Əli işdədir

Bir kişi yumurtanın onunu 10 qəpiyə alıb 9 qəpiyə satırdı.Tanışları bu qəribə alverin məqsədini soruşarkən o,cavabında deyir:

-Zərər etdiyimə baxmayın,alverlə məşğul olduğumu görüb hamı məni tacir sayır,hamı görür ki,əlim işdədir.

Mənasız,faydasız bir işlə məşğul olub vaxt keçirən adamlar haqqında bu məsəli çəkirlər:əli işdədir

 

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov

 

14 şərh

Rene
Heç eşitməmişəm bu məsəli…
MASON
çox belə mənalı hekayədi elə bil ki, icazə olmadan istifadəyə də qadağan qoymusan)))mən heç vaxt öz yazdığım məqaləyə qadağan qoymamışam, qoymaram da.Hər halda məqaləni yazan hər kəsin məqsədi Azərbaycan gəncliyinin aydınlanmasında faydalı olmağa yardımçı olmaqdır.Kimsə bunu copy paste eləyib yayımlasa, səndən nə əskiləcək?Bəlkə sən bunu kitabdaç köçürəndə müəllifdən icazə almısan?
ORIGINAL
MASON,sizə mənə birbaşa sən deyə müraciət etmək hüququnu kim verib?
«mən heç vaxt öz yazdığım məqaləyə qadağan qoymamışam, qoymaram da.» ifadəsini elə işlətmisiz ki,sanki,topiklərinizin əksəriyyəti heç yanda yayımlanmayıb.Özün copy-paste elədiyinə necə qadağa qoya bilərsizki?
Müəllifdən istəsəm də icazə ala bilməzdim,ən azından köhnə nəşrli kitabdan yazmışam.
Düzdü.gəncliyimizə yardımçı olmaqdır,amma bəzən bu yardımdan hərə özünə görə istifadə elyir.
Copy-paste elyirlər eləsinlər sonda mənbəni qeyd etsinlər heç omasa ki,kayzen.az saytındandı.Yoxsa burda elə ilk dəfə yazılan məqalələr göstərərəm ki,facebook səhifələrində,başqa saytlarda copy-paste olunub sonra axırda fırlanıb gəlib tezdən kayzen.az da copy paste olunub.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
yazısını isə son topiklərimdə artıq işlətmirəm,onu işlətdikdə ən azında bu yazı copy-paste olunanda saytın adının verilməsini istəmişdim,indi onun əvəzində
Mətndən istifadə edərəkən istinad (saytın adı kayzen.az) etmək mütləqdir,əks halda halal edilmir.
ifadəsini işlədirəm.Çünki məqsədim təkcə gənclərimizin inkişafını deyil,həmçinin ilk dəfə yayımlanan yazılarla gəncləri bu sayta cəlb etməkdir.
Diqqətnizə görə təşəkkürlər...
ORIGINAL

MASON un şərhini dərhal elə qəşəng plyuslayırlar ki,elə bilir nə vaxtdı gözləyirdilər,amma deyə bilmirdilər...


Hansısa nəticə çıxarılası topik yazanda isə plyuslamağa  ərinirlər,ümumiyyətlə topiki oxumuyublar sanki...
kimin nəsə ürəyində sözü varsa şəxsi mesaj yazsın!!!

