Siqaret çəkən qadınlar erkən ölür

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki,hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur.Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi  böyük milli tədqiqatın nəticələrini təhlil etmişlər. Müəyyən edilmişdir ki,hətta gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər artıqdır.Alimlərin də təsdiq etdiyi kimi ani ürək ölümü qeyri-sağlam həyat tərzinin nəticəsi olan ürək problemlərinin nəticəsi olaraq meydana çıxır.Tədqiqatçılar ani ürək ölümünün qarşısını maksimum ölçüdə almaq üçün mütləq qaydada  dərhal siqaret çəkməyin  tərk edilməli lazım olduğunu bildirmişlər.

2 şərh

asel
şəklə baxanda adam diksinir
Medikamentoz
Məqsədimə nail olmuaşm deməkdir :)