Suya ləzzət qatmağın 11 yolu

Xüsusilə su içmə vərdişi olmayanlar üçün bu vərdişi inkişaf etdirməyə kömək olan bu tətbiq fərqli sağlamlıq təsirlərini də özü ilə daşıyır. Təbii suya necə ləzzət qatmaq olar?

1. Suyun içinə ananas dilimləri, nanə yarpaqları və buz əlavə edin. Ananas A və C vitamini baxımından zəngindir. Sümük inkişafında və həzmdə təsirli rol oynayır. 

2. Suyun içinə bol buz və nanə yarpaqları atın. İsti havalarda sərinlədici təsiri vardır. Ayrıca qanı toksinlərdən təmizləyir və həzmə kömək olur. 

3. Portağal dilimləri əlavə etdiyiniz suyunuza, istəsəniz bir az limon suyu da əlavə edə bilərsiniz. C vitamini baxımından zənginləşəcək olan suyunuzu xüsusilə soyuqdəymə ilə mübarizə əsnasında tez-tez için.

4. Çaya və şorbaya sıxılan limonu suyunuza da əlavə edin. Dəri sağlamlığı və qrip kimi vəziyyətlərdə təsirlidir. 

5. Soyuqdəymə zamanı iştah itkisinə, həzmdə faydası olan zəncəfili suyunuza əlavə etməyiniz sizə enerji verəcək.

6. Suyunuza çiyələk dilimləri əlavə edin. Nanə də əlavə etsəniz birlikdə uyğunlaşması gözəl olacaq. Ürək problemləriylə mübarizədə çiyələk ən böyük köməkçilərdəndir.

7. Mango dərini təmizləyir, A vitamini baxımından zəngindir və xolesterolu azaldır. İmmunitet sistemini gücləndirir və həzmə kömək edir.

8. Bir neçə dilim xiyar yaz aylarında sərinlədici təsir edir. Ayrıca xərçənglə mübarizədə, qan təzyiqini idarədə və dəri sağlamlığında köməkçinizdir. Ayrıca sağlamlıq baxımından da olduqca faydalıdır. Kosmetik baxımdan isə saça, dəriyə və dırnaqlara faydalıdır. Ruh halınıza təsir edər və sakitləşmənizə kömək edər.

9. Təzə, sulu, qırmızı alma dilimlərini suyunuza əlavə edin. Xolesterol və şəkər xəstələri üçün olduqca təsirlidir. İmmunitet sistemini gücləndirir və öd daşının meydana gəlməsini mane olur. 

10. Sağlamlıq baxımından çox faydası olan darçın eyni zamanda qoxusuyla da suyunuzu içərkən özünüzü yaxşı hiss etmənizi təmin edər. Qan şəkərini tarazlayır, toxluq hissi verir və saysız faydası vardır.

11. Yaz istisində sərinlədici xüsusiyyəti olan qarpızın eyni zamanda böyrəkləri işlətmək, bədəni təmizləmək kimi xüsusiyyətləri də var. Gözəl qoxusuyla sizə xoş təsir bağışlayar.

2 şərh

Sadaf
çox sağolun nə qədər məlumat var burdaaa heç bəzilərini yadımda saxlaya bilmədim
Ferbara
Stəkana 2 çay qaşığı şəkər tozu tökürəm. Üstünə onu həll eliyəcək qədər mümkün qədər az miqdarda isti su tökürəm. Şəkər tozunu isti suda həll edirəm. Stəkan dolana qədər üstünə sərin su əlavə eliyirəm və bir dilim limon atıram. Limonu çay qaşığıylə əzib şirəsini suda həll eliyirəm. Sərinliyi saxlamaq üçün buz da əlavə eləmək olar. Amma mən çox sərin su xoşlamadığımdan buz istifadə etmirəm. Hərdən bu «limonad»dan yayda özümçün və evdəkiər üçün hazırlayıram. Dadlıdı. :)