Bilənlər bilməyənlərə desin

Minbərə çıxaraq nə deyəcəyini bilməyən Molla üzünü camaata tutaraq soruşur:

-Camaat,heç bilirsiniz,sizə nə deyəcəyəm?

-Məsciddəkilər bir ağızdan “xeyr,bilmirik” cavabı veririlər.

Molla deyir:

-Madam ki,bilmirsiniz,daha mən sizə nə deyim,dağılın gedin evinizə!

Sabahı gün o yene həmin sualı verdikdə dünənki cavabın nəticəsindən ibrət dərsi almış kənd camaatı “bəli,bilirik” cavabı verir.

Molla bunu eşidən kimi deyir:

-Çox gözəl,indi ki,mənim deyəcəyim sözləri əvvəlcədən bilirsiniz,daha mənim deməyim artıqdır.Dağılın evinizə və mənim deyəcəyim sözlərə əməl edin!

Camaat naəlac qalaraq yene öz evinə qayıtmalı olur.

Sabahı gün məscidə toplaşmadan əvvəl kəndlilər belə qərara gəlirlər ki,onların bir qismi mollanın sualına mənfi,bir qismi isə müsbət cavab versin.

Molla yene minbərə çıxıb:

-Ey camaat,mənim bu gün sizə vəz edəcəyim sözləri bilirsinizmi?-deyə soruşduqda məsciddəkilərin bəzisi “bəli,bilirik”,bəzisi isə “xeyr,bilmirik!”-cavabını verirlər.

Molla bu dəfə də ustalıqla vəziyyətdən çıxaraq deyir:

-Çox gözəl,onda bilənlər bilməyənlərə öyrətsin.Sonra isə dağılıb evinizə gedə bilərsiniz.

Deməli olduğu sözü dinləyicilərinə çatdırmaqdan müxtəlif bəhanələrlə boyun qaçıran,bəzən həqiqəti söyləməkdən qorxan,bəzən də ikibaşlı,ikimənalı danışan adamlar haqqqında işlədilir.

 

 

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov

 

 

4 şərh

Rene
:)))) Belə yalançı mollalardan Azərbaycanda çoxdur təəssüf ki…
SHATENKA407
bu molla mənə mamanı xatırlatdı )))mama  arada gəlir diyir ki bilirsən nə var? diyirəm ki yox bilmirəm..deyir onda başa salmaq çətindi… :D
seyidova
hahhhhh :))) Allah sizi güldürsün 
kagizgemiler
xeyli güldüm.həm də çox pis vəziyyətdirki bu sadəcə yazıda yox gerçəkdə də belədir.çoxsağolun