Pəhrizsiz arıqlamağın yolları

Bəzi insanlar üçün pəhriz saxlamaq çətin olur. Amma artıq bunun da çarəsi var. Buyurun pəhrizsiz arıqlamanın yolları ilə tanış olun.
— Əvvəlcədən özünüzə çox sevdiyiniz, amma sizə balaca olan bir paltar alın. Bu arıqlama istəyinizi artıracaq.
— Alış-verişə balaca çantalarla gedin. Əsasən təbii qidalar almağa çalışın.
— Aşağı kalorili qidalara üstünlük verin.
— Əti, yağı, pendiri tərəvəzlərlə əvəz edin.
— Mağazaya heç vaxt ac halda getməyin.
— Qəbul etdiyiniz qidaların yağ miqdarını azaldın. Salatlara və yeməklərə yağlı sous, ketçup, mayonez əlavə etmək yerinə quru meyvə, limon şirəsi əlavə edin.
— Az-az, amma tez-tez yeyin.
— Şirniyyatları quru meyvələrlə əvəz edin.
- Mətbəxdə uzun müddət qalmayın.
— Ac qalaraq bir dəfəyə çox yeməkdən çəkinin.
— Yemək zamanı bol-bol göyərti, salatlardan istifadə edin.
— Qaranlıqda, televizorun qarşısında yemək yeməyin.
— “Fast-food ”dan istifadəni azaldın. Istifadə etdiyinizdə isə mütləq göyərti, canlı qidalar əlavə edin.
— Süfrədən doymadan qalxın.
— Aclıq hiss etdiyinizdə musiqiyə qulaq asın. Alimlər sübüt ediblər ki, sevdiyin bir musiqyə qulaq asmaq aclıq hissini azaldır.
— Yeməkdən əvvəl 1 stəkan su için. Bu aclıq hissini azaldacaq.
— Yeməkdən sonra mütləq idman edərək enerjini yandırın. Pilləkənləri düşüb-çıxın, yaxud da rəflərinizdəki paltarlarınız töküb-yığın.
— Yemək zamanı çoxlu bibər yeyin. Bibar bədəndəki yağları əridir.
— Yemək, şirniyyat götürərkən kiçik həcmli qablardan istifadə edin.

2 şərh

SHATENKA407
Yemək zamanı çoxlu bibər yeyin. Bibar bədəndəki yağları əridir.
ümid edirəm acı bibəri nəzərdə tutmamısız))
bir iki əlavə də məndən ...ketçup,mayonez,qazlı sular ,çips,fast food ,qızartma yeməklər də sağlamlığa zərərlidir...yeməkdən sonra çay və ya meyvə qətiyyən olmaz,bir saat keçməsini gözləmək lazımdır mütləq..meyvəni ümumiyyətlə günün birinci yarısı yemək daha faydalıdır