Mənə də “hə”?

Müflis düşmüş bir tacirin çox adama borcu olduğundan borc sahibləri hər gün onun qapısını kəsdirir,abrını tökürdülər.Borcunu geri almağa gəmiş adamlardan biri tacirə faydalı məsləhət verərək deyir:

-Borcunu istəməyə gələnlər səndən nə soruşsalar “hə?” cavabı ver.Axırda səni dəli hesab edib öz borclarından əl çəkəcəklər.Hamısı ilə bu minvalla haqq-hesabı çürütdükdən sonra mənim pulumu özümə qaytararsan.

Tacir bu planla razılaşır.Bundan sonra borclular gəlib öz pullarını istədikdə,tacir onlara yalnız “hə?”cavabını verir.Borc sahibləri əsəbiləşib tacirdən qazıya şikayət edirlər.Qazı ondan həmin adamlara borclu olduğunu soruşduqda o “hə?” deyə cavab verir.Pulu nə vaxt qaytaracağını soruşduqda yenə də həmin cavabı alır.Qazı əsəbiləşib özünü pis apardığına görə tacirə cəza verəcəyini söyləyir,lakin tacir yenə də “hə?” cavabını verir.Axırda qazı tacirin başına hava gəldiyini yəqin edib onu azad edir və borc sahiblərinə “bu xəstə və bədbəxt adamdı” narahat etməməyi tapşırır.

Tacir kefi kök evinə qayıdır.Tacirə bu hiyləni öyrədən borc sahibi gəlib,işin belə yaxşı nəticə verdiyindən çox şad olduğunu bildirir.Tacir onu dinləyərək “hə?” deyir.Borc sahibi öz borcunu geri qaytarmasını tələb edir.Tacir yenə də “hə?” deyib mat-mat onun üzünə baxır.Kişi nə qədər yalvar-yaxar edirsə,bir nəticə vermir.Nəhayət o tacirə müraciətlə:

-Ey nankor,hamıya hə,mənə də hə?-deyə soruşur.

Hiylə öyrədən adamın özünə qarşı da onun öz hiyləsindən istifadə edildiyi hallarda və ya ən yaxın adamlara badalaq gəldikə bu məsəldən istifadə olunur: Mənə də “hə”?

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov


Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.

Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

9 şərh

BaKiNeC
Allah razı olsun qardaş.Tam olaraq indiki dövrün təlabatına görədir bu mövzu.:)
ayxansevda
mən bu məsəli " hamıya xox, mənə də xox?!" variantını eşitmişəm
seyran
maraqlı idi .sag olun.
bahar
mən «mənə də yox da» eşitmişdim. maraqlı idi
Ferbara
Verdiyi silahı özünə qarşı istifadə edəcəyini bilmirdi? :))
SHATENKA407
o qədər olub kii,mən öyrətmişəm sonra mənim silahımı mənə qarşı işlədib…
seyidova
:)))) bundan sonra hamıya he deyecem.menide deli hesab elesinler :))))