Cavid
Azər öz aramızdı bu yazıya copy-paste məsələsi qoymağa məncə ehtiyac yoxdur) amma yazdığın digər yazılara aid deyil bu əlbətdəki)
ORIGINAL
Düz qeyd elədin,amma olubda((indi redaktə edərəm
O qədər yazılarımdan bircə bu diqqətləri cəlb etdi)
MASON
Sizə sən və ya siz demək hüququ mənim seçimimdir.Söhbət hər halda rısmiyyətdən, müraciət etikasından, formalarından getməyəcək, ən azı mən bunu istəmirəm, çünki mənim səninlə heç bir şəxsi problemim yoxdu ki, müraciət etmə forması məsələrini müzakirə edək.Sənin yerinə Pirat da olsa idi, mən copy paste məsələsinə münasibətimi bildirəcəkdim)Mənim burda elə məqalələrim var ki, nə inki internet aləmində, ümumiyyətlə bu dünyada ilk dəfə yayımlanıb(şəxsən öz beynimin məhsulu olan məqalələr), amma heç onların da copy paste olunmasına qadağa qoymamışam)Yenə deyirəm, məqsəd AZƏRBAYCAN GƏNCLİYİNİN MAARİFLƏNMƏSİ, AYDINLANMASIDIR...Əgər sən də bu fikirdəsənsə, məncə məqalələrin altına bu copy paste söhbətini yazmağının yeri yoxdu.Hələ hələ belə bir məqalənin altına yazmağının heç yeri yoxdu...Sayta daha effektli və cəlbedici başqa yollarla da gənclərimizi dəvət etmək olar
Cavid
Dostlar düşünmürəm ki, bunun üçün mübahisə etmək lazımdır. MASON, ORİGİNAL-in yazdığında həqiqət çoxdur, men şəxsən bunun dəfələrlə şahidi olmuşam, yazı ilk dəfə burda yazılır və sonra digər saytlara qoyulur ancaq mənbə və müəllif heş vaxt göstərilimir, hətta yazının sonunda əgər kayzen yazılırsa onu digər saytin adı ilə dəyişdirirlər, bu ki insafdan deyil.  Sizin dediyinizdə bir məsələ də doğrudur, gənclərimizin faydalanması əlbətdəki alqışlanır ancaq saytın link kimi qoyulması vacibdir, ən azından yazının hansı sayta istinadən yazılması göstərilməlidir.
ORIGINAL
MASON,bilmirəm siz necəsiz,amma mən ilk dəfə qarşımdakıyla danışdığım şəxsə siz deyə müraciət edirəm,bir müddət ünsiyyətdə olduqdan sonra və ya qarşımdakından icazə aldıqdan sonra sən deyə müraciət edirəm.Amma siz «siz» deyə müraciət etmə formasını elə təqdim etdiz ki,sanki yalnız kiminləsə şəxsi problem olanda «siz» deyə müraciət etmək olar.Bu da sizin öz mədəniyyət formanınızdır,buna bir sözüm yoxdur...

AZƏRBAYCAN GƏNCLİYİNİN MAARİFLƏNMƏSİ, AYDINLANMASIDIR.Bəli,elədir mənimçün...Həmçinin saytı
Sayta daha effektli və cəlbedici başqa yollarla da gənclərimizi dəvət etmək olar.Düzdü etmək olar,Məsəlçün:Sayt adminstrasiyası Facebook-da səhifə ilə,həmçinin səhifə reklamı ilə bunu edir.
Başqa cürdəki burdakı üzvlər mən də daxil olmaqla əlindən gələni mümkün dərəcədə edir.Başqa nə etmək olar?...Deyin,nə durmusuz?!
MASON
Mədəniyyət, Əxlaq, Tərbiyə bular hamısı şəxsi keyfiyyətlərdi, nə mən səninkinə qarışa bilərəm, nə də sən mənimkinə.Mən danışdığım şəxsə Sən və ya Siz deməklə ona olan hörmətimi,mədniyyətimi göstərmirəm, hərəkətimlə, danışığımla göstərirəm...«burdakı üzvlər mən də daxil olmaqla əlindən gələni mümkün dərəcədə edir.» bura mən də daxiləm))bacardığım qədər saytın dostlarım tanışlarım arasında yayılmasında çalışıram.hər kəs çox yox 2 dostunu gətirsə bura, kifayət qədər üzv olar...başqa nə deyim?!)
ORIGINAL
Başqa heç nə.Anlaşıqlı müzakirəyə görə  CAVİD və MASON təşəkkürlər.
hə bir də yadımdan çıxmışdı altdan-altdan plyuslayanlara da))
MASON
üstden plyuslayıram axırıncı cümleni)))
Gülnar
Bu plyus-minus kayzeni məhv etməsə yaxşıdı..Başa düşürəm istifadəçilərdə stimul yaradır amma niyə gizlidi ki, qoy görünsün mənfi və müsbət səs verənlər…