Pilates

PilatesPilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi  qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.

Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısına və şikəstliyə səbəb ola bilər. Pilatesdə əzələ quruluşu bütöv vəziyyətə gətirilər. Çəkinizi itirməsəniz də, incə görünürsünüz. Aparılan araşdırmalara görə hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi problemləri ilə rastlaşır. Bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları yorğunluq və stressə səbəb olar. Bütün bunların qarşısını almağın ən təsirli yolu Pilatesdir.

Pilatesin fəaliyyətdə olmasını hədəflədiyi əsas bölgə qarın və kürək əzələləri olduğu üçün, onurğanın sağlam olmasını təmin edir. Eyni zamanda bütün bədəni əyərək onurğaların arasını açır. Beləcə bədəndə, zamanla meydana gələn yığıntıları yox edər, hətta onurğaların açılması ilə, boy 2 santimetrə qədər uzana bilər.
 

Pilatesin faydaları çoxdur:

  • Bədəndə tarazlıq, güc və elastiklik yaradar.
  • Duruş pozğunluğuna səbəb ola bilən skelet sistemi problemlərindən qoruyar.
  • Boyun yırtığında, qolda yaranan keyləşmə və ağrıları azaldar.
  • Çəki itirməsəniz də bədəninizi incəldər.
  • Əzələləri uzunlamasına işlədər, bədənin dayanıqlılığını artırar və şikəstliyin qarşısını alar.
  • Bədən duruşunu düzəldər.
  • Oynaqlarda yaranan problemlərdə ağrıları nəzarət altında saxlayar.
  • Bel və kürək ağrılarının meydana gəlməsinə mane olar.
  • Oynaq içi mayeləri tarazlayar.
  • Bel yırtığında, ayaqda yaranan ağrıları azaldar.
  • Gün içində etdiyiniz fəaliyyətlərdə, onurğanıza yüklənmədən hərəkət etməyinizi təmin edər.
  • Skolyoz problemi həll edilər.
  • Gündəlik fealiyyətinizi artırar.
  • Kompüterdə işləyən zaman yaranan duruş pozğunluğunu aradan qaldırar və bunların səbəb olduğu ağrılardan xilas olmağı təmin edər.

Pilatesin altı prinsipi :

1. Konsentrasiya: Pilates edərkən hərəkətlərə fikir vermək, bədənin necə fəaliyyət göstərdiyini və hansı əzələlərin istifadə edildiyini, hansılarının istifadə edilmədiyini hiss etmək lazımdır.

Pilatesin faydaları
2.
Nəzarət: Pilates metodunda nəzarət çox əhəmiyyətlidir. Nəzarət üçün bədənin yaxşı istirahət etməsi və hərəkətlərin göstərildiyi şəkildə tətbiq olunması, baş verə biləcək xəsarətlərin qarşısının alınması lazımdır.

3. Mərkəzləşdirmək: Pilates metodunda mərkəz göbək, bel və omba ətrafıdır. İç orqanları və onurğanı qoruyan əzələ sistemini ehtiva edir və bədənin elastikliyini,uzanmasını təmin edər.

4. Axıcı hərəkət: Hərəkətlər tələsik edilməməli, hər nöqtədən tək-tək keçərək,amma eyni zamanda heç axsatmadan edilməlidir.

5. Qətilik: Hərəkətlər qeyri-müəyyən deyil, tam edilməlidir. Hərəkətlərin ardıcıllığı bir-birlərinin içərisində və bir-birləri arasında əlaqələndirilməlidir.

6.  Nəfəs: Nəfəs alıb vermə, dərin nəfəs alıb bütün nəfəsi tamamilə çölə üfürmək yolu ilə olmalıdır. Beləcə nəfəs tamamilə boşaldılır və qan təmizlənmiş olur.                                                                                   


Tərcümə etdi: Sevinc Cahangirli

1 şərh

Bahar_Huseynova
Pilatesi məndə cox sevirəm və demək olar ki hər gun edirdim.çox təssuf uzun zamandir etmirəm,amma vaxt tapan kimi mütləq edəcəm.Bilirəm ki,sağlamlıq vacibdir amma,dərslər və imtahanlardan vaxt qalmır.pilatesin faydalı olduğunu bilirdim amma, açığı bu qədər faydalarının olduğunuda bilmırdim.bizləri hər zaman marifləndirdiyiniz uçun sizə və sizin kimi insanlara çox təşəkkür edirəm.Mən sizlərdən çox şey öyrəndim və öyrənəcəmdə.