Uzunömürlülüyün sirri

1. Ac qalmağı öyrənin
Alimlərin 1934-cü ildən bəri apardığı araşdırmalar göstərib ki, ac saxlanılan siçanlar daha çox yaşayır. Təsadüfi deyil ki, dünyanın ən uzunömürlü insanlarının yaşadığı Yaponiyanın Okinava prefekturasında əhali süfrədən doymamış qalxma vərdişi ilə tanınır.

2. Dil öyrənin
Uzunömürlülüyün və xoşbəxtliyin ən mühüm açarlarından biri də beynin yaxşı işləməsidir. Araşdırmalar göstərir ki, iki və ya daha çox dili yaxşı bilən insanların beyni yaxşı işləyir və bu da çox yaşamağa təsir edir. Yaşlı vaxtlarda belə, dil öyrənmək ömrü uzadır.

3. Dağlarda yaşayın
Dağlarda yaşayan insanların daha uzunömürlü olurlar. Bunun səbəbi isə hərəkət, təmiz hava və gözəl mənzərədir.

4. Gen müalicəsi edin
2012-ci ilə qədər mümkünsüz olan bu müalicənin siçanlar üzərində aparılan araşdırmalarda ömrü 24 faiz uzatdığı məlum olub. Gen müalicəsi ilə xəstəliklər əvvəldən təsbit edilib müalicə olunur.

5. Varlı olun
“Pul əl çirkidir” deməklə iş bitmir. Məlum olub ki, varlılar kasıblara nisbətən daha çox yaşayırlar. Varlı ölkələrdəki insanların orta yaş həddi kasıb ölkələrdəki insanlardan 15-20 il daha çoxdur.

6. İnanın
Hansısa inanca sahib olan insanlar daha tez ölür, yoxsa inanca sahib olmayanlar? Araşdırmalar dindarların ateistlərdən daha uzun yaşadıqlarını göstərir. Dindarları dəstəkləyənlərin sayı ateistləri dəstəkləyənlərin sayından çox olur. Beləliklə dindarların həyatları daha rahat və asan keçir.

7. Çox işləyin
1921-ci ildə 1500 uşaq üzərindəki tədqiqatlar qəribə nəticələr verib: Yaxşı və rahat həyatı olan uşaqlar çox işləyən və stresslə mübarizə aparanlara nisbətən daha az yaşayırmış…

8. Dərman atın
Doğrudan da, ömrü uzadan dərmanlar var. Məsələn, “Rapamycin”. 2009-cu ildə dovşanlar üzərində aparılan araşdırmalarda bu dərmanın ömrü 14 faiz artırdığı müəyyənləşib.

9. Yeni orqanlar nəql etdirin
Yeni texnologiyalarla artıq hər cür transplantasiya həyata keçirilir, hətta dəri nəqli də. Bircə beyninizə toxunmayın.

10. Yaxşı işlər görün
Paradoksal görünsə də, ömrünüzü uzatmaq istəyirsinizsə, başqalarına əl tutun. Sübut olunub ki, kömək etmək insanı daha xoşbəxt və kommunikativ edir.

0 şərh