Bağda ərik var idi...

Bu məsəl tam şəkildə aşağıdakı dörd misralı şeirdən ibarətdir:

Bağda ərik var idi,

Salam-əleyk var idi,

Bağda ərik qurtardı,

Salam-əleyk qurtardı.

Bağında əriklərin yetişdiyi vaxt tez-tez bağbanın yanına gəlib-gedən,onunla “dostluq edən” yalançı dostlar ərik qurtaran kimi bağdan ayaqlarını,bağbanla isə haqq-salamı kəsirlər.

Geniş yayılmış bu məsəldən,var-dövlətə,ad-sana,mənsəbə malik olan adama çoxlarının özünü dost kimi göstərdiyini,var-dövlət və mənsəb əldən getdikdən sonra isə heç kimin məhəl qoymadığını,hətta salam belə vermədiyini,yəni bəzi adamlarda səmimiyyət,qərəzsiz dostluq münasibəti olmadığını göstərmək məqsədilə istifadə edilir.Məsəli işlətmək asan olsun deyə adətən onun ilk bir və ya iki misrasını tələffüz edirlər.

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov

 

5 şərh

ayxansevda
elədir ki, var, belə dostların olunca olmasa yaxşıdı.  bu bloq xoşuma gəldi, maraqlı və düşündürücüdür, təşəkkürlər bunu yaradana- ideya müəllifi və kayzen administrasiyasına təşəkkürlər, sayt sürətlə inkişaf edir, yenilənir, uğurlar.
ORIGINAL
ayxansevda,sizə də təşəkkürlər ki,əməyə qiymət verirsiz.Bu bloqun yaradıcısı mənəm və hələki yalnız mən zənginləşdirirəm…
Rene
Yorulmayasınız… :)
BaKiNeC

Bu məsəli çox düzgün söyləyiblər.ALLAH razı olsun.

SHATENKA407
indiki zəmanə ilə ayaqlaşan bir məsəldir