Sağlamlığı qurban vermədən yaxşı düşünün

İndi nə qədər istəsən kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr… Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?
— Başlıcası bədəndən atılası zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi  xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur.Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.
Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.

İllərin, əsrlərin sınağından çıxmış bir həqiqət var ki, təbii yolla gözəlliyə sahib olmaq sağlamlıq baxımından da faydalıdır.Bu gün ilk baxışda gözəllik qazandıran kosmetik vasitələr neçə illər sonra sağalmaz xəstəliklərə yol açdığını düşünüb dükan-bazarlarımızı bürüyən, mənbəyi, mənşəyi məlum olmayan, tərkibi zəhər “gözəllik vasitələri”ndən uzaq durmağa çalışın. Unutmayın ki, nənələrimiz yüz illərdir təbiətdən gələn vasitələrdən geniş istifadə etmiş, həm bizdən gözəl görünmüş, həm də uzun ömür sürmüşlər. 

14 şərh

Ramil
Əlbəttə ki, ALLAH TƏALA insanın «kosmetikasını» gözəl yaratmışdır. Mənə elə gəlir, lazımsız şeylərdir.
asel
istifadə etməsək də olmur də
Ramil
Mübahisə etmək istəmirəm, amma istəsəniz olar.
asel
yaxşı, sampun əvəzinə nə istifadə etməliyik?
Ramil
72% :)))
asel
paltar sabunu?
Ramil
ok. Zarafat edirəm. Pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr… söhbət bunlardan gedir
Ferbara
Nənələrimiz təmiz havada gəzib, təbii yemək yeyiblər, təmiz bulaq suyu içiblər. Ta bizim kimi şəhərin tüstüsündə zəhərlənməyiblər. Makiyaj barəsində razıyam. Amma yazılanların əvvəlinə əməl edirəm, sonrasına yox. :) Yəni nə təbii, nə də süni vasitələrdən istifadə etmirəm. :)
Ramil
Təbii vasitə nəyə deyirsiniz?
Ferbara
Məqaləni axıra qədər oxuyun.
Ramil
Oxumuşam, təbii vasitə deyəndə nəti nəzərdə tutursunuz
Ferbara
xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.
Ramil
ok. Əla Yəni indi bunlardan istifadə edən varmı? Sağ olun.