Dost başa baxar,düşmən ayağa

Gündəlik həyatda istifadə etdiyimiz məsəllərdən biri " Dost başa baxar, düşmən ayağa"  məsəlidir. Camaat arasında məsəl bəzən öz mənasına uyğun şəkildə istifadə edilmir. Məsələn, birinin ayaqqabısı və ya şalvarının balağı haqqında söz deyəndə həmin şəxs " Dost başa baxar,düşmən ayağa" məsəlini işlədir ki, məsəlin həmin məqamda işlədilməsi düzgün deyil. Ola bilsin ki, "Dost başa baxar, düşmən ayağa"  məsəli bu mənanı sonralar qazanıb.  Lakin indiki halda məsəlin ikinci mənası onun əsl mənasını kölgədə qoyub.

Qeyd edim ki, məsəldə ifadə ifadə olunan məna çox sadə və aydındı. Belə ki, lap qədim zamanlarda xalq arasında gözü ürəyin güzgüsü adlandırıblar. Insanların yalan və ya doğru danışmasını  onların gözlərinə baxaraq müəyyən ediblər. Elə indinin özündə də insanın ürəyindəkini gözündən anlayırlar. Haqqında söhbət açdığımız məsəl də məhz bu əsasda yaranıb. Belə ki, məsəldə  baş və ayaq sözləri məcazi mənada  işlənir.  Burada baş - yuxarı, ayaq isə - aşağı mənasındadır. Məsəldə deyilir ki, ürəyində düşmənçilik olmayan şəxs düz insanın gözlərinin içinə baxmaqdan çəkinməz, yəni başa baxar. Ancaq ürəyində kin bəsləyən adam insanın üzünə belə baxmaqdan qorxar ki, ürəyindəki aşkar bilinər, buna görə də o ayağa baxır. Bundan da nəticə çıxır ki, dost başa , adamın gözlərinin içinə baxır, düşmən isə adamın gözlərinə baxmaqdan qorxur, ayağa baxır.   

Mənbə: Xüsusi hörmət bəslədiyim müəllimim-
-Məmmədəli Qıpçaq, Söz aləminə səyahət

 

4 şərh

bahar

Atalarımızın dediyi düz sözlərdən biri də budur.
Qaldı ki,«gözlər qəlbin aynasıdır» misalına ,indiki zəmanədə o qədər də keçərli deyil.Əvvəlcə gərək deyəsən ki,linzanı çıxart və düzünü de;))

ayxansevda
tamamil'razıyam, çünki indiki zamanda insanlar hisslərini gizlətməyi öyrəniblər, düşmən elə mehribanlıqla adamın üzünə gülümsəyir ki, deyirsən daha dostum yox ee ən yaxın adamımdı, gör mənə necə can yandırır.
Rene
Bu məsəlin mənasını necə dəyişiblər, indi ayaqqabısı barədə işlədir bu sözü. :) Halbuki ilkin mənası daha məntiqlidir… Çox sağ olun paylaşdığınıza görə.
SHATENKA407
şəxsən mən ilk növbədə insanı tanımaq ,necə biri olduğunu bilmək üçün ayağına ,daha dəqiq desək ayaqqabılarına baxıram..təbii ki bu o demək deyil ki mən düşmənəm… :)