, родная, на простор широкий. Xitabın tərkibində aydınlaşdırıcı sözlər də ola bilər. Наш край, ты как труд величавый, на заводах, на стройках, в полях! Xitablar cümlənin əvvəlində, ortasında və axırında gələ bilər. Cümlənin əvvəlində gələn xitabdan sonra yazıda bir qayda olaraq vergül qoyulur. Əgər xitab xüsusi intonasiya və ya güclü hisslə tələffüz olunarsa nida işarəsi qoymaq lazımdır: Сибирь, принимай новоселов! О годы детства! Вновь встает передо м^ой приход весны!
Ardı →

Predloq

«ПРЕДЛОГ» NƏDIR?

Rus dilində düzgün danışmaq üçün təkcə sözlərin mənasını bilib, onları bir-biri ilə əlaqələndirməklə kifayətlənmək olmaz. Şübhəsiz, cümlədə fikir əmələ gətirən yalnız o sözlərdir ki, onların hər biri müəyyən bir əşyanı, hadisəni, varlığı və s. ifadə edir. Qrammatik nöqteyi-nəzərdən belə sözlər, yəni mənası və məna çalarlıqları olan sözlər əsas nitq hissələrini təşkil edir, cümlənin hər hansı bir üzvü olur və müəyyən suala cavab verir. həmin sözlər hər iki dildə, qeyd etdiyimiz kimi, əsas (və ya müstəqil) nitq hissələrinə (yəni: ismə, sifətə, saya, əvəzliyə, felə, zərfə) aid edilir. Lakin rus dilində elə bir nitq hissələri də var ki, bura aid edilən sözlərin leksik mənası yoxdur. Buna baxmayaraq belə sözlərin, cümlənin tələbinə müvafiq olaraq, digər məna kəsb edən sözlər arasında əlaqə yaratmaq məqsədi ilə işlədilməsi nəinki lazımdır, hətta vacibdir.
Ardı →

Qrammatika nə deməkdir?

Azərbaycanlıların rus dili fənnini öyrənmələrində başlıca vəzifə bu dilə əməli yiyələnməkdən ibarətdir. Buna görə də hər bir mövzunun öyrənilməsi rus dilində nitq vərdişlərinin inkişafına yenəldilmişdir. Bəs belə halda qrammatikanın rolu nədən ibarətdir? Ümumiyyətlə, qrammatika anlayışı nədir və onun öyrənilməsi nə üçün lazımdır? Qrammatika bir elm kimi nə vaxt yaranıb?

Qədim rus atalar sözünü xatırlayaq: «Грамота—к мудрости ступенка»—«Savad-müdrikliyə pilləkəndir». «Грамматика» sözü isə yunanca «грамма», yəni «hərf» sözündən götürülmüş, əvvəllər «yazı» mənasında işlədilmiş, sonra isə dilin quruluşu haqqında elm bu sözlə—«qrammatika» sözü ilə adlandırılmışdır.


Ardı →